Əqrəb bürcü

 
Əqrəb bürcü

Əqrəb bürcündə doğulan şəxslərlə ünsiyyət yaratmaq, dil tapmaq üçün müəyyən bacarığa
malik olmaq lazımdır. Əqrəblərin xarakterində bir neçə xüsusiyyət var.
Onlar vəziyyətin ağası olmaqla yanaşı, həm də başqalarında qətiyyəti qiymətləndirirlər.
Əqrəb bütün münasibətlərdə dominant olmağı sevir.
Bəyənmədiyi, onun fikriycə layiq olmayan, diqqətini çəkməyən insanla ünsiyyətə girmirlər.

Əqrəbin diqqətini çəkmək üçün mütləq ona kompliment söyləyin.
Bu onun xarici görünüşü, geyimi, özünü aparmaq qabiliyyəti ilə bağlı ola bilər.
Əqrəblər çox vaxt sakit oturmağı sevirlər.
Onlar sizə diqqətlə qulaq asıb, yeni informasiya almaq istəyirlər.
Onunla söhbət zamanı siyasət, hava haqqında danışmayın.
O, sizinlə söhbət xatirinə söhbət etməyəcək.

Onları maraqlandıran mövzu haqqında ixtilat etməyə çalışın.
Əgər siz qadın Əqrəblə restoranda, qonaqlıqda tanış olmusunuzsa,
onda siz onlara şahlara qulluq edildiyi kimi qulluq göstərin.

Söhbət əsnasında kobudluğa və kəskin sözlərə yol verməyin.
Onların keçmişi ilə çox maraqlanmayın, onsuz da danışan deyillər.
Öz keçmişinizi də qabarıq şəkildə gündəmə gətirməyin.

Belə ki, bu gələcəkdə münaqişələr üçün fakt ola bilər.
Ümumiyyətlə, çalışın Əqrəbləri qısqandırmayasız.
Onları tənqid atəşinə tutmayın, bunu xoşlamırlar.
Narazılıqları yumşaq formada söyləyin və ya zarafata salın.
Söz vermisinizsə, mütləq əməl edin.
Təyin olunmuş yerə gecikməyin, yoxsa gəlib görəcəksiz ki, Əqrəb çıxıb gedib.

Çöldən səthi görünmələrinə baxmayaraq əslində həddindən artıq dərəcədə dərindirlər.
Söylədiyiniz ən kiçik bir şey onda çox böyük yaralar aça bilər.
Belə bir hadisəylə qarşılaşdıqlarında təcavüzkarlaşarlar.
Ehtiraslı, romantik və mühafizəkardır. Məlumatı tətbiqə, tətbiqi də düşüncəyə
çevirmə qabiliyyətinə malikdir. Özündən çox əmindir. Girdiyi hər mübahisə
və müzakirədə əzici bir üstünlüyü vardır. Vasvası quruluşuyla diqqət çəkər.

Rahatlaşdırıcı hər yalanı, sakitləşdirici hər yarı-doğrunu, hər saxta çəhrayı
tablonu pozmağa, özünü tanımaya qəti bir şəkildə
qərarlı və iti bir ağıla sahibdirlər. Bunlar Əqrəbin qaynaqlarıdır.


Əqrəb — Qoç. Bir-birini başa düşməkdə çətinlik çəkirlər. Qoç azadlığı sevir, qısqanc Əqrəb bunları qəbul edə bilmir. Hər ikisi eqoist, dinamik, məqsədyönlüdürlər. Heç biri güzəştə getməyi xoşlamır. Münasibətlər qısamüddətli, ailə uğursuzdur.

Əqrəb — Buğa. Xarakterlərində mənfi xüsusiyyətlər olsa da, yola getməyi bacarırlar. Problemlər çox vaxt ailədə liderliyin üstündə olur. Münasibətlər mümkündür. Tərəflərdən biri güzəştə getməyi bacarsa, xoşbəxt ailə mümkündür.

Əqrəb — Əkizlər. Əkizlər dəqiq deyillər. Bir şey fikirləşib, tamam başqa cür hərəkət edirlər. Bu isə çox vaxt problemlərin yaranmasına səbəb olur. Münasibətlər mümkündür. Ailə haqqında bunu demək bir az çətindir.

Əqrəb — Xərçəng. Hər ikisi su ünsürü olduğundan bir-biri ilə yaxşı yola gedirlər. Əsas problemlər qısqanclıq üzündən baş verir. Bu xüsusiyyətlərinə görə, hər ikisi əziyyət çəkir. Əgər qısqanmasalar, uğurlu ailə mümkündür.

