Necə İbadət Edək?

 
 Necə İbadət Edək?

 Necə İbadət Edək?

Necə İbadət Edək?

İbadətin üsulunu Qur’an və Əhli-beytdən (ə) öyrənməliyik. Necə ki, hər bir evin ünvanını ev sahibindən soruşmaq lazım gəlir. Qur’an ayələri və mə’sumların hədisləri ən gözəl ibadət nəyi hesab edir və onu hansı səciyyələrlə tanıtdırır? Bu sualın cavabını Qur’an və Əhli-beytdə (ə) tapmaq mümkündür. Beləliklə, din övliyalarının sözlərini yada salaq:

 Necə İbadət Edək?

1. Agah ibadət

Hədisdə deyilir: “Alimin iki rəkət namazı cahilin yetmiş rəkət namazından üstündür.” (“Səfinətul-bihar”, “Əbd” kəlməsi)

Allahın rəsulu (s) buyurur: “Namazın düşüncə və agahlıqla qılınan hissəsi qəbuldur.” (“Muhəccətul-bəyza”, 1-ci cild, səh.366)

Agah namaz odur ki, insan nə etdiyini, nə dediyini, kiminlə danışdığını bilsin və qəlb iştirakı ilə Allahı düşünsün.

Peyğəmbər (s) buyurur: “Diqqət ilə qılınan iki rəkət namaz düşünmədən bir gecə oyaq qalmaqdan üstündür.” (“Bihar”, 84-cü cild, səh.259)

Qur’an buyurur: “Ey iman gətirənlər! Sərxoş halda namaza yaxınlaşmayın. Dediyinizi anlayanadək!” (“Nisa” surəsi, ayə 43)

İmam Sadiq (ə) buyurur: “Hər kəs iki rəkət namaz qılıb, kiminlə danışdığını və nə danışdığını düşünərsə, günahları bağışlanar.” (“Vafi”, 2-ci cild, səh.10)

 Necə İbadət Edək?

2. Eşqlə ibadət

Xəstə dadlı yeməkdən ləzzət almadığı kimi həvəssiz ibadət edənlər də heç bir ləzzət almır.
İbadət sönüklük, halsızlıq, yorğunluq yox, məhəbbət, şadlıq və ləzzətlə yanaşı olmalıdır.

Qəlbən vurğun insanlar ibadət zamanı xoş əhval-ruhiyyə əldə edirlər.

Bu dəyər mə’rifət və düşüncə ilə əldə olunur. Məcburi ibadət səmərəsizdir.

İmam Sadiq (ə) buyurur: “Məcburən ibadət etməyin.” (“Üsuli-Kafi”, 2-ci cild, səh.83)

Böyük şəxsiyyətlərlə görüşə maraqlı olduğumuz kimi, Allahla görüşə, Onun dərgahına eşq dolu qəlblə gəlməliyik.

Din övliyaları və mə’sumlar Allahla görüş vaxtını eşqlə gözləyirdilər. Onlar insanı heyrətə gətirəcək eşqlə namaz qılıb, ibadət edirdilər. (Sonrakı mövzularda bə’zi nümunələr qeyd olunacaq.)

 Necə İbadət Edək?

3. Xalis ibadət

İxlas gövhəri ibadətlərə dəyər və e’tibar verir. Riyakarlıq, şöhrətpərəstlik və avamları aldatmaq üçün edilən ibadət dəyərsizdir və qəbul olunmur.

Qur’an buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamətə) ümid bəsləyirsə, Ona etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (“Kəhf” surəsi, ayə 110)

İmam Riza (ə) buyurur:
“Hər kim ibadətini cəmiyyətə göstərib özünü tanıtdırırsa, onun dininə bədbin olun.” (“Bihar”, 70-ci cild, səh.252; “Vəsail”, 1-ci cild, səh.58)

Bu cür şəxslər dindən xalqı aldatmaq üçün istifadə edirlər. İxlasla olmayan ibadət cansız bədən kimidir.

Qur’an buyurur: “Xalqa yalnız xalis dillə Allaha ibadət etmək tapşırılıb.” (“Bəyyinə” surəsi, ayə 5)

 Necə İbadət Edək?

4. Xüşu ilə ibadət

Xüşu Allahı qəlbən düşünmək və Onun əzəmətinə uyğun hal tapmaqdır.

