Sevgi Gözəldir,Onu Yaşayın Və Yaşadın

 
Sevgi Gözəldir,Onu Yaşayın Və Yaşadın

Yaşamaq səbəbi verir insana,
Yaşamın səbəbi-sevgi gözəldir.
Hər anda həyatı mənalandıran,
Həyatın mənası-sevgi gözəldir.

Məhəbbət yaranıb, eşq dəryasıdı,
Sevmək məhəbbətin ilk mayasıdı,
Ayrılıqsa onun sərt qayasıdır,
Bəzən qaya tək sərt sevgi gözəldir.

Sevgi Gözəldir,Onu Yaşayın Və Yaşadın

Sevgi bir ümmandır, sevgi bir dərya,
Bənzəyir gecələr ağaran aya,
Şəffafdır, bənzəyir o axan çaya,
Təmiz və pak olan sevgi gözəldir.

Bu sevginin yaman uzundur yolu,
Yol şaxələnir, var minlərlə qolu,
Yolda çökəklər var, mənayla dolu,
Hər anı mənalı sevgi gözəldir.

Sevgi Gözəldir,Onu Yaşayın Və Yaşadın

Sevginin kədəri-acısı olur,
Bunlara dözməyən çox tez qərq olur,
Sevməyən qəlb yarpaq kimi tez solur,
Sevəni yaşadan sevgi gözəldir.

Məhəbbət başqa bir həyatdır, həyat,
Geydirər insana ağ don, ağ xalat,
Verir o insana pak mənəviyyat,
Qəlbi saflaşdıran sevgi gözəldir.

Sevgi Gözəldir,Onu Yaşayın Və Yaşadın

Məhəbbət dedikdə “yar” düşər yada,
Sevən sevdiyini verərmi yada?
Məhəbbət həyatın sonudur ya da...
Dünyaya gəlişdir, sevgi gözəldir.

Əriyər dərdindən mis də, qalay da,
Bir saniyə olur həftə də, ay da,
Sevginin əksi var göydəki ayda,
Ucadır məramı, sevgi gözəldir.

Sevgi Gözəldir,Onu Yaşayın Və Yaşadın

Mən də hey çapmışam sevgi atımı,
Eşq saflaşdırıb mənəviyyatımı,
Sevgi mənalandırır həyatımı,
Elnuru yaşadan sevgi gözəldir.


Geri dön

_NaZaN_

  • 20 yanvar 2012 15:47
  • Məqalə: 0
  • Şərh: 223
  • Bal:
ezyete gore twkler..

nice_angel

  • 22 iyul 2011 10:22
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
{awards}
xebere gore twk...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

_DreaM_

  • 18 iyul 2011 15:01
  • Məqalə: 450
  • Şərh: 1374
  • Bal:
{awards}
menali seir idi

--------------------

aid_fanatka

  • 18 iyul 2011 11:09
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk.......................

twk.......................

twk.......................

twk.......................

twk.......................

twk.......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Sirli Melek

  • 18 iyul 2011 09:32
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Yaşamaq səbəbi verir insana,
Yaşamın səbəbi-sevgi gözəldir.
Hər anda həyatı mənalandıran,
Həyatın mənası-sevgi gözəldir. love

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

R.M_FaNaTka

  • 17 iyul 2011 22:42
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler

--------------------

★Azerbaijan girl★

  • 17 iyul 2011 18:52
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
maraqli idi tskler love

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 51
Cəmi: 83

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 64
Cəmi: 83
 
NIGAR
Xəbərləri: 64
Cəmi: 730
 
MiSS HaPPy)
Xəbərləri: 52
Cəmi: 147
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 33
Cəmi: 205
 
AyliN BunyaminovA
Xəbərləri: 20
Cəmi: 443
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}