İnsanın Dəyəri Kimdən və Nədən Asılıdır?

 
İnsanın Dəyəri Kimdən və Nədən Asılıdır?

İnsanın Dəyəri Kimdən və Nədən Asılıdır?

İnsanın Dəyəri Kimdən və Nədən Asılıdır?

İnsanın dəyəri barədə Əmirəl möminin Əlinin (ə) sözləri çox əhəmiyyətlidir «Nəhcül-bəlağə»nin bir yerində Həzrət Əli (ə) buyurur ki, mömin insan Kəbədən uca, Cəbraildən (ə) üstündür.

Başqa bir yerdə isə buyurur: «Bütün ömrünü qarnını doldurmağa sərf etmiş adamın qiyməti qarnından çıxan nəcasətə bərabərdir.

Bəs insanın dəyəri kimdən və nədən asılıdır? Hansı meyarlar onun qiymətini müəyyən edir?
İslam alimlərinin birindən soruşdular: «Nəyə görə insan bütün təbiəti özünə tabe etdiyi halda özünü və öz nəfsini ram edə bilmədi?»

Cavab verir: «İnsan təbiəti tanıdığı üçün onu ram edə bildi, amma özünü tanımadı ki, tabe edə bilsin».Bəli, insan özünü tanıya bilsə, yaradılış fəlsəfəsini və vəzifələrini anlasa, öz dəyərini müəyyən edər.
Əgər insan özünü maşınla, heyvanla bərabər tutmasa, hətta Fironun həyat yoldaşı kimi Allahın mərhəmət nəzəri altında olmadığı təqdirdə cənnəti belə qəbul etməsə, ucalardan uca olar.
Əks halda alçalıb, Əlinin (ə) dediyi kimi, mədəsindən çıxan nəcasətin qiymətini qazanar. İnsan özünü tanımaqla dəyər tapar, çünki «özünü tanıyan kəs Allahını tanıyar». Dəyər meyarları da Allahın əlindədir.

Alman alimi insana qiymət verərkən, onun bədənindəki şəkərin, dəmirin, duzun dəyərini hesablamışdı. Əli (ə) də insanın dəyərini hesablamaq barədə yol göstərir.
Amma onun insanda qiymətləndirdiyi şeylər kimyəvi elementlər deyil, mənəvi anlayışlardır.
O Həzrət buyurur:
«Allah mələkləri yalnız ağıldan ibarət halda yaratdı, onlarda şəhvət yaratmadı. Heyvanları yalnız şəhvətdən təşkil etdi, onlar üçün ağıl qərar vermədi. İnsan isə həm şəhvətdən, həm də ağıldan ibarət mürəkkəb vücud kimi xəlq olundu. Hər kəsin ağlı şəhvətinə qələbə çalsa, mələklərdən uca olar. Əksinə, hər kimin şəhvəti ağlına üstün gəlsə, heyvanlardan da aşağı enər».

Beləliklə, insanın taleyi özündən asılıdır. O, özünü həm cənnətə, həm də cəhənnəmə apara bilər. İnsan aqibətini özü müəyyən edir. İnsanlardan kimisi bu dünyada özü üçün cənnət tədarük edir, kimisi də cəhənnəm hazırlayır.
Aqibət insanın daxilində ağılla şəhvət arasındakı mübarizədən və onlardan hansı birinin qələbə çalmasından asılıdır. Bu mübarizə isə insanın öz iradə və ixtiyarına tabedir.
Qurani-Kərimdə həm yaxşı, həm də pis adamların əhvalı barədə ayələr vardır.
«Möminun» surəsində buyurur:
«Mizanı yüngül olanlar ziyan çəkib, cəhənnəmdə əbədi qalanlardır. Od üzlərini yandıracaq və pis sifətə düşəcəkdir. (Onlara xitab olunar ki,) mənim ayələrim sizə oxunmurdumu?
Siz onların hamısını yalan saymadınızmı? Deyərlər: «Ey Rəbbimiz, qara bəxtimiz bizə qalib gəldi və biz azğın olduq. Bizi bu oddan çıxar. Daha bir də sənə qarşı üsyan edən zalımlardan olmarıq».
Onlara deyilər:
«Gedin cəhənnəmə və ağzınızı yumun!» Mənim bəndələrimdən bir dəstəsi «Ya Rəbb, biz iman gətirdik, bizi bağışla, rəhm et, sən rəhmlilərin ən yaxşısısan» dedikdə, siz onları ələ saldınız, onlara güldünüz ki, məni unutsunlar. Bu gün mən onlara səbrlərinə görə əcr verirəm və onlar feyzə yetənlərdir». («Möminin» surəsi ayə 103-111)

