Ataya və anaya yaxşılıq fəlsəfəsi

 
Ataya və anaya yaxşılıq fəlsəfəsi

İmam Səccaddan (ə) gələn hədisdə deyilir:
“Ananın sənin üzərində olan haqqından onu bilməlisən ki, o, səni elə bir yerdə hamilə gəzdirmişdir ki,
başqası heç kimi orada gəzdirməz, qəlbinin meyvəsindən sənə vermişdir ki,
heç kim onu başqasına verməz. Səni bütün üzvləri ilə qorumuşdur.
Əhəmiyyət verməzdi ki, özü acdır, təki sən tox olasan. Özü susuz olsun, ancaq sən susuz
olmayasan. Səni geyindirər, ancaq özü çilpaq da qalar. Özü günəş altında dayanar,
ancaq sənə kölgə salar. Sənə görə yuxunu özünə haram edər.
İsti və soyuqdan səni qoruyar ki, sənə malik olsun və itirməsin.
Ona görə də sən İlahi kömək və tofiq olmadan ona təşəkkür edə bilməzsən”.

Ataya və anaya yaxşılıq fəlsəfəsi

Başqa bir yerdə ata haqqında belə buyurur:
“Atanın haqqı isə odur ki, o, sənin kökündür. Çünki əgər o, olmasaydı, sən də olmazdın.
Özündə qohumlarının hər bir xüsusiyyətini görəndə bil ki, onun kökü atandandır.
Ona görə də Allaha sitayiş et və bu nemətə görə atana təşəkkür et”.
Ata və ananın övlad üzərində olan haqqını övlad heç bir şeylə ödəyə bilməz.
Çünki valideynlərin haqları o qədərdir ki, övlad onların əvəzini verə bilməz.
Valideynin haqqını ödəyə bilmədiyimiz üçün həidslərimiz bizə belə tövsiyə edir ki, heç olmasa onlara yaxşlıq və ehsan edək.

Ataya və anaya yaxşılıq fəlsəfəsi

İmam Sadiq (ə) bu haqda buyurur:
“Ata və anaya ən kiçik hörmətsizlik “of” deməkdir.
Əgər Allah Təalanın ondan da kiçik hörmətsizlikdən xəbəri olsaydı, onu da qadağan edərdi”.
Ata və ana övladına görə o qədər zəhmət çəkirlər ki, yaxşı övladlara sahib olsunlar.
Bu mehribanlıqlar, yaxşlıqlardır ki, valideynləri övlad sahibi olmağa təşviq edir.
Bütün bu çətinliklərə dözürlər. Övladının ehtiyacı olanda onu yerinə yetirirlər.
Ancaq övlad böyüyəndə ki, onun köməyinə ehtiyacları olur, övladları hərəsi öz yolu ilə gedir.
Ata və ananın ehtiyaclarına fikir vermirlər. Əgər bu cür hal cəmiyyətdə artarsa, heç bir ata və ana
övlad sahibi olmaq istəməz. Onu böyütsünlər və sonra da lazım olanda çıxıb getsin,
ata və ananı öz halına buraxsın. Ən yaxşı halda onu qocalar evinə qoyar.
Bundan sonra heç bir ər və ya arvad övlad sahibi olmaq istəməz.
Əgər cəmiyyətdə bu cür ruhiyyə artarsa, insan nəsli kəsilməyə başlayacaqdır.
Əgər övlad da dünyaya gətirsələr, ata və anasız böyüyəcəkdir.
Valideyn məhəbbəti görməyən bu cür uşağın axırını təsəvvür belə etmək olmaz.
Çünki Qərb cəmiyyətşünaslarının verdiyi təhlilə görə, cəmiyyətdəki cinayətlərin,
fəsadların çoxunu bu cür uşaqlar törədirlər.
Əgər cəmiyyət bu xəstəliyə düçar olarsa, heç bir ya qanun onun qarşısını ala bilməz.

Ataya və anaya yaxşılıq fəlsəfəsi

İmam Rzadan (ə) gələn hədisdə deyilir:
“Allah ata və ananın sözündən çıxmağı ona görə haram buyurmuşdur ki, Allah Təalaya itaət
tofiqini əldən verməyə, ata və anaya hörmətsizliyə, nemətlərə naşükürlük etməyə,
nəslin azalmasına və kəsilməsinə səbəb olar. Belə ki, valideynin sözündən çıxmaq səbəb olar ki,
ata və anaya ehtiram qoyulmasın. Onların haqq və hüquqları tanınmasın.
Qohumluq əlaqələri kəsilsin. Ata və ana övlad sahibi olmağa meyilli olmasın.
Övladın yaxşılıq etməməsi və ata və ananın sözündən çıxması səbəb olar ki, onun tərbiyəsini boş buraxsınlar.”


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:30
  • Məqalə: 333
  • Şərh: 995
  • Bal:
twk

--------------------

ASMIYA

  • 21 iyul 2011 00:21
  • Məqalə: 107
  • Şərh: 1516
  • Bal:
{awards}
DERINDEN MENIMSEYER INS ALLAH HERKES. CUNKI COK COK COK ONEMLI. TESEKKUR EDIREM.

--------------------


MuslimGirl

  • 20 iyul 2011 22:56
  • Məqalə: 156
  • Şərh: 3022
  • Bal:
{awards}
ALLAH onları qorusun! AMİN! ALLAH razı olsun!

R.M_FaNaTka

  • 20 iyul 2011 22:54
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twkler

--------------------

MiLeyla

  • 20 iyul 2011 22:39
  • Məqalə: 0
  • Şərh: 3949
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

NELLY19

  • 20 iyul 2011 21:38
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
TEWEKKURLER

NİKİ

  • 20 iyul 2011 21:07
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

.::BaBy_FaCe_WiSe::.

  • 20 iyul 2011 20:41
  • Məqalə: 180
  • Şərh: 1215
  • Bal:
{awards}
biz ne qeder caliwaq da ata anamizin haqqini odeye bilmerik........ata ve ana adini layiqince dawiyanlarin qarwisinda bas eyerem ..


tsk bele gozel xeberlere gore.....


biz ne qeder caliwaq da ata anamizin haqqini odeye bilmerik........ata ve ana adini layiqince dawiyanlarin qarwisinda bas eyerem ..


tsk bele gozel xeberlere gore.....

--------------------

music_angel

  • 20 iyul 2011 20:17
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun..tsk xebere gore

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 30
Cəmi: 54

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 61
Cəmi: 81
 
NIGAR
Xəbərləri: 61
Cəmi: 727
 
MiSS HaPPy)
Xəbərləri: 51
Cəmi: 146
 
Nergiz__Sirinova
Xəbərləri: 44
Cəmi: 473
 
Arzu_zadeh
Xəbərləri: 34
Cəmi: 232
 
♔Hе важно∞
Xəbərləri: 31
Cəmi: 202
 
AyliN BunyaminovA
Xəbərləri: 19
Cəmi: 442
 
No-Girls-No-ProBlemS
Xəbərləri: 12
Cəmi: 221
 
Sol Meleyim
Xəbərləri: 12
Cəmi: 53
 
S)
Xəbərləri: 8
Cəmi: 20
 
 
{slinks}