Canımdan keçərəm ondan keçmərəm... 3 dini (şeir)

 
Canımdan keçərəm ondan keçmərəm...  3 dini (şeir)

Bismilləhir Rahmənir Rahim.

Allahın əzəli, əbədi dini
İslamdır, yenə də islam olacaq!
Sahibizamanın(ə.f.) gəlişi ilə
Bu dünya yenidən islamlaşacaq!

Muslim - təslim olan haqqın önündə,
Namazı, orucu yerli-yerində,
Əmri-ilahiyə "ləbbəyk!" dilində
Mərtəbəsi uca məqam olacaq.

"Mən kiməm?"- cavabı islamda ara
"Nə etməliyəm"- ki, o, gəlsin kara.
Qiyamət günündə düşəndə dara
Rəhmanın rəhimi yarım olacaq.

Birinci namazdır, ən başda gələr,
O, varsa, qəbuldur digər əməllər
Orucla insanlar bərabərləşər
Necə Qiyamətdə durum olacaq.

Xums, zəkat və həccin var öz şərtləri,
Mərufa əmr eylə, nəhy et munkəri,
Xeyrə tərəf durub, pisləsən şəri
İnan ki, köməyin Subhan olacaq.

Təvvəlla, təbərra bir də cihad var,
Əmri-ilahidir, hər kəs ki, uyar
Əbədi həyatda səadət tapar
Axirət məkanı rizvan olacaq.

Amma bir şərt də var, bütün əməllər,
Əhli-beyt olmadan olar heç, hədər
İpi möhkəm tutan cənnətə gedər
Vəkili Natiqi-Quran olacaq.
Canımdan keçərəm ondan keçmərəm...  3 dini (şeir)

CANIMDAN KEÇƏRƏM ONDAN KEÇMƏRƏM


Bismilləhir-Rahmənir-Rahim

Hicabım, bayrağım başımın üstə,
Canımdan keçərəm, ondan keçmərəm!
Hicabımı deyil, canımı istə,
Canımdan keçərəm, ondan keçmərəm!

Hicab - Xanımımdan mənə yadigar,
Onu Zeynəb mənə edib etibar.
Hicabsız bu dünya mənə olar dar
Canimdan keçərəm, ondan keçmərəm!

Hicab Allah əmri, bihudə sayma,
Allahın əmrinə qadağa qoyma!
O, mənim dərimdir, dərimi soyma!
Canımdan keçərəm, ondan keçmərəm!

Hicab ismətimdi, hicab arımdı,
Həm varlığımdı, həm də varımdı
Qiyamət günündə mənim karımdı
Canımdan keçərəm, ondan keçmərəm

Ey, hicaba qarşı duran kimsələr,
Məkrli hiylələr quran kimsələr,
Zəhranın qəlbini qıran kimsələr,
Canımdan keçərəm, ondan keçmərəm!

Canımdan keçərəm ondan keçmərəm...  3 dini (şeir)

XƏSTƏ KÖNÜLLƏRİN TƏBİBİ GƏLDİ.


Xaliqə şükr etdi ərşdə mələklər,
Dünyaya Allahın Həbibi gəldi!
O, gəldi, yıxıldı Kəbədə bütlər
Xəstə könüllərin təbibi gəldi.

İnsanlıq ölmüşdü o, gələn zaman,
Allahı unutmuş, azmışdı insan,
Hakim olmuş idi qəlblərə şeytan
Lənətlik iblisin əzabı gəldi.

Atası Abdullah-Məkkənin ayı,
Məkkədə yox idi onun heç tayı
İsmail(ə), İbrahim(ə) soyundan soyu
Nəbilər nəbisi o nəbi gəldi.

Yaradan yaratdı onu nurundan,
Alır öz nurunu gecə ay ondan
Olmasa olmazdı kainat, cahan
Aləmin var olma səbəbi gəldi.

Gəldi, yada saldı əhdi, peymanı,
Gəldi, təzələdi dini, imanı,
Gətirdi möcüzə kitab-Quranı
Yanan ürəklərin sirabı gəldi.

Salam olsun ona, Əhli-beytinə
Mövludu bayramdır biz ümmətinə
Həmd olsun Rəbbimin bu nemətinə
Cənnət güllərinin gülabı gəldi.


Geri dön

✰GlaMurKa✰

  • 24 iyul 2011 17:02
  • Məqalə: 847
  • Şərh: 9734
  • Bal:
tesekkurler ALLAH razi olsun

Mr.Perfect

  • 21 iyul 2011 23:02
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

ulka17

  • 19 iyul 2011 21:32
  • Məqalə: 0
  • Şərh: 258
  • Bal:
{awards}
TESEKKURLER

★Azerbaijan girl★

  • 19 iyul 2011 21:08
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
ayda zorduye tskler

_AYLIN

  • 19 iyul 2011 20:57
  • Məqalə: 0
  • Şərh: 1
  • Bal:
{awards}
ALLAH razi olsun cox gozel seirler idi.

NİKİ

  • 19 iyul 2011 20:37
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

R.M_FaNaTka

  • 19 iyul 2011 19:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

NELLY19

  • 19 iyul 2011 19:29
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TESEKKURLER XEBERE GORE,,!!!

RaP_muziC

  • 19 iyul 2011 18:42
  • Məqalə: 8
  • Şərh: 150
  • Bal:
{awards}
tsk.tsk.tsk.

--------------------
™Yupiterden RaP_muziC™

-marissa

  • 19 iyul 2011 18:19
  • Məqalə: 0
  • Şərh: 277
  • Bal:
{awards}
twk......................

aid_fanatka

  • 19 iyul 2011 18:13
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk..........................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Sevinc ADU

  • 19 iyul 2011 18:05
  • Məqalə: 2
  • Şərh: 182
  • Bal:
{awards}
ALLAH razi olsun.Cox deyerli ve gozel seirdir.

qonce

  • 19 iyul 2011 17:41
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,Allah razi olsun....Oxudum...

_OmuR_

  • 19 iyul 2011 16:48
  • Məqalə: 0
  • Şərh: 30
  • Bal:
{awards}
tesekkurler............

--------------------
ALLAH ve SEVGILILER her iki dunyada seninleyem!

Sirli Melek

  • 19 iyul 2011 16:08
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

MuslimGirl

  • 19 iyul 2011 15:59
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bütün şeirlər gözəl idi. Amma ən çox bəyəndiyim " Canımdan keçərəm, ondan keçmərəm" şeiri oldu. ALLAH razı olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 47
Cəmi: 75

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 10
Cəmi: 453
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 31
 
 
{slinks}