Müsəlman və Mömin

 
Müsəlman və Mömin

Islam müqəddəslərindən bizə yetişən bütün rəvayətlər bu fikri vurğulayır ki, "kəlmeyi - şəhadət" adlanan "Əşhədu ənnə Mühəmmədən rəsulullah" (Təsdiq edirəm ki, Məhəmməd Allahın elçisidir (peyğəmbərdir)) cümlələrin mənasına səmimi qəlbdən inam bəsləyən kəs müsəlman sayılır. Bu şəxs İslam cəmiyyətinin bərabərhüquqlu üzvü hesab edilir bütün imtmyazlı və məsuliyyətləri daşıyır.

İslam dini müsəlmanlar üçün təhlükə törətməyən onlərə təcavüz etməyən və onlərı təhqirə məruz qoymayan hər kəsə əmin - amanlıq və sülh vəd edir. Dinimiz qanunlarına görə, kafir şəxs kəlmeyi - şəhadəti deyərsə amanda qalar. Din uğrunda aparılan cihad adlı müqəddəs müharibələrdə düşmən tərəf müsəlman olduğunu dillə təstiq edərsə onu öldürmək işqəncəyə məruz qoymaq əsir almaq qadağan edilir.
Məhəmməd Peyğəmbər bu barədə buyurmuşdur: "Mən Allah tərəfindən əmr olunub ki, camaatla Allhın vahidliyini təstiq edincəyədək vuruşum"

Həzrət İman Sadiqin (ə) aşağdakı kəlamı bu fikri bir daha təsdiq edir: İslamı qəbul etməklə can amanda qalar, əmanətlər ödənilə, izdivaclar halallşar, amma axirət savabı imana görə verilər.

İslam tarixçiləri yazarlar ki, Peyğənbərin sağlığında bir il müsəlman məmləkətlərini aclıq bürüdü. Bədəviərəb qəbilərindən birinin nümayəndələri Mədinəyə gəlib Peyğənbərlərin hüzurunda kəlmeyi - şəhadət deyərək iman gətirdiklərini söylədilər. Halbuki bədəvi ərəblərin əsas məqsədi imana gəlmələrini elan etmək deyil, Mədinə müsəlmanlardansədəqə kimi ərzaq almaq idi. Həmin münasibətlə Allah - təala bu ayələri göndərdi: "Bədəvi ərəblər dedilər ki, iman gətirdik. De ki, iman gətirməyibsiniz; deyin təslim olduq (İslama gəldik). Hələ iman qəlbinizə girməysb. Əgər Allaha vəonun peyğənbərinə tabe olsanız əməllərinizin savabından heç nə azalmaz. Şübhəsiz, Allah bağışlayan və rəhimlidir. Möminlər o kəstir ki, Allaha və onun peyğənbərlərinə iman gətirmiş sonralar şübhəyə düşməmiş, öz malları və canları ilə Allah yolunda cihad etmişlər.

"Bunlar sadiqlər, doğrucullarıdır" ("Hücurat" sürəsi, 14 - 15 ci ayələr). Auələrdən belə məlum olur ki, Allaha - təalə kəlmeyi - şəhadəti söyləyən amma bunu təmənna üzündən edən kəsləri mömin deyil müsəlman saymağa icazə verir. Demək müsəlmanlıq imanın yalnız zahiri tərəfidir. İnsan kəlmeyi - şəhadəti söyləmək və nümayişkaranə şəkildə ibadətləri yerinə yetirməklə müsəlman sayılır bununla da özünü təhlükə və məhrumiyyətlərdən qoruyar. "Möminlərin iman cəhətdən ən kamili əxlaqca gözəl və ailəsinə qarşı mehriban olandır" ("Biharül - ənvar"). İmam Əli bu barədə demişdir: "İman ürəklə dərk etmək dəllə təstiqləmək və bütün bədən üzvləriilə əməldə həyatakeçirilməkdən ibarətdir".

Allaha İman
Allaha - təala barəsində hər hansı təsəvvür əldə etmək üçün onu tanımağın yallarından xəbərdar olmalıyıq. Bilməliyik ki, insan öz ağlı və qabiliyyətləri çərçivəsində hansı vasitələrlə Allahın varlığı vahidliyi və başqa sifətlərin anlaya bilər.
İnsanın Allahı tanıması üçün iki əsas yolu vardır:

1) Fitri duyğular (instikt), yəni qəlb yolu.

2) Araşdırma və əsaslandırma yəni ağıl yolu.

Birinci yolda insanın köməyi yalnız onun daxili aləmi və emosiyalarıdır. Bu zaman o, heç bir əqli araşdırma və məntiqi düşüncədən istifadə etmir. İkinci yolda isə insan ağlın gücünə arxalanır inkaredilməzvə tutarlı dəlillər məntiqi və ardıcıl təqtiqatlar vasitəsilə Allahın varlığını özü üçün isbat edir.

