Peyğəmbər(s.a.a.v)- in vida həcci

 
Peyğəmbər(s.a.a.v)- in vida həcci

Peyğəmbər(s.a.a.v)- in vida həcci

Peyğəmbər(s.a.a.v)- in vida həcci

Bismillahir-rəhmanir-rəhim...

630-cu ildə Məkkənin fəthilə Kəbə bütlərdən təmizləndi. Ancaq müşriklərin Kəbəni ziyarət etmələri hələ qadağan olunmamışdı. Hicrətin 9-cu ilində 300-ə yaxın müsəlman ilk dəfə Əbu Bəkrin başçılığı ilə həcc vəzifələrini yerinə yetirmək üçün Məkkədən Mədinəyə yola düşdülər.

Həzrəti Məhəmməd (s.a.a.v) müşriklərin Kəbə ətrafında ibadət adı ilə ilə etdikləri rəzaləti görməmək üçün o il getmədi. Bir müddət sonra müşriklərin Məscidül-harama yaxınlaşmasını qadağan edən Tövbə surəsinin 28-ci ayəsi nazil oldu.

Hicrətin 10-cu ilində Həzrəti Peyğəmbər(s.a.a.v) həccə gedəcəyini müsəlmanlara bildirdi. Bu arada Quranın Nəsr surəsi nazil oldu. Bu həcc Peyğəmbərin ilk və son həcci olmaqla bərabər, eyni zamanda müsəlmanlarla vidalaşma mərasimi də olacaqdı. Ona görə 632-ci ildə edilən bu həcc islam tarixində “Vida həcci” adlanır.
Bu həcdə 120 min müsəlman iştirak etmişdi. Və Həzrət Peyğəmbər (s.a.a.v) Ərəfatda bu camaata müraciət edərək mühim bir xütbə oxumuşdu.
Peyğəmbər öz xütbəsinə “Ey insanlar! Vallahi bilmirəm, olsun ki, sizinlə bu yerdə bu gündən sonra bir daha görüşmədim” sözləri ilə başladı.
Sonra bildirdi ki, Məkkənin, həcc aylarının hörməti necə saxlanılırsa, müsəlmanların mallarının, canlarının da hörməti eləcə saxlanılır və bildirdi ki, qəlblərdə 3 şey kin doğurmaz:
Allah naminə ixlaskarlıqla görülən əməl, ixtiyar sahiblərinə dostcasına verilən məsləhət və müsəlmanların həmrəyliyinin gözlənilməsi.
Sonra Peyğəmbər(s) toplaşanlardan soruşdu: Siz mənin barəmdə sual edilndə nə deyəcəksiniz?”
Dedilər:
Şəhadət veririk ki, sən risaləni çatdırmısan, öhdənə düşən vəzifəni yerinə yetirmisən." Vida həcci dərindən araşdırılıqda Peyğəmbər(s.a.a.v)- in aşağıdakı məsələlərə diqqət yetirmək istədiyi aydın görünür:

1. Hər şeydən əvvəl Allaha sığınmaq, Ondan kömək istəmək və Ona bəndəlik etmək lazımdır.

2. İnsanların can və mülkiyyət hüququ vardır.

3. Əmanətə xəyanət edilməməlidir.

4. Qan davası və faiz haramdr.

5. Kişi və qadınların qarşılıqlı olaraq bir-biriləri üzərində hüquqları vardır. Ər-arvad bir-birininin qayğısını çəkməli, namusunu qorumalıdır.

6. İnsanların yalnış yola düşməmələri üçün Hz. Peyğəmbərin qoyduğu ən böyük miras Qurani-kərimdir.

7. Heç bir irqin və insanın bir-birindən üstünlüyü yoxdur. Hamı Adəm övladıdır. Üstünlük yalnız Allahın əmr və qadağalarına riayət etmək dərəcələrinə görədir.

Bu tarixi xütbənin ardınca Maidə surəsinin 3-cü ayəsi nazil oldu: “Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım. Və sizin üçün din olaraq islamı bəyənib seçdim...”

Vida həcci başa çatdı və Peyğəmbər(s) Mədinəyə döndü. Peyğəmbər(s) hicrətin 11-ci ilində dünyadan köçmə məqamının çatdığını özü də hiss etmişdi.
Peyğəmbər xəstəliynin ilk günlərində yenə məscidə gedərək namaz qılır və müsəlmanlara öz nəsihətlərini verirdi. Lakin xəstəliyi şiddətlənəndə məscidə gedə bilmədi. Bu vaxt onun 63 yaşı var idi. Allahın Rəsulu hicrətin 11- ci ili, 632-ci ildə vəfat etmişdir.

Allahın salamı olsun Peyğəmbər(s.a.a.v)-in və onun pak əhli- beytinin üzərinə.

Peyğəmbər(s.a.a.v)- in vida həcci


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:35
  • Məqalə: 333
  • Şərh: 995
  • Bal:
twk

--------------------

music_angel

  • 20 iyul 2011 21:01
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
təsəkkurler

--------------------

R.M_FaNaTka

  • 20 iyul 2011 19:07
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twkler

--------------------

NELLY19

  • 20 iyul 2011 19:07
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
xebere gore tewekkurler..

lema

  • 20 iyul 2011 17:34
  • Məqalə: 0
  • Şərh: 2659
  • Bal:
{awards}
ALLAH razi olsun bacim.Chox deyerli xeberdi...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

-marissa

  • 20 iyul 2011 17:15
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
twk......................

Musique Sage

  • 20 iyul 2011 17:08
  • Məqalə: 442
  • Şərh: 2893
  • Bal:
{awards}
Allah razi olsun yene super xeber yazmisan

Ay Üzlü

  • 20 iyul 2011 16:57
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
Allah razi olsun

MuslimGirl

  • 20 iyul 2011 16:31
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
Yenə həmişə kimi gözəl xəbər hazırlamısan, bacış. ALLAH razı olsun!

Sweet life

  • 20 iyul 2011 16:28
  • Məqalə: 53
  • Şərh: 1254
  • Bal:
{awards}
tesekkurler!

--------------------

ZAC EFRON

  • 20 iyul 2011 16:24
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
ALLAH razi olsun

Sirli Melek

  • 20 iyul 2011 16:24
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 35
Cəmi: 61

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}