Hardasa uzaqda eşq gəzirik biz

 
Hardasa uzaqda eşq gəzirik biz

Yalnız ürəyimiz sısqa bir lələk,
Mürgülü sətirlər ağrı yaşadır.
Səmadan asılmış minarələr tək,
Ürək yaşatdığı dərdlə qoşadır.

Bizi sevdiyimiz sevmir nədənsə,
Bizi sevənləri sevəmmmirik biz.
Göz yaxın olanı görmür,nədənsə
Hardasa uzaqda eşq gəzirik biz.

Hardansa uzaqdan şirin bir xəyal,
Rəngli yuxu kimi gəlir gecələr.
Yuxular içində bir dünya sual,
Yuxunun dərdini bölür gecələr.

Bölür yuxusunu arzu payımız,
Arzunun özünü kimlə bölək bəs?
Bizim ömrümüzün sevda ayını,
Ən rəngli yuxu də göstərə bilməz.

Və biz də ümidlər yapıb gizlicə,
Gözlərik taleyin ulduz vaxtını.
Bizim ulduzumuz nur saçan gecə,
Kim bilir yaxınmı,ya uzaqdımı?

Bizi sevdiyimiz sevmir,nədənsə
Bizi sevənləri sevəmmirik biz.
Göz yaxın olanı görmür nədənsə,
Hardasa uzuqda eşq gəzirik biz.


Hardasa uzaqda eşq gəzirik biz

Şübhən olmasın

Bir gün həyatında olmasam gülüm,
Səni sevdiyimə şübhən olmasın.
Hər gecə yuxuda səni görməyə,
Gizli gəldiyimə şübhən olmasın.

Qıymaram ot basa, itə izlərin,
İnan yixılaram, əssə dizlərin.
Nə vaxt sən sevinsən, gülsə gözlərin,
Mən də güldüyümə şübhən olmasın.

Həsrət neyləyəcək qəlblər yaxınsa,
Dilə nə gərək var gözlər oxunsa.
Haçan ayağına bir daş toxunsa,
Bunu bildiyimə şübhən olmasın.

Qocalıq hökmümü verdin sən indi,
Düşür saçlarıma bəyaz dən indi.
Sevincim, şadlığım bütöv sənindi,
Dərdi böldüyümə şübhən olmasın.

Mənə bəxş etdiyin lal baxışları,
Onları bəzəyən bu naxışları,
Gözümdən süzülür qəm yağışları,
Tənha sildiyimə şübhən olmasın.

Gör harda qırıldı, harda incəldi?!
Gedirəm, bəlkə də könlüm dincəldi.
Əzrayıl donunda həsrətin gəldi,
Daha öldüyümə şübhən olmasın.


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 23:04
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
twk

--------------------

nice_angel

  • 21 iyul 2011 21:54
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
twk.......

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

RaP_muziC

  • 19 iyul 2011 18:58
  • Məqalə: 8
  • Şərh: 150
  • Bal:
{awards}
tsk. super seirlerdi
winked

--------------------
™Yupiterden RaP_muziC™

lema

  • 19 iyul 2011 16:27
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
beli sad insanlar beledi uzaqdaki qizilgulden otru duz yanlarindaki benovseleri ezirler.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

MiLeyla

  • 19 iyul 2011 14:12
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
TWK sad

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

ulka17

  • 19 iyul 2011 14:06
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
TESEKKURLER

aid_fanatka

  • 19 iyul 2011 13:39
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

NELLY19

  • 19 iyul 2011 13:32
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE,,!!!

ozlem2010

  • 19 iyul 2011 12:46
  • Məqalə: 0
  • Şərh: 545
  • Bal:
{awards}

Həsrət neyləyəcək qəlblər yaxınsa,
Dilə nə gərək var gözlər oxunsa.
Haçan ayağına bir daş toxunsa,
Bunu bildiyimə şübhən olmasın.


--------------------
Hər mahnıda, hər kitabda,hər şeirdə ağlıyacam və beləcə nifrətim daha çox artacaq sənə,hər göz yaşımla zərrə-zərrə gedəcəksən ürəyimdən...

_DreaM_

  • 19 iyul 2011 12:19
  • Məqalə: 450
  • Şərh: 1395
  • Bal:
{awards}
Bizi sevdiyimiz sevmir nədənsə,
Bizi sevənləri sevəmmmirik biz.
Göz yaxın olanı görmür,nədənsə
Hardasa uzaqda eşq gəzirik biz.

--------------------

Jasmin45

  • 19 iyul 2011 12:09
  • Məqalə: 43
  • Şərh: 1124
  • Bal:
{awards}
Həsrət neyləyəcək qəlblər yaxınsa,
Dilə nə gərək var gözlər oxunsa.
Haçan ayağına bir daş toxunsa,
Bunu bildiyimə şübhən olmasın.

Mənə bəxş etdiyin lal baxışları,
Onları bəzəyən bu naxışları,
Gözümdən süzülür qəm yağışları,
Tənha sildiyimə şübhən olmasın...

Maraqlı şeir üçün müəllifə təşəkkürlər..

--------------------

Tək istədiyim üzüyünü taxım və deyim "Artıq səninəm"=)

Sirli Melek

  • 19 iyul 2011 11:40
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Gör harda qırıldı, harda incəldi?!
Gedirəm, bəlkə də könlüm dincəldi.
Əzrayıl donunda həsrətin gəldi,
Daha öldüyümə şübhən olmasın.
recourse

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

★Azerbaijan girl★

  • 19 iyul 2011 11:39
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tskler ikinci serh menden

R.M_FaNaTka

  • 19 iyul 2011 11:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 45
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}