Kosmik infraqırmızı "Herşel" teleskopu bizim qalaktikamızın mərkəzində sıx qazların
qəribə həlqə yaratdığını müşahidə edib. NASA-nın Reaktiv hərəkət laboratoriyasının
əməkdaşları obyektin böyrü üstə yıxılmış "8" rəqəminə,
yəni başqa cür desək, sonsuzluq işarəsinə bənzədiyini deyirlər.
Milli.Az xəbər portalı RİA Novosti-yə istinadən bildirir ki, indiyədək astronomlar bu
həlqənin yalnız 600 işıq ili uzunluqda olan bir hissəsini görə bilirmişlər,
"Herşel"in köməyilə isə onun tam əksini almaq mümkün olub.
"Biz Süd Yolunu çox tədqiq etmişik, amma "Herşel"dən aldığımız irimiqyaslı submillimetrlik
şəkilləri gördükdən sonra fərz etdiyimiz "sonsuzluğun" reallığı aydın oldu, - deyə
Kaliforniyanın Texnologiya institutunun əməkdaşı Alberto Noryeqa Krespo bildirib.
Submillimetrlik elektromaqnit şüaları qalaktikanın
mərkəzini görməyə imkan verməyən ulduzlararası tozu asanlıqla yarıb keçir.
Alimlər deyirlər ki, halqa elə çevrilib ki, o bizə sonsuzluq işarəsi kimi görünür,
əslində isə belə deyil. Yaponiyadakı "Nobeyama" radioteleskopu isə həlqədəki qazın
hərəkət sürətini dəqiqləşdirməyə imkan verib. Son məlumatlar belə bir nəticəyə
gəlməyə əsas verib ki, soyuq qaz və toz yığnağından
ibarət olan həlqə bütövlükdə, qalaktika ilə eyni sürətlə hərəkət edir.
Həlqənin 8 rəqəmi kimi əyilməsini isə alimlər
qonşu qalaktikaların qravitasiyasının təsiri ilə izah edirlər.