Mən və dünya

 
Mən və dünya

Bir kağız, bir də qələm götürüb, istədim yazam dünyanın ötəriliyindən, nemətlərinin yalançı şirinliyindən, aldadıcı bər-bəzəyindən. Bir neçə cümlə qoşdum, anladım ki, yaza bilməyəcəyəm özümün də qəlbən dərk etmədiyim həqiqətlərdən yalandan. Axı necə deyim ki, Allahın Peyğəmbəri (s) buyurmuşdur: «Dünyanı sevmək - ən böyük «kəbirə» günahdı».

Başqa yerdə Rəsuli-Əkrəm (s) buyurmuşdur: «Dünya məhəbbəti - hər bir asiliyin kökü və hər günahın başlanğıcıdır».

İmam Sadiqdən (ə) nəql edirlər: «Dünya sevgisi - bütün günahların mənşəyidir».

İmam Əli (ə) buyurmuşdur: «Dünyaya məhəbbət - ağlı zay, qəlbi kar edər, qəlb hikməti eşitməz və ağrılı əzaba səbəb olar».

İmam Sadiq (ə) buyurmuşdur: «Qəlbini dünyaya bağlayan kəs, qəlbini üç şeyə bağlamışdır: sonu olmayan qəm-qüssəyə, əlçatmaz arzuya və doğrulmayan ümidə».

İmam Əli (ə) buyurmuşdur: «Dünyaya, ona rəğbəti, meyli olmayan və ondan ayrılan kəs kimi bax, dünyaya, ona məftun olan aşiq kimi baxma».

İmam Sadiq (ə) buyurmuşdur: «Əgər dünya fanidirsə, ona ürək bağlamaq nəyə gərəkdir?».

Ey dünya, sənə nifrətim böyükdür, çünki sən məni cisimdə yaşadırsan, cismim isə məni məhdudiyyətlər məngənəsində saxlayır. Mən azad olmaq istəyirəm axı! Mən maddi olan hər şeydən üstdə durmaq istəyirəm. Mən axı müqəddəsəm, mən axı məscudam, mənə səcdə etdi bütün aləm. Axı dünya mənim üçün yaranmışdı. Bəs niyə mən indi dünya üçün yaranmış kimi yaşayıram?! Dünya, görəsən, sənsən günahkar, yoxsa mən?!

Allahın Peyğəmbəri (s): «Dünyaya nalayiq sözlər deməyin, o mömin üçün gözəl bir minikdir. Çünki mömin onun vasitəsilə xeyir-bərəkətə yetişər və şər-bəladan xilas olar. Bəndə «Allah dünyaya lənət etsin» deyəndə, dünya deyər: «Allahın lənəti öz Rəbbinə qarşı ən çox itaətsizlik edənimizə olsun».

İmam Əli (ə): «Ey dünyanı məzəmmət edən kimsə, axı onun puçluqlarına məftun olan və batilinə aldanan da sənsən. Dünyaya məftun olduğun halda onu məzəmmət edirsən? Sən onu cinayətkar və günahkar bilirsən, yoxsa o səni? Dünya səni nə vaxt məftun etdi, nə vaxt aldatdı?! Dünya, ona doğru-düzgünlük qapısından daxil olan hər kəs üçün doğruluq sarayıdır. Onu yaxşı dərk edən üçün əmin-amanlıq və səadətdən bir imarət, ondan (axirətə) azuqə yığançün qüdrət və ehtiyacsızlıq sarayıdır».

Axı sənə həqiqət eynəyi ilə baxdıqda sənin gözəlliyini kəşf etmək, sənin cazibəliyinin səbəbini görmək, sənin itaət və zikrini duymaq mümkün olur. Axı sən yaranmış olduğun hədəfi kamil surətdə yerinə yetirirsən, məndən yaxşı. Əgər kamaldan bəhrələnə bilmirəmsə, demək, mən naqisəm.

Axı sən olmasaydın, mən Onu necə tanıyardım, Onun sevgisini necə duyardım, Onun mərhəmətini, nəzarətini necə hiss edərdim?! Axı mən Ona necə ibadət edərdim?! Ona qeybdən iman etməyin dəyərini necə bilərdim?! Ona itaət və təslimiyyətimi necə bildirərdim?! Buğdanı necə biçərdim əkinsiz?! Bu ayrılıq həsrətində yanmasaydım, Onunla vüsalın ləzzətini necə bilərdim?!

Sən əslində mənim həm xoşbəxtliyim, həm də bədbəxtliyimsən. Sən mənə bu iki yoldan birini seçməyə fürsət verən azad iradəmsən. Sən böyük bir məktəbsən ki, səndə oxumamış qiymət almaq olmur. Sənin imtahanından keçməmiş ali məktəblərə-məqamlara adlamaq mümkün deyil.

Ey dünya, əslində sən mənim dostumsan, sirdaşımsan, vasitələrim və fürsətlərimsən. Mənim düşmənim sən deyil, elə özüməm, məndəki sənə olan sevgidir, məndəki sənə olan bağlılıqdır. Amma sən heç sevmirsən səni sevəni. Axı sən itaətkar məxluqsan, onun üçün itaətdən çıxana düşmən kəsilirsən.

Mən səni sevirəm səni sevənləri sevmədiyinə görə. Əhsən sənə ey, dünya!


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:35
  • Məqalə: 333
  • Şərh: 995
  • Bal:
twk

--------------------

NELLY19

  • 20 iyul 2011 19:11
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
xebere gore tewekkurler..

R.M_FaNaTka

  • 20 iyul 2011 19:10
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twkler

--------------------

-marissa

  • 20 iyul 2011 17:30
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
twk...................

lema

  • 20 iyul 2011 16:11
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
men dunyani sevirem chunku onu seven hech kimi sevmeyib inshallah dunyanin sayesinde axiretimi qazanacam...xebere gore minnetdaram...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Musique Sage

  • 20 iyul 2011 15:33
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
TWK ALLAH RAZI OLSUN

RaP_muziC

  • 20 iyul 2011 15:31
  • Məqalə: 8
  • Şərh: 149
  • Bal:
{awards}
tsk.............................

--------------------
™Yupiterden RaP_muziC™

Sirli Melek

  • 20 iyul 2011 14:53
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
İmam Sadiqdən (ə) nəql edirlər: «Dünya sevgisi - bütün günahların mənşəyidir».

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

aid_fanatka

  • 20 iyul 2011 14:52
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk.....................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

xanim12

  • 20 iyul 2011 14:49
  • Məqalə: 0
  • Şərh: 71
  • Bal:
{awards}
Eger dunya fanidirse ona urek baglamag neye geerekdi... :fee

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 5
Qonaqlar: 50
Cəmi: 69

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 55
Cəmi: 643
 
MiSS HaPPy)
Xəbərləri: 48
Cəmi: 79
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 44
Cəmi: 59
 
Arzu_zadeh
Xəbərləri: 40
Cəmi: 176
 
♔Hе важно∞
Xəbərləri: 35
Cəmi: 150
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 10
Cəmi: 685
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
Sol Meleyim
Xəbərləri: 9
Cəmi: 32
 
Toxunma Xeyallarima
Xəbərləri: 7
Cəmi: 27
 
 
{slinks}