Şeytani vəsvəsələrdən çəkinmək yolları hansıdır

 
Şeytani vəsvəsələrdən çəkinmək yolları hansıdır

Qurani-Kərim bəşər övladının səadətə qovuşmasında aparıcı rola malikdir. Qurandan üz çevirən - öz səadətindən üz çevirir. Hər işdən öncə Allahı yada salmaq - insan qəlbinə inam və aramlıq gətirir. “Bismilləhir-Rahmənir-Rahim” isə Allahın yada salınmasında ən önəmli zikrlərdəndir.
Din öncüllərindən “Bismilləhir-Rahmənir-Rahim”in fəziləti haqqında bir çox rəvayətlər nəql olunmuşdur. Aşağıda onlardan bəzilərini nəzərdən keçirəcəyik:
1. Həzrət Peyğəmbər (s) buyurur: “İstənilən dəyərli bir işə “Bismilləhir-Rahmənir-Rahim”siz başlanılsa, bu iş naqis və bəhrəsiz olar”.
2. Həzrət Peyğəmbər (s) buyurur: “Bismilləhir-Rahmənir-Rahim”lə başlanılan dua rədd edilməz”.
3. İmam Sadiq (ə) buyurur: “Olsun ki, bizim bəzi ardıcıllarımız işlərin başlanğıcında “Bismilləhir-Rahmənir-Rahim” deməyi unutsunlar. Nəticədə Allah Təala onları narahatçılıqlarla üzləşdirər ki, qəflətdən ayılıb, Allaha şükür-səna deməklə bu səhvi əməl dəftərlərindən paklasınlar”.
4. İmam Sadiq (ə) buyurur: “Hər kəs qəm-qüssə ilə üzləşərsə, üzünü səmaya tutub üç dəfə “Bismilləhir-Rahmənir-Rahim” desin. Allah Təala qurtuluş yolunu həmin şəxsə aşkarlayar və qəm-qüssəni ondan uzaq edər”.
5. Həzrət Əli (ə) buyurur: “Sizlərdən hər kəs öz dükanına yaxınlaşarsa, ilk olaraq “Bismilləhir-Rahmənir-Rahim” söyləsin ki, iblis oradan uzaqlaşsın. Evə daxil olduğunuz zaman da öncə “Bismilləhir-Rahmənir-Rahim” söyləyin - bu iş Allahın bərəkətini nazil edər və mələklər həmin evlə rabitə yaradar".

Həyat çətinliklərsiz ötüşmür. İnsan bütün çətinliklərdən sıxılsa da, onların bəziləri həyati əhəmiyyət kəsb edir.
İnsanların ən çətin vəziyyəti aşağıdakı 4 haldır:

1. Ölüm hadisəsi, canın çıxması;
2. Nəkir və Münkirin sorğu-sualı;
3. Qiyamətdə yenidən oyanış;
4. Sirat körpüsündən keçmək.


Məhz bu müstəsna təhlükəli məqamlarda “Bismilləhir-Rahmənir-Rahim” insanın köməyinə gəlir.
Mömin şəxs can verən zaman “Bismilləhir-Rahmənir-Rahim” desə, ölüm hadisəsi onun üçün asanlaşar.
İnsan qəbir zülmətində “Bismilləhir-Rahmənir-Rahim” desə, torpaq onun üçün gülzara çevrilər.
Qiyamətdə yenidən oyanış zamanı kim “Bismilləhir-Rahmənir-Rahim” desə, çöhrəsi ay kimi nurlu və gözəl olar.
Sirat körpüsünə ayaq qoyan zaman kim “Bismilləhir-Rahmənir-Rahim” desə, cəhənnəm alovu ondan uzaqlaşar.

“Bismilləhir-Rahmənir-Rahim” demək bütün hallarda faydalı olsa da, müəyyən məqamlarda onun dilə gətirilməsi daha çox əhəmiyyət kəsb edir.
“Bismilləhir-Rahmənir-Rahim” deməyin mühüm məqamları:
1. Sözə başlayan zaman;
2. Quran oxumağa başlarkən;
3. Yatmazdan öncə;
4. Yemək və içmək zamanı;
5. Kişi öz həyat yoldaşı ilə xəlvətə çəkilərkən;
6. Evə daxil olarkən;
7. Evdən çıxarkən;
8. Ürəyə vəsvəsə daxil olan zaman;
9. Məktub və yaddaş yazan zaman;
10. Bazara daxil olub, alış-verişə başlayarkən;
11. Qəmlə üzləşərkən;
12. Qəzəblənən zaman;
13. Tənhalıq zamanı;
14. Dəstəmaz alarkən;
15. Heyvanları kəsərkən;
16. Ağrı və xəstəlik hissləri yarandıqda;
17. Nəqliyyat vasitəsinə minərkən;
18. Mühakimə edərkən;
19. Zərərverici heyvan tərəfindən incidildikdə.


Geri dön

nice_angel

  • 22 iyul 2011 00:08
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
xebere gore twk

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

Mr.Perfect

  • 21 iyul 2011 23:02
  • Məqalə: 333
  • Şərh: 995
  • Bal:
{awards}
twk

--------------------

lema

  • 19 iyul 2011 22:28
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
men shexsen nekir ile munkirin sorgusundan chox qorxuram. sad xebere gore minnetdaram.maraqnan oxudum

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

NİKİ

  • 19 iyul 2011 20:45
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
thank you wink

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

R.M_FaNaTka

  • 19 iyul 2011 19:40
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twkler

--------------------

NELLY19

  • 19 iyul 2011 19:33
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE,,!!!

aid_fanatka

  • 19 iyul 2011 18:18
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk...................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

single lady

  • 19 iyul 2011 17:30
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
Allah razi olsun twk

KUCUK_SIRLAR

  • 19 iyul 2011 16:11
  • Məqalə: 0
  • Şərh: 149
  • Bal:
{awards}
cox gozel maraqlidi

--------------------
♥ ♥ Bir insani gormek ucun 1 saniye
Ondan xowlanmaq ucun 1 deqiqe
Onu tanimaq ucun 1 saat
Onu sevmek ucun 1 hefte
Bes eder♥ ♥

Amma onu unutmaq ucun 1 omur bele bes elemez♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 48
Cəmi: 62

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 78
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}