Tələbələri ATV-dən qovdular!

 
Tələbələri ATV-dən qovdular!

“Sizə yarımçıq qalan praktikamız haqda yazmaq istəyirəm. Sözü çox uzatmadan keçirəm mətləbə. Demək belə…
Səbirsizliklə gözlədiyimiz gün gəlib çatdı. Və biz Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri təcrübə üçün ATV kanalına yollandıq. Hər il olduğu kimi bu il də 1 aylıq təcrübə müddəti təyin olunub ki, bu müddətdə hər bir tələbə qəzet redaksiyası, agentlik, radio ya da televiziyada praktik vərdişlərini artırsın. Həm çox həvəsli, həm də çox həyəcanlı idik, çünki keçən ildən fərqli olaraq bu il məhz TV-də təcrübə keçəçəkdik, daha çox şey öyrənmə şansımız var deyə düşünürdük. Ancaq,sən saydığını say, gör ATV nə sayır. Atv kanalı ilə ilk tanışlığımız kanalın prezidenti Tağı İbrahimovla başladı. Ondan eşitdiyimiz sadəcə bu sözlər oldu: “Aparın “bunları” yoxlayın görün savadları var ya yox. Varsa qalsınlar, yoxdursa göndərin getsinlər, bizə lazım deyillər”

Tələbələri ATV-dən qovdular!

Bakı Dövlət Universiteti kimi bir universitetin, həmçinin Jurnalistika fakültəsinin tələbələri necə savadsız ola bilər axı? Hər şey ilkin təəssüratdan başlanır. Absurd, düşünülməmiş sözlər artıq bizdə kifayət qədər ”rəy” yaratdı. Mən orada Tağı müəllimdən imkan versəydi soruşmaq istəyərdim ki, sizdə işləyən insanları da belə “savad yoxlanması”na göndərirsizmi?
Mən təcrübə alacağım yeri özüm seçsəydim bu kanal sonuncu yerdə belə olmazdı. Biz öz istəyimizlə yox, univeristetin təyinatı ilə ordaydıq.

Tələbələri ATV-dən qovdular!

Daha sonra bir-iki şəxslə görüşdük və nəhayət Xəbərlər redaksiyasına daxil olduq. Gördüyümüz soyuq münasibət öz kəskinliyi ilə davam edirdi. Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu bizi otağına dəvət etdi. Biz də təcrübəmiz barədə məlumat almaq üçün suallar verdik. Cavabında isə “Nə vaxt istəyirsiz gəlin. Az gəlsəz daha yaxşıdı, yəni gəlməsəz də olar. Bizə daha sərfəlidi”-deyə baş redaktor dedi. Və artıq hər şey aydın idi. Ruh düşkünlüyü olsa da yenə də yeni şeylər öyrənmək ümidi ilə “hörmətlə”qarşılandığımız həmin kanala getməyi qərara aldıq. Əslində, istəsəydik elə ordaca baş redaktorla razılaşıb təcrübəyə gəlməzdik və sadəcə təcrübə müddəti qurtaranda xasiyyətnaməmizi gedib alardıq. Təbii ki, biz bunu etmədik. Təcrübəmizin ikinci günü vaxt itkisi ilə keçdi, hətta başqa univeristetlərdən tələbələr də var idi. Redaksiyada oturmağa yer yox idi. Buna görə də vaxt təyin etdik və yalnız müəyyən etdiyimiz günlərdə təcrübəyə gəlməyi qərarlaşdırdıq. Artıq təcrübəmizin üçüncü günü və hələ ki heç bir şeyə nail ola bilməmişik.

Tələbələri ATV-dən qovdular!

Müxbirlərlə tez-tez danışırıq ki, çəkilişə çıxanda biz də gedək. Amma bizim xəbərimiz olmadan çəkilişlərə gedilirdi, müraciət etməyimizə baxmayaraq bizə xəbər verilmirdi. Yoldaşlarla oturub çəkiliş gözləyirdik (yarımız ayaq üstə durub) və susuzluq artıq öz təsirini göstərirdi. Biz də yollandıq mağazaya su aldıq və redaksiyaya qayıtdıq. Böyük həvəslə susuzluğumuzu yatıranda müxbirlərdən birinin dediyi sözlərlə suyumuz boğazımızda qaldı. Sən demə Atv kanalının Xəbərlər redaksiyasının müxbirləri heç vaxt otaqda su içmirlər. Halbuki, biz susuzluğumuzu yatırdığımız həmin otaqda müxbirlərin masalarında çay, kofe var idi və onlar istədikləri vaxt suya olan tələbatlarını ödəyirdilər. Bizim eşitdiyimiz bunlar idi: “Siz burda süfrə açmısız, su içirsiz” Yəni, belə başa düşək ki, bura çox “ciddi”, “məsuliyyətli” redaksiyadır. Hətta,bu redaksiyada bizə bu sözlər deyilən anda kofe, çay içən müxbirlərdən əlavə qeyri-etik formada saqqız çeynəyən aparıcını da gördük.Və artıq bəhanə də hazır idi. Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu bizi otağına çağırdı və bu redaksiyadan son eşitdiyimiz sözlər bunlar oldu: “Xahiş edirəm buranı tərk edin, çıxın gedin..”