Əqrəb — Şir. Ünsür baxımından bir-birindən kəskin fərqlənirlər. Şir — od, Əqrəb — su, Şir ötkəm, birbaşa, Əqrəb kinli olduğu üçün, bu onların münasibətlərində də özünü göstərir. Şirin qüruru münasibətlərdə problemlər yaradır. Ailə uğursuzdur.

Əqrəb — Qız. Bu bürc sahibləri bir-birini çox yaxşı başa düşür, olduqca gözəl münasibət qura bilirlər. İstər dostluq, istərsə də ailədə münasibətləri uğurludur. Su ilə Torpağın ünsiyyəti arzuolunandır.

Əqrəb — Tərəzi. Əqrəb — su, Tərəzi — hava ünsürlü olduğundan xarakterində də müəyyən xüsusiyyətlər var. Bəzən bu xüsusiyyətlər münasibətlərə mane olur. Tərəzilər səxavətlə pul xərcləməyi sevirlər (yalan deyir a mən pul xərcləməyi sevmirəm:D ) bu Əqrəblərin xoşuna gəlmir. Ailədə münasibətlər problemlidir.

Əqrəb — Əqrəb. Bir-birinə oxşar cəhətləri çoxdur. Hər ikisi qətiyyətli, kinli, xudbin, qısqancdırlar. Bu xüsusiyyətlərinin olmasına baxmayaraq, bir-birinə layiq olmağı bacarırlar. Münasibətlər yaxşıdır. Ailə uğurlu ola bilər.

Əqrəb — Oxatan. Hər ikisi qəddardır, hər ikisində fərqli cəhətlər də çoxdur. Əqrəb evə bağlıdır, Oxatan isə səyahəti çox sevir. Əqrəb eqoist olduğundan, Oxatanın bütün azad-lığını əlindən alacaq. Bir-birini başa düşmürlər. Münasibətlər qısamüddətlidir. Ailə uğursuzdur.

Əqrəb — Oğlaq. Bu bürc sahibləri arasında böyük problemlər gözlənilir, ancaq sevgi qarşılıqlıdır. Əqrəb emosional olsa da, Oğlaqın dözümlüyü hər şeyi yoluna qoyur. Hər ikisi məqsədyönlüdür. Bir-birinə uyğundurlar. Münasibətlər və ailə uğurludur.

Əqrəb — Dolça. Bir-birindən kəskin fərqlənirlər. Dolça romantik olduğu halda, Əqrəb realistdir. Dolçanın əhval-ruhiyyəsinin tez-tez dəyişməsi Əqrəbi bezdirir. Dolça gəzib-dolaşmağı, Əqrəb isə evdə olmağı üstün tutur. Ailə uğursuzdur.

Əqrəb — Balıqlar. Bir-birinin xoşuna gəlməyi bacarırlar. Balıqlar Əqrəbə çox bağlıdırlar. Ailədə lider Əqrəbdir. Bu da Balıqların ürəyincədir. Ailə uğurludur.


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:59
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
twk

--------------------

★Azerbaijan girl★

  • 20 iyul 2011 14:22
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
twkr mende eqreb burcundenem


yene sehf getdi bagiwla

jalicka

  • 20 iyul 2011 14:21
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
mende eqreb burcuytem saq ol xebere gore

Sirli Melek

  • 20 iyul 2011 09:50
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Əqrəb — Oğlaq. Bu bürc sahibləri arasında böyük problemlər gözlənilir, ancaq sevgi qarşılıqlıdır. Əqrəb emosional olsa da, Oğlaqın dözümlüyü hər şeyi yoluna qoyur. Hər ikisi məqsədyönlüdür. Bir-birinə uyğundurlar. Münasibətlər və ailə uğurludur.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Ay Üzlü

  • 19 iyul 2011 23:21
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
cox sag oluneeeee

beauty

  • 19 iyul 2011 23:07
  • Məqalə: 13
  • Şərh: 274
  • Bal:
{awards}
tewekkurler...

--------------------
Axmaq qabaqda durur ki, hamı onu görsün. Ağıllı arxada durur ki, o hamını görə bilsin!

MiLeyla

  • 19 iyul 2011 22:56
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
TWK wink

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

R.M_FaNaTka

  • 19 iyul 2011 22:38
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

NİKİ

  • 19 iyul 2011 21:56
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
bacim bu xeberi tez oxuyar cunki burcu eqrebdi tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

NELLY19

  • 19 iyul 2011 21:49
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqli xeber ucun tewekkurler

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 37
Cəmi: 54

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}