Ruh
Qur’an:
«Səndən ruh haqda soruşarlar de ki, ruh mənim Rəbbimin əmrindəndir və elmdən sizə az bir miqdardan başqa bir şey verilməmişdir.» (İsra, ayə 85)
Hədis:
2674. İmam Sadiq (ə): «Ruhlar bədənlə qarışmışlar. Bədənə söykənikli deyillər, əksinə bədəni araya alıb əhatə edirlər.» (Biharul-Ənvar, c.61,səh. 40 , hədis11)
2675. İmam Sadiq (ə): «Ruh, üzərinə qalın bədən geyindirilmiş zərif, incə bir cisimdir.» (Biharul-Ənvar,c.61,səh. 34 , hədis 7)
836. Ruhlar hazırlıqlı əsgərlərdir
2676. Allahın Peyğəmbəri (s): «Ruhlar hazırlıqlı əsgərlərdir. Tanış ruhlar qarşılıqlı ünsiyyətə girir, tanış olmayan ruhlar isə bir-birindən ayrılırlar.» (Kənzul-Ummal, hədis 24660)
2677. İmam Əli (ə): «Dostluq, ruhların ünsiyyəti sayəsində qəlblərin bir-birinə olan meylidir.» (Ğurərul-Hikəm,hədis 2057)
2678. Şəqiq ibn Səlmə: «Bir kişi Həzrət Əmirəl-mömininin (ə) yanına gəlib Onunla söhbət edir və söhbət əsnasında deyir: «Mən sizi sevirəm.»
Əli (ə) buyurur: «Yalan deyirsən»
Ərz edir:
«Niyə, ey möminlərin ağası?»
Buyurur:
«Öz qəlbimdə sənin məhəbbətini tapmıram.»
Allahın Peyğəmbəri (s) buyurmuşdur:
«Ruhlar fəzada bir-biri ilə görüşür və bir-birilərini qoxuyurdular. Bir-birini tanıyanlar bir yerə yığılır və tanış olmayanlar isə ayrılırdılar.» (Kənzul-Ummal, hədis 25560)
837. Ruhun halları
2679. İmam Əli (ə): «Bədənin altı halı var: sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və oyaqlıq. Ruh da belədir: həyatı onun elmi, ölümü onun nadanlığı, xəstəliyi isə onun şəkkidir. Sağlamlığı onun əminliyidir, yuxusu onun qəfləti və oyaqlığı onun dərrakəsidir.» (Biharul-Ənvar,c. 61, səh.40 , hədis 10)
2680. Imam Sadiq (ə) (Əbu Bəsirin «Yuxu vaxtı ruh bədəndən çıxırmı?» – sualının cavabında): «Xeyr, ey Əbu Bəsir! Çünki ruh bədəndən ayrılsa bir daha ona qayıtmaz. Ancaq ruh səmanın ortasında günəş kimidir: onun şüası hər yerə saçar.» (Camiul-Əxbar,səh. 488, hədis 1360)
2681. İmam Kazim (ə): «İnsan yatanda onun heyvani ruhu bədəndə qalır. Ondan çıxan isə əql ruhudur.» (Biharul-Ənvar, c.61, səh. 43 , hədis 19)