Quranda Hz.Məhdinin (Ə.F.) qiyamı

 
Quranda Hz.Məhdinin (Ə.F.) qiyamı

Quranın “Tövbə” surəsinin 32 və 33-cü ayələrində deyilir:
“Onlar Allahın işığını öz ağızları ilə söndürmək istəyirlər. Allah isə qoymaz.
Kafirlərin xoşuna gəlməsə də belə, (Allah) öz işığını kamil edəcəkdir.
Müşriklərin xoşuna gəlməsə belə, (haqq olan dini) bütün dinlərə üstün
etmək üçün öz Peyğəmbərini hidayətlə və haqq olan dinlə göndərən Odur”.

Təfsirçilərin fikrinə görə, bu ayələr Həzrət Məhdi (ə) qiyamı haqda nazil olmuşdur.
Ayənin təfsirində bildirirlər ki, bu ayələrdə İslam dininin bütün dinlərə qalib gəldiyi
zamana işarə edilmişdir. Nəhayətdə İslam dini bütün Yer kürəsini bürüyəcəkdir
və bütün dünyaya qalib gələcəkdir. Əlbəttə də ki, hal-hazırda həmin
şərait mövcud deyildir. Ancaq bilirik ki, Allahın bu vədəsi tədricən öz
yerini alacaqdır. İslamın dünya üzrə inkişaf etməsi rəsmi olaraq, qəbul edilmişdir.
Bu din bütün ölkələrə - Qərb ölkələrinə, Amerika və Afrikaya, Avstraliyaya
nüfuz etmişdir. Ancaq bu ayə o zaman həyata keçəcəkdir ki, Həzrət Məhdi (ə) zühur edəcəkdir.

Mərhum Təbrisi “Məcməyil-bəyan”da İmam Baqirdən (ə) nəql edir:
“Bu ayədə verilən vəd, Ali-Muhəmməddən olan Məhdinin zühuru ilə olacaqdır.
Həmin günü yer üzündə Muhəmmədin (s) haqlı olduğunu etiraf edənlərdən başqa heç kim olmayacaqdır”.

Şeyx Səduq “İkmaləddin” kitabında İmam Sadiqdən (ə) nəql edir:
“Allaha and olsun ki, bu ayə hələ həyata keçməmişdir və ancaq o
zaman həyata keçəcəkdir ki, Qaim zühur edəcəkdir.
O, qiyam etdiyi zaman yer üzündə Allahı inkar edəcək bir kəs qalmayacaqdır”.

Zühura aid hədislər

“Zühur zamanı dünyada fəsad, küfr və zülm artacaqdır.
Onun vasitəsilə Məhdi (ə) dünyanı ədalətə bürüyəcəkdir”.

“O, xəlifələrin on ikincisidir”.

Bu hədislər mütəvatir hədislərdir, yəni inkar edilə bilməz.

Onu qeyd etmək lazımdır ki, Həzrət Məhdinin (ə) zühurunu bütün İslami firqələr qəbul edir
və inkar etmirlər. Bu intizarda səhvə yol verməmək üçün suyun mənbəyinə müraciət
etmək lazımdır. Çünki çaylara istər-istəməz çirk və başqa kanallar qoşulurlar.
Yəni biz intizar sorağı ilə İslami mətnlərə müraciət etməliyik.

Daha bir neçə hədisə diqqət edək:

- Bir nəfər İmam Sadiqdən (ə) soruşur ki, “haqq hökuməti quracaq Qaimin intizarında
olaraq dünyadan gedən kəsin axırı nə olar?”.

İmam (ə) cavabında buyurur: “O, sanki o insanlar kimi olar ki, bu inqilabın
rəhbəri ilə bir yerdə bu orduda olmuşdu”r. Sonra bir az susdu. O, buyurdu:
“O kəs kimi olar ki, İslam Peyğəmbəri (s) ilə onun mübarizəsində bir yolda olmuşdur”.

- Bəzi hədislərdə “Allah yolunda qılınc çalandır” kimi göstərilmişdir.

- Bəzilərində “Düşmənin başına qılıncla vuran, Peyğəmbərin xidmətində olan insan”a bənzədilmişdir.

- Bəzi hədislərdə bu insanlar “Qaimin bayrağı altında olan insana” bənzədilmişdir .

- Bəzilərində isə “Peyğəmbərin (s) qarşısında cihad edən insan”a bənzədilmişdir.

- Bəzilərində də bu insanlar “Peyğəmbərlə (s) şəhid olan insanlar”a bənzədilmişdir.

Bu hədislərdə ki, eyni suala cavab verilmişdir, görmək olar ki,
intizarda olmağın cihadla, düşmənlə mübarizə ilə rabitəsi vardır.

Həzrət Peyğəmbərdən (s) gələn başqa bir hədisdə deyilir:
“Mənim ümmətimin ən gözəl əməli - Allah tərəfindən fərəcin intizarında olmaqdır”.
Bu hədis isə bizə intizarda olmağın əhəmiyyətini aydınlaşdırır.

İmam Zaman ağanın (ə.f.) qiyamı haqda hədislərimiz çoxdur.

Bu hədislərdən belə nəticə çıxartmaq olar ki, İmamın (ə.f.) zühuru üçün ilk
növbədə şərait yaranmalıdır, insan bu zühurun fəlsəfəsini dərk etməli və özünü
kamilləşdirməlidir. İctimai yardım etməli və fəsad qarşısında susmamalıdır.

Yəni insan tək özünün deyil, ətrafındakıların da kamilləşməyinə yardım göstərməli
və hər bir fəsadın qarşısında müşahidəçi deyil, mübarizə aparan olmalıdır.
Allah bizləri o Həzrətin (ə.f.) qəmgin qəlbini sevindirənlərdən etsin. Amin!


Geri dön

music_angel

  • 13 sentyabr 2011 12:36
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun bele gozel xeberi paylasdigin icin minnetdaram

--------------------

KUCUK_SIRLAR

  • 17 iyul 2011 14:23
  • Məqalə: 0
  • Şərh: 153
  • Bal:
{awards}
xebere gore twk seymur

--------------------
♥ ♥ Bir insani gormek ucun 1 saniye
Ondan xowlanmaq ucun 1 deqiqe
Onu tanimaq ucun 1 saat
Onu sevmek ucun 1 hefte
Bes eder♥ ♥

Amma onu unutmaq ucun 1 omur bele bes elemez♥

sss_gomes

  • 17 iyul 2011 12:59
  • Məqalə: 13
  • Şərh: 125
  • Bal:
{awards}
Qardasim cox saqol bu deyrli melumatina gore.Allah komek olsun sene ve butun mominlere.

miss_lady

  • 17 iyul 2011 12:48
  • Məqalə: 40
  • Şərh: 109
  • Bal:
{awards}
Allah razi olsun tesekkurler laughing

--------------------
Esas hormetin olsun

lider

  • 17 iyul 2011 12:35
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
Tewekkurler
ALLAH RAZI OLSUN

★Azerbaijan girl★

  • 17 iyul 2011 12:26
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
maraqli idi tsklert

R.M_FaNaTka

  • 17 iyul 2011 11:57
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

aid_fanatka

  • 17 iyul 2011 11:51
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Jasmin45

  • 17 iyul 2011 11:42
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
ALLAH bizləri o Həzrətin (ə.f.) qəmgin qəlbini sevindirənlərdən etsin. AMİN!

ALAH razı olsun!

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

-marissa

  • 17 iyul 2011 10:48
  • Məqalə: 0
  • Şərh: 277
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 36
Cəmi: 49

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}