Bunun tam əksi olaraq, «Qəmər» surəsinin 54-55-ci ayələrində Allah-taala buyurur: «Təqvalılar cənnət bağlarında ən gözəl yerdədirlər. Mülk və qüdrət sahibi olan Allahın nəzdində, sidq və haqq mənzilindədirlər».
Quran bu məqama yetməyin yolunu belə bəyan edir: «Hər kim Allahının görüşünə ümid bağlasa, saleh əməllər etməli və sitayiş etmək üçün Allaha şərik qoşmamalıdır». («Kəhf» surəsi, ayə 110)

«Hədisi-qüdsi»də buyurulduğuna görə, Allah-taala insana belə xitab edir: «Mən bütün şeyləri sənə görə, səni isə özümə görə yaratdım».

Demək, insan ipəkqurdu kimi öz ətrafını dünya qayğıları və mənasız istəklərlə hörüb özünü məhv etmək əvəzinə, mənəvi aləminin islahı və şəhvətə qələbə çalmaq uğrunda mübarizə aparmalı, layiqli əməl töhfəsi ilə Allahın görüşünə hazır olmalıdır.

İnsanın Dəyəri Kimdən və Nədən Asılıdır?


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:35
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
twk

--------------------

R.M_FaNaTka

  • 20 iyul 2011 19:07
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

lema

  • 20 iyul 2011 17:32
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Insanlarin deyeri dunyamizda hal hazirda pullari ile olchulur.amma ALLAH insanlarin deyerini onlarin emeline gore menevi alemine gore olchur.Allah biz cehenneme dushen munafiq ve kafirlerden etmez inshallah...Deyerli xebere gore ALLAH razi olsun baci...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

MuslimGirl

  • 20 iyul 2011 16:34
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
İnsanın dəyəri özünə qiymət verməsindən asılıdır. Bir insan özünə hörmət qoymursa, başqalarından buna gözləyə bilməz. Həmçinin dəyər də....ALLAH razı olsun!

Sweet life

  • 20 iyul 2011 16:29
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
tesekkur!!!

--------------------

barbie aytac

  • 20 iyul 2011 16:04
  • Məqalə: 15
  • Şərh: 108
  • Bal:
{awards}
tesekurler

.::BaBy_FaCe_WiSe::.

  • 20 iyul 2011 15:54
  • Məqalə: 180
  • Şərh: 1226
  • Bal:
{awards}
Əgər insan özünü maşınla, heyvanla bərabər tutmasa, hətta Fironun həyat yoldaşı kimi Allahın mərhəmət nəzəri altında olmadığı təqdirdə cənnəti belə qəbul etməsə, ucalardan uca olar.


coxsagolun !
fellow

--------------------

Sirli Melek

  • 20 iyul 2011 15:53
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

RaP_muziC

  • 20 iyul 2011 15:42
  • Məqalə: 8
  • Şərh: 150
  • Bal:
{awards}
™ tsk ™

--------------------
™Yupiterden RaP_muziC™

Musique Sage

  • 20 iyul 2011 15:38
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
ALLAH razi olsun

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 23
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}