Mütəxəssislər minlərlə bitki, canlı və mikroorqanizmlər arasından qalibləri
seçməyə çalışıblar. Reytinq siyahısına ötən il Peruda aşkarlanan zəli başçılıq edir.
Cəmi 5 sm boyu olan zəli böyük və kəskin dişlərə sahibdir.
Buna görə də ona "Tyrannobdella rex" (qəddar kral zəlisi) adı verilib.
Ən maraqlısı isə odur ki, o insan burnunun selikli qişasında tapılıb.
İkinci "Halieutichthys intermedius" adlı balıqdır.
O, tullana bilir və əlləri olan uçan siçana (yarasaya) bənzəyir.
Siyahıda həmçinin CAR-da aşkar edilən tullana bilən, həmcinslərindən böyük
ayaqları ilə fərqlənən, xarici görünüşünə görə isə çəyirtkəyə bənzəyən hamam
böcəyi (tarakan), Qərbi Afrika savannalarından müəyyən edilən "Philantomba walteri"
adlı yeni növ antilop, Fillipində yaşayan iki metrlik parlaq rəngli vegeteryan varan
"Varanus bitatawa", hördüyü torun davamlılığı ilə fərqlənən "Caerostris darwini"
adlı Madaqasqar hörümçəyi, orxideyanın nadir növlərinin tozlandırıcısı olan sisəy,
pasla qidalanan bakteriyalar, sualtında bitən, qaranlıqda işıq saçan göbələk və sairə daxil edilib.
"The Daily Mail"ə açıqlama verən reytinq siyahısını tərtib edən komissiyaya
rəhbərlik edən professor Meri Ceymsin sözlərinə görə, bu məxluqların hər biri
bizim planetin tarixi haqqında məlumat verir: "Onlar hər biri mozaikanın bir hissəsidir.
Bu mozaika bizə Dünyada vahid biosfer çərcivəsində həyatın necə davam etməsini nümayiş etdirir".