Qiblə

 
 Qiblə

 Qiblə

Qiblə

Namaz zamanı müqəddəs Kə’bəyə üz tutulur. Yalvarış üçün üz tutduğumuz tərəf qiblə adlanır. Baxmayaraq ki, hansı tərəfə üz tutsaq, Allaha doğrudur. Lakin Kə’bə kimi müqəddəs bir məkana diqqət yetirmək İbrahimin (ə) tövhidi xəttini yada salır və tövhid ilhamı verir.

Namazın Kə’bəyə doğru qılınması əmr olunubsa, bu göstərişə əməl etmək lazımdır. Əgər belə etməsək ibadətlərimiz təslimçilik və bəndəlik ruhiyyəsindən uzaq olar.

İslamın ilk dövrlərində Beytül-müqəddəs illərlə müsəlmanların qibləsi oldu. Allahın rəsulu (s) bütxana şəkli almış Kə’bəni ibadət qibləsi etmək istəmirdi. Lakin hicrətdən sonra yaranmış şərait nəticəsində müsəlmanların qibləsi Məscidul-hərama döndərildi.

Bu işin səbəblərindən biri yəhudilərin müsəlmanları təhqir etmələri idi. Onlar deyirdilər: “Sizin qibləniz yoxdur və bizim qibləmizə üz tutub namaz qılırsınız.

Peyğəmbər (s) bu vəziyyətdən pərişan idi. O, Allah tərəfindən kömək gözləyirdi. Beləliklə, ayə nazil oldu və göstəriş verildi ki, hər yerdə olsanız, Məscidul-hərama üz tutub namaz qılın.
(Qiblənin dəyişməsi “Bəqərə” surəsinin 142-dən 149-dək ayələrində geniş şəkildə bəyan olunmuşdur. Bu ayələrin təfsirinə müraciət edin) Qiblənin dəyişmə ayələri tarix boyu müsəlmanlara müstəqil olmaq, hətta ibadi məsələlərdə də minnət götürməyib şərəfli yaşamaq dərsini verir.

Qiblənin dəyişmə göstərişi eyni zamanda müsəlmanlar üçün bir imtahan idi. Bununla da mə’lum oldu ki, kimlər Allahın göstərişlərinə kamil itaət göstərir, kimlər bəhanə tapıb e’tiraz edirlər.

Başqa bir dəlil bu idi ki, yəhudilər müsəlmanlara “sizin qibləniz yoxdur və bizim qibləyə doğru namaz qılırsınız” deməsinlər. Bu məsələ müsəlmanların şəxsiyyətinə müstəqillik bəxş etdi.

Müsəlmanlar Kə’bəyə doğru ibadət etməlidir. Hətta yatarkən, yeyərkən üzüqibləyə olmaq yaxşıdır. Heyvanlar üzüqibləyə kəsilməlidir. Yoxsa, onların əti haram olar. Bütün işlərdə tövhid Kə’bəsinə üz tutmaq müsəlmanlara ilahi düşüncə və iman dərsi verir. Bununla da müsəlmanlar qəflətdən ayılır və daim Allahın evinə diqqət yetirir.

Bundan əlavə, Kə’bəyə üz tutmaq gözəl, maraqlı vəhdət və nizam yaradır. Dünyanın hər yerində müsəlmanlar namaz vaxtı həmin ilahi mərkəzə üz tutur. Əgər kimsə səmadan yerdə namaz qılan şəxslərin cərgələrinə tamaşa etsə, mərkəzi Kə’bə olan dairələr görər. Tövhid müsəlmanların sıralarının, ruhlarının, qəlb və fikirlərinin təmərküz nöqtəsidir.

Qibləyə üz tutmaq yolu ilə müsəlmanların arasında astranomiya, coğrafiya və cəhətşünaslıq elmi inkişaf etdi.

Bəli, Kə’bə İbrahimin (ə), İsmail (ə) Məhəmmədin (s) tövhid mübarizələrinin yadigarıdır. Həzrət Mehdi (ə) də öz qiyamında Kə’bəyə istinad edəcək. Müsəlmanın namaz və yalvarış zamanı qibləsi Kə’bədir...

 Qiblə


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:35
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
twk

--------------------

NELLY19

  • 20 iyul 2011 19:06
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
xebere gore tewekkurler..

★Azerbaijan girl★

  • 20 iyul 2011 18:00
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tskler lol

lema

  • 20 iyul 2011 17:38
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Hamisi haqqinda melumatim var idi.tekrar etmiw oldum.minnetdaram baci.ALLAH RAZI OLSUN...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

-marissa

  • 20 iyul 2011 17:13
  • Məqalə: 0
  • Şərh: 277
  • Bal:
{awards}
twk........................

music_angel

  • 20 iyul 2011 16:56
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler

--------------------

Ay Üzlü

  • 20 iyul 2011 16:54
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
cox sag olun gozel xeber ucun

Sweet life

  • 20 iyul 2011 16:41
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
tesekkurler!

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 51
Cəmi: 76

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 30
Cəmi: 509
 
♔Hе важно∞
Xəbərləri: 24
Cəmi: 67
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 3
Cəmi: 1144
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}