Möminlərin Təsbihi - Fatiməyi Zəhra Təsbihi

 
Möminlərin Təsbihi - Fatiməyi Zəhra Təsbihi

Dərin eşq və məhəbbət.
Fatimeyyi Zəhra Təsbihi..

Onları bir-birinə qovuşduran elə bir eşq və elə bir məhəbbət idi ki, onlarda olan üstün səciyələrdən irəli gəlirdi və hər iki tərəf buna inanırdı. Fatimə Əli (ə)ı vəsilərin ağası, Peyğəmbər (s) nəvələrinin atası, ALLAHın yanında peyğəmbərdən sonra ən üstün bir şəxs kimi tanıyırdı. Buna görə də onu son dərəcə sevirdi. Əli (ə) da Fatiməni nə qədər əzəmətli olduğunu, dünya qadınlarının xanımı. Peyğəmbər nəvələrinin anası olduğunu və şəfaəti ALLAH dərgahına qəbul olacağını yaxşı bilirdi. Buna görə də onu son dərəcə sevirdi.

Möminlərin Təsbihi - Fatiməyi Zəhra Təsbihi

Əməkdaşlıq
Fatimə evə aid vəzifələri, Əli (ə) da özünə aid vəzifələri yerinə yetirməkdə səhlənkarlıq etmirdilər. Peyğəmbər (s) lap ilk gündən onların vəzifələrini aşağıdakı şəkildə müəyyənləşdirmişdi :
Əli (ə) evi süpürməli, su gətirməli və nəfəqə verməli idi.
Fatimə əldaşına un hazırlamalı, xəmir edib çörək bişirməli idi. Uşaqların tərbiyəsi və ev işlərinin idarə etməsi də onun üzərində idi.

Möminlərin Təsbihi - Fatiməyi Zəhra Təsbihi

Bu haqda Əbucəfərdən nəql olunan bir hədisi veririk : “Fatimə Əli (ə)a söz verdi ki ev işlərini görəcək, xəmir edib çörək bişirəcək və evi süpürəcək. Əli (ə) da ona söz vermişdi ki, evdən kənar işləri göröcək, odun gətirəcək və ərzaq təmin edəcəkdir. Bir gün Əli (ə) Fatiməyə dedi : Ey Fatimə! Yeməyə bir şey varındırmı? Fatimə cavab verdi : Sənin haqqına üstünlük verənə and olsun ki, üç gündür yeməyə heç nəyimiz yoxdur. Əli (ə) soruşdu :Bəs niyə mənədeməyibsən ? Fatimə belə cavab verdi : ALLAHın elçisi məni səndən bir şey istəməkdən çəkindirmiş və tapşıraraq demişdir ki: Əmin oğlundan heç nə istəmə, bir şey gətirsə gətirib, gətirməsə işin olmasın”.

Möminlərin Təsbihi - Fatiməyi Zəhra Təsbihi

Bu vəziyyət Fatiməni çox əzab-əziyyətə salmışdı.Bir gün Peyğəmbər (s) onlara gedib gördü ki, iş Əli və Fatiməni yorub. Onladan, hansının daha çox yorulduğunu soruşdu. Əli (ə) Fatimənin çox yorulduğunu bildirdi.Peyğəmbər (s) Fatiməni işləməkdən çəkindirib, onun yerinə özü işlədi. Döyüşlərin birində müsəlmanlar çoxlu qənimət əldə etmişdilər. Buna görə də Fatimə Peyğəmbərin Hüzuruna gedib, qənimət payı olaraq bir kəniz istədi ki, xüsusilə Əli (ə) döyüşə gedəndə ev işlərində ona kömək eləsin.

Möminlərin Təsbihi - Fatiməyi Zəhra Təsbihi

Rəvayətə görə Əli (ə) bənisədli bir kişiyə dediki, Özüm və Fatimə haqqında bir incəlikdən danışımmı? Fatimə mənim evimdə idi. Peyğəmbər (s) onu hamıdan çox sevir və əzizləyirdi.Tuluqla o qədər su daşımışdı ki, döşü yara olmuşdu, əldaşı ilə işləmək əllərini kobuda vəziyyətə salmışdı, ev süpürməkdən üst-başı toz torpaq olmuşdu, qazanın altında od qalamaqdan paltarını his kəsmişdi. Buna görə də son dərəcə arıqlamışdı. Fatimə Peyğəmbərdən bir kəniz istədikdə Peyğəmbər dedi : Mən sənə elə bir öyrədərəm ki, kənizdən çox dərdinə dəyər.

Möminlərin Təsbihi - Fatiməyi Zəhra Təsbihi

Fatimə : “Atacan! O nədir?” –deyə soruşduqda Peyğəmbər dedi : Namazı bitirdikdən sonra, sağa-sola baxmazdan əvvəl 34 dəfə ALLAHu əkbər, 33 dəfə əlhəmdulillah, 33 dəfə sübhanəllah de. Bu işi görsən ALLAH sənə bacarıq və çeviklik bəxş edər. Sonra da qızına baxıb : “bu işdən razısanmı?” – deyə soruşdu. Fatimə: “ey ALLAHın elçisi! Razıyam” dedi.

bu biz möminlərin namazdan sonra etdiyi Məşhur Fatiməyi – Zəhra Təsbihidir..


Geri dön

NELLY19

  • 25 iyul 2011 22:41
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
serhlere gore tewekkurler

nice_angel

  • 22 iyul 2011 09:50
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
xebere gore tewekkurler...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

Mr.Perfect

  • 21 iyul 2011 22:41
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

aid_fanatka

  • 20 iyul 2011 15:26
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk..............................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

music_angel

  • 20 iyul 2011 12:58
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun eladi

--------------------

R.M_FaNaTka

  • 19 iyul 2011 22:34
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

.::BaBy_FaCe_WiSe::.

  • 19 iyul 2011 22:32
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
twkler cox gozel !


twkler cox gozel !

--------------------

single lady

  • 19 iyul 2011 22:22
  • Məqalə: 0
  • Şərh: 270
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 42
Cəmi: 59

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 478
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}