Fitri Yolla Allahı Tanımıq.

İnsan təbiətində bəzi əsas və dəyişməz fitri duyğular gizlənmişdir. Bunların ən əhəmiyyətliləri araşdırma və dindarlıq hissləridir.

Fitri hisslərlə tanışlıq

1) Araşdırma hissi.

İnsan fitrədən axtarışa, araşdırmaya meyllidir. O, əhatə olunduğu mühiti öyrənməkdən təbiətin sirlərini kəşf etməkdən ən müxtəlif elm sahələrində tədqiqatlar aparmaqdan yorulmur. İnsan onu əhatə edən mühitin gözəlliklərini duyub bundan zöaq alır və dərk edir ki, bunların yaradıcısı da hərtərəfli gözəl və kamil omalıdır. Hətta körpə uşaqda belə araşdırma hissi nə dərəcədə güclü olmasını müşaidə etmək mümkündür. Uşaq hər kördüyü əşya və müşaidə etdiyi hadisə barəsində valideyinlərinə sual verməkdən doymur. Onun üçün hər şey sirlə və eyni dərəcədə maraqlıdır. Uşaq öz sualarına cavab tapmaq üçün bəzən oyuncaqlarını sındırıb onların daxilindəki hissə və mexanizimləri öyrənməkdən belə çəkinmir.Dəyişməyən yalnız fitri araşdırma hissidir. Bu hiss bəşəriyyətin problemləri tarixi boyu elmin inkişafına şərait yaratmış ixtiracıları ən çətin elmi problemləri həll etməyə ruhlandırmış texniki tərəqqinin hərəkətverici qüvvəsi kimi çıxış etmişdir.

2) Fitri dindarlıq və Allahpərəstilik hissi.

İnsan ruhuna hakim olan fitri duyğulardan biri də dindarlıq və allahpərəstilik hissidir.

Qurani - kərim insan fitrətindəki dindarlığa işarə edərək xəbər verir: "Üzünü təkallahlıq ("hənif") dininə sarı çevir (yəni bu dinə sarı yönəl). Allah insanları fitrətən həmin dinə tabe halda yaratdı. Allahın yaratıqlarına dəyişiklik yoxdur. Dayanaqlı və qaları din budur, amma insanların çoxu bunu bilmir" ("Rum" sürəsi 30 - cu ayə).

İnsanın fitrətində Allaha meyllənmə hissinin mövculduğunu ən parlaq sübutubundan ibarətdir ki, insan bir çox hallarda qeyri - ixtiyari olaraq yaradanın varlığını etiraf edib ona pənah aparır. Qəribə görünsə də ən qatı dinsiz şəxsin danışığında belə "maşallah", "inşallah", "xudahafiz", "Allah rəhmət eləsin!"," Allah lənət eləsin!", "Allah saxlasın!" ifadələrinə rast gəlirik. Tarixdən məlumdur ki, ən inadkar materialister dünyadan köçərkən son nəfəsdə tövbə etməyə tələsmiş günahlarının bağışlanmasını diləmişlər.
Bir nəfər İmam Cəfər Sadiqin yanına gəlib dedi:

- Allahı mənə tanıtdır!

İman o şəxsdən soruşdu:

- İndiyədək gəmiyə minmisənmi?

Həmin şəxs cavab verdi:

- Bəli.

İman soruşdu :

- Təsəvvür et ki, sənin mindiyin gəmi dənizin ortasındadı deşilib və sən ümidsiz halda qorxuya düşmüsən. O zaman ürəyində elə bir qüvvəyə qarşı inam hiss edəcəksənmi ki, səni həmin fəlakətdən xilas etməyə qadir olsun?

Əks tərəf cavab verdi:

- Bəli təbii ki, buna inam duyacağam.

Onda İman Sadiq söylədi:

- O qüvvə Allahdır xilakar olmayan yerdə sənə nicat verməyə dadını yetən tapılmadığı vaxta kömək etməyə qadirdar. Haqqında danışdığımız fitri dindarlıq və allahpərəstilik hissi bir necə xususiyyətə malikdir.

a) Dindarlıq ümumbəşəri hissdir

Dindarlıq hər zaman və məkan şəraitində qüvvədə olmuşdur. Tarix boyu planetin ən müxtəlif güşələrində yaşamış müxtəlif sivilisasiya səviyyələrinə malik olmuş xalqlar həmişə yaradanı tanımaq yolunda axtarışda olmuş, onun varlığını nişanələrin kəşf etməyə çalışmışlar. İnsanlar həmişə hansısa bir dinə inanmışlar. Bəzi xalqlar vahid Allaha bəziləri Xeyir və Şər kimi ikili qyvvələrə, bəziləri isə çoxallahlığa və bütpərəstiliyə etiqad bəsləyirdi. Lakin onları birləşdirən ümumi cəhət budur ki, tarix boyu insan həmişə hansısa kənar fövqəltəbii qüvvənin mövculuğunu qəbul etmiş və ona tapınmışdır. Bu dindarlığa meyillak və allahpərəstlik baxımından bütün insanları eyni fitrətə tabe olmasını sübut edir.Dünya xalqları içində dindarlıq bu qün də davam edir və nəqədər ki, yer üzündə insan nəsli yaşayır dindarlıq hissi də onun vücudundan aylılmaz şəkildə mövcud olacaqdır.