Tələbələri ATV-dən qovdular!

Sanki, adi bir məqamı gözləyirmiş kimi deyilən bu sözlər hər şeyi açıq aydın göstərir.
2 gün sonra təcrübə rəhbərimizlə-müəllimimizlə həmin kanala getdik. Saat 12-00 idi və Xəbərlər redaksiyasının baş redaktoru bizə verilən məlumata görə hələ də gəlməmişdi. Kanalın “mühafizə xidməti” təqdirəlayiq iş görür. Vaqif bəy gəlməli idi ki, bizi və müəllimimizi içəri buraxsınlar. Təbii ki, bu da həmin kanalda, həmin redaksiyada axırıncı günümüz idi. Və nəticə göz qarşısındadır.
Jurnalistika yaradıcılıq işidir.Gələcəyin jurnalisti olmaq yolunda addımlayan insanlara belə münasibət olan yerdə təbii ki, peşəkarlıqdan söhbət gedə bilməz. Bu 3 günlük təcrübədə bilmədiklərimizi öyrəndik, görmədiklərimizi gördük (ixtisasımızla bağlı olmasa da). Öyrənmək istəyən insanları da həvəsdən öldürənlər var imiş. Hətta,özünü qarşısındakından ağıllı hesab edən insanlar da var televiziya məkanında. Artıq, elə bir rəy formalaşıb ki, o kanalın adı gələndə bizə deyilən sözlər qulağımda cingildəyir və əminliklə deyə bilərəm ki, jurnalist fəaliyyətimiz zamanı da o münasibəti unutmayacağıq. Təşəkkürlər ATV…”



Geri dön

nice_angel

  • 22 iyul 2011 00:07
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
xebere gore twk

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

Mr.Perfect

  • 21 iyul 2011 23:02
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

brunette

  • 21 iyul 2011 11:26
  • Məqalə: 2
  • Şərh: 84
  • Bal:
{awards}
HA HA HA.BIABIRCILIQDI E. smile

lema

  • 19 iyul 2011 22:51
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
no comment. belay onsuz yaxshi kanal deyildi lap gozumden dushdu. what bunu bolushduyunuz uchun minnetdaram....

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

be-mine

  • 19 iyul 2011 22:08
  • Məqalə: 0
  • Şərh: 60
  • Bal:
{awards}
men de oranin telebesiyem...adnan deilmiw gorunur...bu olkenin axiri nece olacaq bilmirem..eh ozumuz deyib ozumuz ewidirik

★Azerbaijan girl★

  • 19 iyul 2011 21:10
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
aaaaaaaaaaaaaa tskler

NİKİ

  • 19 iyul 2011 20:39
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
thank you fellow

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

ulka17

  • 19 iyul 2011 20:28
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
TESEKKURLER

R.M_FaNaTka

  • 19 iyul 2011 19:38
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
hmm twkler

--------------------

NELLY19

  • 19 iyul 2011 19:30
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE,,!!!

samir_252

  • 19 iyul 2011 18:42
  • Məqalə: 45
  • Şərh: 1601
  • Bal:
{awards}
Hamısını oxudum...No comment.

qonce

  • 19 iyul 2011 18:38
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
O ne kanaldir ki,ora telebeler gedibler?Tesekkur xeberinize gore...

MiLeyla

  • 19 iyul 2011 18:21
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
EHHHHHHH BIZDE BUTUN BUNLAR GUNDELIK PROSESE CEVRILIB.YALTAQSANSA ZEMANE UWAGISAN,DUZGUNSENSE SENE HEC YERDE YER YOXDU.BU INSANLARIN ARASINDA OLMAQDANSA OLMAMAQ YAXWIDI.QURBAN OLUM ALLAHA HAMISINI GORUR,

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

aid_fanatka

  • 19 iyul 2011 18:14
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk..................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

miniwinx

  • 19 iyul 2011 17:30
  • Məqalə: 0
  • Şərh: 339
  • Bal:
{awards}
bizde butun qapilari rusvet ve yalatliq,bunlardan basqa hecne gozlemek olmaz .azerbaycanda her bir senet meslek puldur .basqa hecne

Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

--------------------
Dost deniz qiragindaki dashlara benzeyir, once bir-bir toplayirsan sonra tek tek denize atirsan, amma bezileri var atmaga qiymirsan, Sen bax o qiymadiqlarimdansan.......

wirin heyat

  • 19 iyul 2011 17:13
  • Məqalə: 1
  • Şərh: 156
  • Bal:
{awards}
ah bu daydaylar hardasiz?bu uwaqlar qaliblar axi burda?

