Ermənistan İctimai Televiziyasının Şurası yaxın vaxtlarda ölkənin «Eurovision-2012» mahnı müsabiqəsində iştirakına dair bəyanat yayacaq.
Qurum ölkənin gələn il Bakıda keçiriləcək müsabiqədə iştirak edəcəyini açıqlayacaq.
«İndi yalnız bir məsələ müzakirə olunur: Ermənistanı yarışda yerli, yoxsa xaricdə yaşayan ifaçı, yaxud qrup təmsil edəcək?», – deyə məlumatda bildirilir: «Əsas namizəd xaricdə fəaliyyət göstərən «System of a down» qrupudur. Hazırda qrupla müsabiqədə iştirakın şərtlərilə bağlı danışıqların aparılmasına cəhdlər olunur. Ermənistanı Bakıda yerli ifaçının təmsil edəcəyinə dair qərar çıxarılsa, bu, Ramzik Amayan olacaq».