Yalan

 
Yalan

Onsuzda ümidim gümanım yoxdur
Barışsaq o ilk həyacanımız yox

Əl-ələ tutuşub dolanarıq hey
Onsuzda getməyə ünvanımız yox

Yalan

Kor imiş seçərkən səni o gözlər
İndi unutmuşam sevmirəm ancaq
O vaxtdan qolumda qalan bu izlər
Bir ömür səni xatırladacaq

Yalan

Sanma düşünürəm səni hər axşam
Öləsən qalasan vecimə deyil
Dönüb keçmişinə həmən ki adam
Ya xöşbəxt olasan vecimə deyil

Yalan

Bir kabus kimidir sənlə keçən gün
Mən nə cür qəbul eylədim səni?
Nə bilim sevgimlə su verdiyim gül
Bir gün tikanıyla sancarmış məni

Yalan

Dözdüm yalanına dişimi sıxdım
Bu cirkin sevgidən saraldım soldum
Yalanın yalanla heyifin cıxdım
Özümdə bilmədən yalançı oldum

Yalan

Bu yalan xəyanət axı nə üçün
İndi tərk eyləyib səni gedirəm
Görəsən xəyanət etdiyin bir gün
Düşündünmü heç bəlkə məndə edirəm

Yalan

Yeni başlayarkən sevdiyim ili
Min yalan xəyanət yükü çəkmişəm
Çoxdanda qoxlanıb atılmış gülü
Su verib qəlbimə təzdən əkmışəm


Yalan
Bir dəfə qaşqaba tökdü inandım
Dedim öz özümə yaman olmuşam
Bir dəfə dodağın bukdu inandım.
Sən demə həmişə avam olmuşam

Yalan

Mən axı bilmirdim məhəbbət nədi
Niyə məhəbbəti belə tanıdım
Həmişə aldatdı bir yalan dedi
Onu bağişladım eşqi qınadım

Yalan

Gözümün içinə baxaraq dedi
Mən yalan demişdim o vaxtı bunu
Bilmirdim o hislər həyacan nədi
Yenə bağişlayıb sevirdim onu

Yalan

İndidə elə bil qəlbim alışır
Bir alov başına dolanırdım mən
Özümdə bilirdim yalan danışır
Yenə o yalana inanırdım mən

Yalan

Sabahlar yuxudan oyanan kimi
Birinci yadıma onu salırdım
O məni çox sevir aldatmaz məni
Deyib öz özümə hey aldanırdım

Yalan

O eşqə elə dürüst yanaşdı
Bu yalan yuxudan oyanmaz oldum
O mənə o qədər yalan danışdı
Doğru sözünədə inanmaz oldum

Yalan

Bu sonda olsa bu səfər dinlə
Mənə sənin kimi biri yaraşmaz
Bundan sonrada barışsa sənlə
Hüseyn barışar Ruhu barışmaz


Geri dön

music_angel

  • 21 iyul 2011 23:01
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Kor imiş seçərkən səni o gözlər
İndi unutmuşam sevmirəm ancaq
O vaxtdan qolumda qalan bu izlər
Bir ömür səni xatırladacaq
tesekkurler xebere gore

--------------------

Cilent_M.Q

  • 17 iyul 2011 02:05
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
Mən axı bilmirdim məhəbbət nədi
Niyə məhəbbəti belə tanıdım
Həmişə aldatdı bir yalan dedi
Onu bağişladım eşqi qınadım


Bir dəfə qaşqaba tökdü inandım
Dedim öz özümə yaman olmuşam
Bir dəfə dodağın bukdu inandım.
Sən demə həmişə avam olmuşam


Sabahlar yuxudan oyanan kimi
Birinci yadıma onu salırdım
O məni çox sevir aldatmaz məni
Deyib öz özümə hey aldanırdım


twk cox gozel weirdi

--------------------

ozlem2010

  • 17 iyul 2011 00:18
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}
Onsuzda ümidim gümanım yoxdur
Barışsaq o ilk həyacanımız yox

Əl-ələ tutuşub dolanarıq hey
Onsuzda getməyə ünvanımız yox

--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

★Azerbaijan girl★

  • 17 iyul 2011 00:02
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
yalan of meni yandiram yalan tskler

R.M_FaNaTka

  • 16 iyul 2011 22:49
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
seir tamamile mene mexsusdu beyendiyseniz cox sevindim

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 38
Cəmi: 57

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}