--------------------
Ya gozlerin aklimda
Ya da aklim adinda
Ya hayalin karwimda
Ya sesin kulagimda
Ya ben cildiriyorum
Ya da cok seviyorum
Ya sevmek cok guzel
Ya da sevilen cok ozel....

_OmuR_

  • 19 iyul 2011 16:55
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
bizde butun qapilari rusvet ve yalatliq,dayday acir........

--------------------
ALLAH ve SEVGILILER her iki dunyada seninleyem!

Musique Sage

  • 19 iyul 2011 16:54
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
sorumaq pis cixmasin ne gozleyirsiniz ki bura Azerbaycan ora ATV yaxsisi budur XEZERE gedin

lider

  • 19 iyul 2011 16:25
  • Məqalə: 23
  • Şərh: 3044
  • Bal:
{awards}
UNUTMAYIN biz Azerbaycanin Ali mekteb telebesiyik AXI

Zulfiyye-91

  • 19 iyul 2011 16:09
  • Məqalə: 8
  • Şərh: 330
  • Bal:
{awards}
AAAAAAAAAA hec gozlemezdim.ama ozlerini ele aparirlarki bunlardan savadlisi yoxdu.
sizi en yaxwisi XEZER TV ye yollayardilar. cunki ora yaxsidi.atvnin onun yarisi veriliwinden sonra onsuzda o kanal gozden dusub.

fikir elemeyin dostlar.Allah her seyui gorur.

--------------------
Sevginin məqsədi onun üçün “mükəmməl insan” olmaq deyil, səni mükəmməliyə ən çox yaraşdıran insanı tapmaqdır..

Sirli Melek

  • 19 iyul 2011 16:06
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
EYİB OLSUN ONLARA!!! BELƏ HƏRƏKƏTLƏRİ ONLARA YARAŞDIRMIRAM((
ONU DA DEYİMKİ ATV KANALINDA "SÖZ OYUNU" VERİLİŞİ GEDİR. YƏQİNKİ BƏZİLƏRİNİZ BAXIRSIZ. ORDA UDAN TƏRƏFƏ 1 PAKET KOLBASA MƏHSULLARI VERİRLƏR))) GUYA VERİRLƏR OYUN QURTARDIQDAN SONDA ADAMDAN TUTUB ALIRLAR))) BİABIRÇILIQDI. BU KANALI GÖZDƏN SALIR !

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

KUCUK_SIRLAR

  • 19 iyul 2011 16:06
  • Məqalə: 0
  • Şərh: 153
  • Bal:
{awards}
bura axi Azerbaycandir her sey normaldir.

--------------------
♥ ♥ Bir insani gormek ucun 1 saniye
Ondan xowlanmaq ucun 1 deqiqe
Onu tanimaq ucun 1 saat
Onu sevmek ucun 1 hefte
Bes eder♥ ♥

Amma onu unutmaq ucun 1 omur bele bes elemez♥

milana-023

  • 19 iyul 2011 16:01
  • Məqalə: 0
  • Şərh: 958
  • Bal:
{awards}
bura axi Azerbaycandir her sey normaldir.

--------------------
hec kimle danismayacam ona gore eziyyet cekib yazmayin!!!!

... Deryam ...

  • 19 iyul 2011 15:49
  • Məqalə: 272
  • Şərh: 4682
  • Bal:
{awards}
Bəlkə pul vermək lazım imiş ...
Deməli hələ də onların mədəniyyət öyrənməyə ehtiyacı var ... fellow

--------------------

hazal kaya

  • 19 iyul 2011 15:48
  • Məqalə: 51
  • Şərh: 1428
  • Bal:
{awards}
fikirleriniz....

-marissa

  • 19 iyul 2011 15:43
  • Məqalə: 0
  • Şərh: 277
  • Bal:
{awards}
tesekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 22
Cəmi: 69

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 475
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 40
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
SweeTy_
Xəbərləri: 2
Cəmi: 579
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}