![]() "Bu sənə son yazım..." deyə başlayan bir məktub var bu an qarşımda. "Bu sənə son sözüm" deyər kimi baxan. Qapqara hərflərlə çirklədilmiş, dümağ bir səhifə. Hardan baxılsa ağrılı, hansı sətirindən başlansa hüzn, hansı sözü oxunsa etibarsızlıq. Halbuki mənim; batan günəşin ardından sarıldığım, təpədən aşağı enərkən, çaxıl daşlarıyla birlikdə diyirləndiyimdə düşündüyüm biri var… "Bu sənə son yazım…" bir ayrılığın elanı kimi, ölünün üzərinə son kürək torpaq, gözdəki son damla, son dəfə əl yelləmək kimi… Halbuki mənim; Qışın soyuğunda, dalğaların qayaları döydüyü anlarda, fırtınalarda çırpınarkən sığındığım biri var… "Bu sənə son yazım..." düşündüklərinin, hiss etdiklərinin və yaşadıqlarının mənim üçün zərrə qədər əhəmiyyəti yox demək deyilsə nə bu? Sən istədiyini söylə, sənin söylədiklərinin heç bir mənası yox demək deyilsə nə bu? Halbuki mənim; dərinlərdə nəfəssiz qaldığımda və nəfəsimin mənə aid olmadığını sandığımda, sonsuz kimi görünən qaranlığın ortasında, ümidimin tükəndiyi anlarda düşündüyüm biri var… "Bu sənə son yazım…" deyə başlayan və sənə heç inanmadım, sənə heç güvənmədim deyə davam edən satarar bunlar. Üstəlik inanmam və güvənməm üçün etdiyin hər şey boşa avar çəkmək, qeyri-kafi, yersiz və axmaq səylərdən başqa heç bir şey deyil bunlar. Halbuki mənim; burnumda yağış qoxusu varkən, buludlar sürətlə axıb keçərkən, və uşaqlar ağladığında, pərdələr uçuşduğunda düşündüyüm biri var… "Bu sənə son yazım…" mən bunlara layiq deyildim… Amma sən hər şeyə kədərlənməlisən, qırılmalısan, parçalanmalısan, yox olub getməlisən… Sənin söylədiklərindən daha qiymətli başqalarının nə dediyi, səndən daha qiymətli başqalarının nə düşündüyü demək bu. Halbuki mənim; əlimi uzatdığımda və saatın hər çalışında, yanımdaykən darıxdığım və uzaqlaşınca hər an düşündüyüm biri var… "Bu sənə son yazım…" Açıqca dilədiyini et, mən istədiyim qədər daha yanındayam. Özümü hazır hiss edincə girdiyim kimi çıxacağam həyatından demək bu? Halbuki; Ağılımın sahilində gəzən və dilimin ucundaykən yanarcasına düşündüyüm, dəniz gözlərində gəzərkən yamyaşıl meşələrdə yox olub getdiyim biri var… Tək şəxsiyyət dünyamda ölçülü addımlarla gedirəm. Boş verdim və mən artıq öz nağılıma dönürəm. ![]() Təşəkkür edənlər: Милая_kisa, _melek yüzlüm_, LOVE IS DEAD, ♥Princess♥, dangerous_angel, Ulya, sevgi yalandir Baxılıb: 393
Şərhlər: 10
![]()
Hörmətli Qonaq! Siz saytda qeydiyyatdan keçməmisiniz.
Zəhmət olmasa QEYDİYYAT dan keçin və ya öz adınızla daxil olun. Anastasiya ( ) »"Bu sənə son yazım…" deyə başlayan və sənə heç inanmadım, sənə heç güvənmədim deyə davam edən satarar bunlar. Üstəlik inanmam və güvənməm üçün etdiyin hər şey boşa avar çəkmək, qeyri-kafi, yersiz və axmaq səylərdən başqa heç bir şey deyil bunlar. sevgi yalandir ( ) »ureyimde ne qeder soz vardi amma bu sene son yazimdi ![]() Çox tez getdin sevgili..Mən gözlərinə baxmağa doymadım..Əlini belə doyunca tutmadım..Xoşbəxtliyi yarım yaşadım..Ümidlərim tez doğuldu və tez öldü.. İndi məni görənlər soruşur `Niyə belə fikirlisən?` ..Heç deyirəm..Yola verirəm.. O`nu bilki sevgili bu qəlb hələdə səni sevir..Sənsə getmisən.. Mr_Unlimited ( Ya olduğun kimi görün, ya da göründüyün kimi ol ) »Halbuki mənim; dərinlərdə nəfəssiz qaldığımda və nəfəsimin mənə aid olmadığını sandığımda, sonsuz kimi görünən qaranlığın ortasında, ümidimin tükəndiyi anlarda düşündüyüm biri var… dangerous_angel ( ) »"Bu sənə son yazım..." deyə başlayan bir məktub var bu an qarşımda. ![]() cCcCOookk BaKmA oYle EeVVveEttttTt.....BeN Bi pSiKoPPaTim=))(( ♥Princess♥ ( My Lovely Networld_♥LeGenD.aZ♥ ) »Tək şəxsiyyət dünyamda ölçülü addımlarla gedirəm. Boş verdim və mən artıq öz nağılıma dönürəm. Bu cumledeki derin menada sanki ozumu tapdim.CoOoX Sagol baciw superdiii ![]() ![]() ![]() ![]() Xəbərləri: 0
Şərhləri: 1348
Balları: 1057
LOVE IS DEAD ( ) »"Bu sənə son yazım…" Açıqca dilədiyini et, mən istədiyim qədər daha yanındayam. Özümü hazır hiss edincə girdiyim kimi çıxacağam həyatından demək bu? Halbuki; Ağılımın sahilində gəzən və dilimin ucundaykən yanarcasına düşündüyüm, dəniz gözlərində gəzərkən yamyaşıl meşələrdə yox olub getdiyim biri var… teshekkurler can cox beyendim ![]() • Darıxdın, içtin, ağladın, güldün, mahnılar söylədin, şeirlər yazdın. Yaxşı o nə etdi? ![]() ![]() Xəbərləri: 1
Şərhləri: 21
Balları: 130
DarK_WorLD ( ) »Tək şəxsiyyət dünyamda ölçülü addımlarla gedirəm. Boş verdim və mən artıq öz nağılıma dönürəm MəlumatStatusu Qonaq olan istifadəçılərin bu xəbərdə şərh yazmaq hüququ yoxdur. |





Şərhlər: 10












































Ana Səhifə
Qeydiyyat
Statistika
Bal sistemi
Hava Haqqında
Legend.Az Life
Full Albomlar
Son Şərhlər
Adminlə Əlaqə
Azərbaycan
_RONALDO_ ( ) »