b) Dindarlıq kanardan qazanılmaz İnsan müəyyən yaşı həddinə yetişdikdə istər - istəməz ev, pul, ailə və s dəyərini başa düşüb onlara ehtiyac duyur. Bunun üçün ona kənardan rəhbərlik və təzyiq lazım deyildir. Eləcə də allahpərəstlik və dindarlıq birbaşa fitrətə aid olduğu üçün təlimat və təhsilə ehtiyacsız halda, lazım olduğu zaman öz mövcudluğunu aşkar edir.

Həzrət Əli bu həqiqəti belə bəyan edir: "Camaatın əksəriyyəti Allahla peymanı pozub , öz vəziğəsini dandığı və Allah çoxlu peyğənbərlər yolladı ki, insanları öz fitri əhd - peymanlarına qaytarıb, unutduqları əməlləri onlara xatırlatsınan...Allahın qüdrət nişanələrini onlara göstərsinlər".

c) Dindarlıq hissi coqrafi, siyasi iqtisadi amillərdən doğmur

İnsanın bəzi hərəkət və xüsusiyyətlirimühitin təsiri ilə meydana gəlir,yaxudqazanılır. Məsələm şimal qütbündə yaşayanların qalın və isti cənub əhinin isə xeyli nazik ilbas geyiməsi bu insanların fitri xususiyyətləri ilə məcbur edən xaraci amilərdir.

Fitri dindarlıq hissinin yaranması üçün şəraitin olması zəruri deyil, amma onun ikişafına ərif mühit təsirgöstərə bilər. Umumiliklədə götürdükdə ölkənin , şəhərin ailənin, təhsil və müəssisəsinin ictimai siyasi, mədən - əxlaqi atmosferi insandakı allahpərəsliyi inkişaf yaxud tənəzzül etməsinə həledici təsir göstərə bilər.
Həzrət Məhəmməd Peyğəmbər bu barədə buyurmuşdur: " Bütün körpələr fitrət əsasında dindar və allahpərəst doğulular, sonra ataları onları yəhudi və ya xristian edir (yəni onları fitri təkallıhlı İslam dininən fərqliruhda tərbiyə edir)".

d) Dindarlıq hissi heç bir təbliğatla məhv edilə bilməz

Heç bir kənar amil dindarlıq və allahpərəstlik hissini yaratmadığı kimi, onu tamamilə məhv etməyə də qadir deyildir. Əks - təbliğat dindarlıtın nəzərəçarpacaq dərəcədə zəiflənməsinə səbəb ola bilər amma onu kökündən yox edə bilməz. Tarixdən məlumdur ki, (bunu öz xalqımız sovet hakimiyyəti illərdəki acı təcrübəsindən də görə bilərik), bəzi qəddar ateist rejimlər qorxu və təzyiq gücünə xalqın dini hisslərinin tərəqqisini lengitməyə xalqı öz dini köklərindən xeyli uzaqlaşdırma müffəq ola bilmişlər. Lakin bu hisslər heç vaxt tam mənasında məhv olmamış, ürəklərdə gizlənərək əlverişi şərait gözləmişdir.

Əziz Müsəlman Olan Kəslər Bu Həyatda Yaşadığınız Zaman Ərzində Etdiyiniz Əmələ Fikir Verin Və Şeytandan Uzaq Olun.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 12:58
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

Allah razi olsun

--------------------

nilayka

  • 2 may 2011 20:04
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

_RONALDO_

  • 15 mart 2011 14:06
  • Məqalə: 303
  • Şərh: 10753
  • Bal:
{awards}
Təşəkkürlər

--------------------

Azeri_Gozeli

  • 12 oktyabr 2010 23:46
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun tesekurler...

--------------------

Ulya

  • 6 sentyabr 2010 01:51
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
Allah razi olsun

SunDown

  • 4 sentyabr 2010 13:55
  • Məqalə: 2
  • Şərh: 47
  • Bal:
{awards}
gozel movzudu..Allah razi olsun.

--------------------
Sızlasa da gönüller düşenlerin yasından
Koşar adım gitmeli onların arkasından.
Kahramanlık: İçerek acı ölüm tasından
İleriye atılmak ve sonra dönmemektir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 16
Cəmi: 34

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}