Yaradılış

 
 Yaradılış

 Yaradılış

628. Yaradılışın mənşəyi

1906. Allahın Peyğəmbəri (s): «Hər şey sudan yaradılmışdır.» (Kənzul-Ummal, hədis 15119)

1907. Allahın Peyğəmbəri (s): «Allah-taala dünyanın səmasını ram edilmiş dalğadan yaratmışdır.» (Kənzul-Ummal, hədis 1518)

1908. Həbbeye Orəni: «Günlərin birində Həzrət Əlinin (ə) belə and içdiyini eşitdim: «And olsun səmanı tüstüdən Yaradana.» (Biharul-Ənvar, c.58, səh.104, hədis35)


629. Subhan olan Allahın ilk məxluqu

1909. Allahın Peyğəmbəri (s): «Allahın yaratdığı ilk şey qələmdir. Sonra ona əmr verdi və qələm yaranmalı olan hər bir şeyi yazdı.» (Kənzul-Ummal, hədis 15115)

1910. Allahın Peyğəmbəri (s): «Allah hər şeydən əvvəl əqli yaratdı.» (Biharul-Ənvar, c.1, səh.97, hədis8)

1911. Allahın Peyğəmbəri (s): «Allah hər şeydən əvvəl mənim nurumu yaratdı.» (Biharul-Ənvar, c.1, səh.97, hədis7)

1912. Allahın Peyğəmbəri (s): «Allah-taalanın yaratdığı ilk varlıq bizim ruhlarımız olub. Sonra onlara özünün tövhidini və tərifini söylətdirdi, daha sonra mələkləri yaratdı.» (Uyune Əxbare Rza (ə), c.1, səh.262, hədis22)

1913. Biharul-ənvar: «İmam Əlidən (ə) Allahın yaratdığı ilk məxluq haqda soruşduqda buyurdu: «Nuru yaratmışdır.» (Biharul-Ənvar, c.57, səh.73, hədis49)

1914. İmam Baqir (ə): «Allah-taalanın birinci yaratdığı və sonradan bütün varlıqların mənşəyi olan şey su olub.» (Ət-Tovhid, səh.67, hədis20)


630. Aləmin yaradılışı

Qur’an:

«Məgər kafirlər düşünmürlərmi ki, səmalar və yer bir-birinə bağlı idi, biz onları açdıq və hər bir canlını sudan yaratdıq. Görəsən, bundan sonra da iman gətirməyəcəklərmi?» (Ənbiya, ayə 30)

1915. İmam Əli (ə): «Əşyaları əzəli bir maddədən və əbədi nümunələrdən yaratmadı. Əslində yaratdığını yaratdı, hüdudları (ölçülərini) təyin etdi, surət verdiyinə, surət verdi və surətlərini ən gözəl şəkildə yaratdı.» (Nəhcül-Bəlağə, xütbə 163)

1916. İmam Baqir (ə): «Allah-taala varlıqları yaratdı, amma hansısa bir şeydən yox. Kim desə ki, Allah-taala varlıqları (hansısa bir) şeydən yaratdı, o, kafirdir.» (İləluş-Səraye, səh. 607 , hədis81)


631. Gözlərimizdən gizli olan aləmin təmtərağı və əzəməti


1917. İmam Əli (ə): «Ey Pak olan Allah! Sənin yaratdıqlarından gördüklərim necə də əzəmətli və təmtəraqlıdır! Hər bir böyük, Sənin qüdrətin müqabilində necə də kiçikdir! Sənin mələkutundan gördüklərimiz necə də vahiməlidir! Bizim gördüklərimiz Sənin gözə görünməyən qüdrət və səltənətinin müqabilində necə də kiçikdir!» (Nəhcül-Bəlağə, xütbə 109)

1918. İmam Baqir (ə): «Bəlkə elə fikirləşirsən ki, Allah-taala təkcə bu aləmi yaratmış və sizdən başqa bir bəşər xəlq etməmişdir? And olsun Allaha, O, min-min aləm və min-min Adəm yaratmışdır ki, sən o aləmlərin və Adəmlərin ən sonuncususan.» (Ət-Tovhid, səh.277, hədis2)

 Yaradılış


Geri dön

aid_fanatka

  • 18 iyul 2011 11:17
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
twk......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

_OmuR_

  • 17 iyul 2011 16:46
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
BIRINCI DEFEDI ki,hansisa saytdan dini bolmeye bu qeder yer ayrildigini gorurem cox xosdu.tesekkurler

--------------------
ALLAH ve SEVGILILER her iki dunyada seninleyem!

lema

  • 17 iyul 2011 16:39
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Imam Bagir(e) in sonuncu dediyi soz lap maraqli geldi.min min alem...Allah her sheyi bilendir.heqiqeten biz Allahin bize verdiyi agilin derk etdiyi qeder bile bilerik...minnetdaram bacish.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

aga482

  • 17 iyul 2011 16:19
  • Məqalə: 0
  • Şərh: 845
  • Bal:
{awards}
tesekkur deyerli xebere gore wink

--------------------
HER GUN İNSAN UCUN YENİ BİR HEYATDİR..........
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 32
Cəmi: 52

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}