Allaha pərəstiş Onun əzəmətini düşünmək və qarşısında kiçiklik, ehtiyac hiss etməklə yanaşı olmalıdır.


Qur’an mö’minlərin sifətlərini “namazda xüşu” ilə bəyan edir:
“O kəslər ki, namazlarında müt’i olub boyun əyərlər!” (“Mu’minun” surəsi, ayə 2) İbadət edən şəxsin vücudunu müt’ilik (xüşu) əhatə etməlidir.

Bu halı əldə etmək üçün namaz qılan şəxs elə ibadət etməlidir ki, sanki Allahı görür. Namaz qılan şəxs Allahın əzəməti və qüdrəti qarşısında öz kiçikliyini hiss etməlidir.

Hədisdə buyurulur: “Allaha elə ibadət et ki, guya Onu görürsən.” (“Misbahuş-şəriət”, səh.8)


Başqa bir hədisdə buyurulur:
“Namazı vaxtında və sonuncu namazın kimi qıl. Elə zənn et ki, namaz və dünya ilə xudahafizləşirsən.” (“Bihar” 84-cü cild, səh.233)

 Necə İbadət Edək?

5. Gizli ibadət

İnsan şeytanın tələsindən sığortalanmayıb. İbadət bir çox hallarda təkəbbür, riya və özünü nümayişlə puç olur.

Bu bəladan uzaqlaşmaq üçün gizli ibadət lazımdır.

Allahın rəsulu (s) buyurur: “Gizli ibadətin mükafatı daha böyükdür.” (“Bihar”, 70-ci cild, səh.251)

Əlbəttə, bu İslamın aşkar ibadət (cümə, həcc və camaat namazı kimi) göstəriş vermədiyi hallara aiddir.

Çünki məsciddə qılınan camaat namazı evdə qılınan fərdi namazdan üstündür.

Gizli ibadət bir çox hallarda riya və ibadətin puç olmasının qarşısını alır.

 Necə İbadət Edək?


Geri dön

aid_fanatka

  • 19 iyul 2011 14:14
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
twk,............................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

NELLY19

  • 19 iyul 2011 12:23
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE,,!!!

wirin heyat

  • 18 iyul 2011 22:33
  • Məqalə: 1
  • Şərh: 153
  • Bal:
{awards}
cox twk maraqliydi

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....

Willow smith

  • 18 iyul 2011 20:51
  • Məqalə: 52
  • Şərh: 1018
  • Bal:
{awards}
Allah razı olsun

--------------------
Stəkanı yerə at, sonra ondan üzr istə.
Əslində onu qırmaq istəmədiyini və təkrar su içmək istədiyini söylə..
İşə yarasa, mən burdayam...

Su Perisi

  • 18 iyul 2011 20:50
  • Məqalə: 19
  • Şərh: 1726
  • Bal:
{awards}
Qur’an buyurur: “Kim Rəbbi ilə qarşılaşacağına (Qiyamətə) ümid bəsləyirsə, Ona etdiyi ibadətə heç kəsi şərik qoşmasın!” (“Kəhf” surəsi, ayə 110)

Təşəkkürlər

--------------------

Sweet life

  • 18 iyul 2011 20:07
  • Məqalə: 53
  • Şərh: 1254
  • Bal:
{awards}
tesekkurler

--------------------

qonce

  • 18 iyul 2011 20:04
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Allah komeyinizde dursun tesekkur.....xebere gore...

R.M_FaNaTka

  • 18 iyul 2011 19:58
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
ilk sehr menden ALLAH razi olsun twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 10
Qonaqlar: 75
Cəmi: 98

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 39
Cəmi: 586
 
♔Hе важно∞
Xəbərləri: 21
Cəmi: 113
 
MiSS HaPPy)
Xəbərləri: 14
Cəmi: 26
 
Nergiz__Sirinova
Xəbərləri: 12
Cəmi: 423
 
Sol Meleyim
Xəbərləri: 11
Cəmi: 22
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 675
 
AyliN BunyaminovA
Xəbərləri: 9
Cəmi: 400
 
ஐ Payiz ஐ
Xəbərləri: 8
Cəmi: 11
 
Dəlishka
Xəbərləri: 4
Cəmi: 5
 
QERCOQINYA
Xəbərləri: 4
Cəmi: 4
 
 
{slinks}