Görəsən nəyi seçərdik?

 
Görəsən nəyi seçərdik?

“Görəsən biz başqa əqidəli birisi olsaydıq, islami qəbul edərdikmi?”. Bir qardaşın verdiyi suala başqa bir qardaş: “Yəqin qəbul edərdik ki, Allah bizə bu lütfü əta edib”, -deyə cavab verdi.

Bu kiçik dialoq məndə başqa bir sual meydana gətirdi. ”Görəsən dünyaya yenidən gəlmək imkanımız olsa, İslamı seçməyə dəyərmi?”Axı ziyanından qaçan hər bir insan necə ola bilər ki, öz iradəsi ilə gəlib İslamı seçsin? Dünyada mövcud olan istənilən müharibə ocağına nəzər salsaq, görərik ki, əzab altında əzilən qiblə əhlidir. Bəs bütün bu məhrumiyyətlərə rəğmən, İslamı seçməyə dəyərmi? Axi İslamı bu qədər cəlbedici edən nədir?

Allahu Əkbər! Ya Əli, babında sail olmuşam

Qəflət etməm ki, inan fəzlindən agah olmuşam!

Dünya nizami ciddi dəyişikliklərə məruz qalir. Yaxşılığa doğrudur, ya pisliyə - onu zəmanə göstərər. Amma...

Müşahidələrimdən o nəticəyə gəlmişəm ki, istər Mendeleyev cədvəlində, istərsə də öz vücudumuzda metafizik, yəni reseptorlarla hiss olunmayan fenomenlər daha artiq nüfuz etmək qabiliyyətinə malikdirlər. Mövzumuz vücudumuzla bağlı olduğundan bu bəhs haqda az sonra…

Diqqət etsəniz, görərsiniz ki, Mendeleyev cədvəlində aşağıdan yuxarıya doğru elementlər sıralanmasında reseptorlar acizləşir. Amma reseptorların aciz olduğu o qazların enerjisini hansi enerji ilə müqayisə etmək olar? Tək o fakt bəs edər ki, hidrogen bombalarının (əgər tətbiq edə bilsələr) nəticəsi Uranium maddəsindəki parcalanma reaksiyasından (atom bombasından)qat-qat ağır olar. Hətta Günəşdəki enerji hidrogen bombalarının nəticəsidir.

Amma qayıdaq vücudumuza. Bizim mənəvi hisslərimiz, mövcudluğunu tam olaraq hec kəsə izah edə bilmədiyimiz hisslərimiz bəzilərimizi şəhid, qazi, bəzilərimizi isə əsfələ safilin (alçaqların ən alçağı) həddinə endirir.

“Əgər ağac qurumayıbsa, yazın gəlişindən xəbər tutacaq”. Müdrüklərin təbirincə desək, İslam qurumayan ağacların çiçək acması üçün zəruri olan münbit şəraitdir. İslamın butun məsələlərini ağılla aca bilməzsən. Ağılla Əli (ə) və Zəhranın(s.ə.) qapısınadək, Hüseyn (ə) Kərbəlasınadək, Museyi-Kazimin (ə) məhbəsinədək, İmam Rzanın (ə) Məsumeyi-Qumunadək, İmam Zaman ağanın (ə.f.)mübarək mövludunadək gedib cıxarsan. Mövlanın “İlahi, əgər cəhənnəm zəbanəsində yanmaq Sənin rizayətinə səbəb olacaqsa, bu mənim arzuma çevriləcək” kəlamını əqlin meyarından daha üstün meyarla ölçmək lazimdır. Bütün dünya “mehriyyəsi“ olan Xanım Zəhra (s.ə.) Fədək uğrundakı mubarizəsinin kökündə eşqidən qeyri nə dururdu ki? Kərbəlada 20-30 minlik ordudan ayrılıb, 72 nəfərə qoşulanları əqlin hansı müstəvisində analız edəcəksən? Xanım Zeynəbin (s.ə.) ”Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim” kəlamı ağlın cata bilmədiyi zirvələrdədir. Museyi-Kazımın (ə) məhbəs münacatlarını daxili nəbinin vasitəsi ilə anlamaq olar.

Reycel Korreni bulduzer altına, oradan da insanların qəlbinə salan məgər izzəti-nəfsi deyildimi?

Eduardo Covanni o qədər məhrumiyyətlərə hansı qüvvə ilə tab gətirirdi?

Bəli, İslam bu gün və dünən aşiqlərin məskəni olub. Elə məqalənin əvvəlində sadaladığımız o məhrumiyyətlər İslamı cəlbedici edir.

İslam - Qəzzalı yetimin göz yaşlarındadır.

İslam - acından taqəti olmayanların izzətli baxışlarındadır.

İslam - şəhidin son nəfəsdə dediyi şəhadət kəlməsindədir.

İslam - “qurumayan ağacların” izzəti-nəfslərindədir.

İlahi, bizi Mövlaya müntəzir olaraq yaşat! Bizi müsəlman olaraq dünyadan apar! AMİN!


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:37
  • Məqalə: 333
  • Şərh: 995
  • Bal:
twk

--------------------

R.M_FaNaTka

  • 20 iyul 2011 19:14
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twkler

--------------------

lema

  • 20 iyul 2011 15:45
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
MEN HER KITABI OXUYUB HER BIR DINLE TANIW OLMUWAM.INCILIDE OXUMUWAM QURANIDA.VE ISLAM DINI QEDER MOHTEWEM VE GOZEL BIR DIN GORMEDIM.ALLAHIMA WUKURLER OLSUN MEN MUSELMANAM...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

aid_fanatka

  • 20 iyul 2011 14:59
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

NİKİ

  • 20 iyul 2011 14:02
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

★Azerbaijan girl★

  • 20 iyul 2011 14:01
  • Məqalə: 369
  • Şərh: 9802
  • Bal:
{awards}
TEWEKKURLER

... Deryam ...

  • 20 iyul 2011 13:58
  • Məqalə: 272
  • Şərh: 4617
  • Bal:
{awards}
Nə yaxşı ki mən müsəlmanam nə yaxşı ki bu dindəyəm inşallah daha da ALLAHIN köməkliyinnən onun buyurduğu əməllərə daha da bağlanacam...
İNŞALLAH MƏN DƏ BU DÜNYADAN MÜSƏLMAN OLARAQ GEDƏNLƏRDƏN OLARAM ...

--------------------

NELLY19

  • 20 iyul 2011 13:48
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

MuslimGirl

  • 20 iyul 2011 13:48
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Çox gözəl mövzudur. Məncə, mən İslamla tanış olsaydım, mütləq onu seçərdim. ALLAH razı olsun!

lider

  • 20 iyul 2011 13:46
  • Məqalə: 23
  • Şərh: 3027
  • Bal:
{awards}
Allah razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 6
Qonaqlar: 42
Cəmi: 76

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 46
Cəmi: 633
 
MiSS HaPPy)
Xəbərləri: 39
Cəmi: 71
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 36
Cəmi: 50
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 143
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}