Əgər İmam Zaman (ə.f.) İlə Görüşsən

 
Əgər İmam Zaman (ə.f.) İlə Görüşsən

Bismilləhir Rahmənir Rahim.Əssalamə Əleykum

Əssələmu aləykum. Ey Allahın bəndəsi sənə müraciət edirəm. Mövzunu sonacan oxumağını səndən rica edirəm. Bir anlıq təsəvvür elə ki, sənə müjdə verirlər birazdan İmam Zaman (ə.f.) ilə görüşəcəksən. Yəqin çox sevinərsən. Ürəyin çırpınar bu görüş üçün, sevincinin həddi hüdudu olmaz. Ancaq bir fikirləş gör kimin görüşünə gedirsən. Gözlərini yum və həyatını gözünün önünə gətir gör sən hazırsanmı Ağayla görüşə? Ağaya fəxrlə deyə biləcəyin əməllərin varmı? Hansı əməlinlə hazırsan onunla görüşə? Yoxsa günahların xəcalətindən başını aşağı salassan? Əgər günahların varsa və bu günahlara tövbə etmirsənsə bəs necə İmam Zamanı (ə.f.) dualarında çağırırsan? Əgər şiəsənsə İmam Zamanın (ə.f.) atdığı addımların iziylə getməlisən. Görəsən bizlər o izlərnən gedirik, yoxsa şeytanın iziylə?

Təsəvvür elə artıq görürsən Ağa qarşındadı, ancaq sən istəyirsən Ağayla görüşəsən, əlindən-ayağından öpəsən, ancaq Ağa səndən üzünü çevirir. Halın necə olar onda? Mən olsam xəcalətimdən ölərəm. Birdən başladı səni danlamağa. Dedi bu günahları eləyirdin və əl çəkmirdin. Getdikcə artırırdın, artırdıqca fəxr edirdin, təkəbbürlük edirdin. Namazları bərbad hala salırdın. Başqalarına böhtan atırdın, yalanlarınla bütün həyatını yalana qərq etmişdin. Qardaşlarının ətini iştahla dayanmadan yeyirdin. Elə bilirdin səni görmürəm? Sonuncu dəfə sübh namazını öz vaxtında nə vaxt qılmısan? Axirətini niyə dünyaya satmısan? Bəs deyil ey Allahın bəndəsi?

Əziz qardaşlar və bacılar dediklərim sadəcə bir təsəvvür idi. Məncə oyanmağın çoxdan vaxtıdı. Allaha səcdə edək və bütün günahlarımıza tövbə edək. Haqq yiyələrindən halallıq alaq və indən sonra heç kimin haqqına girməyək. Nə bilirsən ömrün sona çatmır? Heç zamanımız da olmayacaq. İndi fürsət var ikən hidayət yoluna qayıdaq. Biz hidayət yoluna qayıtsaq Allah bizi hidayət edər, bağışlayar. Heç də şübhəniz olmasın. Onu da bilin ki, biz özümüzü düzəltsək İmam Zaman (ə.f.) doğurdan görüşümüzə gələr. İstəmirik? Ürəyimiz gedir ağayla görüşməyə, ancaq görüşməyin şərtlərinə əməl etmirik. Əgər doğurdan seviriksə ağanı və istəyiriksə görüşək gəlin onda şərtlərə əməl edək. Mənim yazdığım mövzu möminlərə aid deyil, möminlər çoxdan o səadətə çatıblar. Mənim mövzum mömin olmaq istəyənlərə və mənim özümə də aiddir. Allaha əmanət olun.


Geri dön

NELLY19

  • 25 iyul 2011 19:45
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
serhlerinize gore tewekkurler

Mr.Perfect

  • 21 iyul 2011 22:30
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

lema

  • 21 iyul 2011 12:04
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
SEYMUR551,
hamimizi ancaq ALLAH sinaga cheke biler ve en dogrusunu yalniz o bilir.bu sozler esl muselmana yarashmayan sozlerdir.
xebere gore minnetdaram.ALLAH RAZI OLSUN

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

aid_fanatka

  • 21 iyul 2011 09:36
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk....................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

ASMIYA

  • 21 iyul 2011 00:16
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
ALLAHIN RAZILIGI HERKESE OLSUN. BU ALLAHIN QULLARI UCUN BOYUK XOSBEXTLIK OLAR. COK SAG OLUN.

--------------------


★Azerbaijan girl★

  • 20 iyul 2011 23:27
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tskler laughing

R.M_FaNaTka

  • 20 iyul 2011 22:50
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

ZAC EFRON

  • 20 iyul 2011 22:41
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
Allah razi olsun!

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 12
Cəmi: 31

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}