Oxumağa dəyər

 
Oxumağa dəyər


Adəmin uşaqlarıyıq. Nəslimiz Adəmdən, özümüz isə adəmdən gəlmə. Yaranmamızın mayası yoxluq və yoxsulluq. Bir zamanlar yoxduq. Nə yoxluğumuza dair məlumatımıvardı, nə də var olmağa gücümüz. Yoxluq ilə varlıq arasındakı sonsuz məsafədən də xəbərimiz yox idi. Yoxluqdan çəkilib varlığa buyur edildiyimizdə hər bir varlıq mərtəbəsi, paltarlar kimi, yoxluq və yoxsulluq özümüzün üzərinə geydirildi. Və bir zamanlar adəm ikən, adam olub göründük.Biz bizi var edən şeyləri sahiblənincə,bizim əlimizdən çıxacaq o şeylər bizi yenidən yoxsullaşdırdı.
Biz varlığın yoxsuluyuq. Bir andan o biri ana nə varlığa yapışa bilirik, nə də varlığımızı qoruya bilirik. Bizi rəhmət və qüdrətiylə var edəndir bizdən başqa Biri... Biz həyatın yoxsuluyuq. Nə həyatın bizə verilişinde payımız var, nə də ölümün. Keçib gedən gəncliyimizə dayan deyə bilmədiyimiz kimi ölümə də sözümüz keçmir. Həyatımızı bizə, özlüyündə Həyat Sahibi və Baqi Biri rəhmətiylə hədiyyə edir. Biz sonsuzluğun yoxsuluyuq. Hər vaxt pisə və yoxluğa qaçmağımız,səhv və yanlışlarımız və dualarımız Baqi və Daimi bir Rəbbi Rəhmi işarə edir... Heç bir şey gerçəkdə mülkümüz deyil; heç bir obyekti gerçək mənada qavraya bilməyən əllərimiz, sahib olmanın da kasıbı olduğumuzu göstərir. Hər bir şeyi hər halında qüdrət əlində tutan, ehtiyacını görən və qarşılayan mərhəmətli Sahibimiz mülkünü əmrimizə verir... Varlığının özünü, yoxsulluğunu anlayan insanın mənliyi əriyir, buxarlaşır, sıfırlanır. Mütləq həqiqətləri yüklənə biləcək bir başlanğıc nöqtəsi halına gəlir.

Növ- növ yoxsulluqla hörülmüş kasıb həqiqətimiz, bizi Rəbbimizin sonsuz sifət və adlarının təcəllisinə məzhər edir. Mütləq kasıblığımız, Rəhman adının qismində bizi bütün ilahi adlara həmsöhbət və ayna edir. Ayna, üzərindəki iz və görünüşlərin yoxluğu ölçüsündə özündə əks olunanı göstərə bilir; biz də varolma yoxsulluğumuzu hiss etdiyimiz və bildiyimiz ölçüdə Rəbbimizi, Onun rəhmətini tanıya bilir və ona ayna ola bilirik. Mütləq yoxsulluğumuzu hiss etdiyimiz dərəcədə, ürək aynamız təmizlənir və parlayır.

Kasıblığımız bizi Rəbbimizə aparan ən qısa və etibarlı yol olur. Yoxsulluq insanı Rəbbinə rəhmət bağıyla bağladığı kimi, insanı digər insanlara və varlıqlara da bərabərlik, şəfqət və mərhəmət bağı ilə bağlayır. Hər şey kimi özünün də Allah qarşısında mütləq kasıb olduğunu bilən insan, digər yaradılmışlarla bərabər olduğunu hiss edir. Məlumat, sərvət, vs. hər cür neməti ancaq onları verənin nəzərdə tutduğu qanunlar istiqamətində istifadə edə biləcəyini anlayır.
Mütləq kasıblıq, necə insanı Rəhmana aparan bir vəsilədirsə, nisbi kasıblıq da cəmiyyət həyatında zəkat, sədəqə və digər ibadi köməkləşmə vasitələriylə rəftar edildiyində cəmiyyət həyatında Rəhman adının təcəllisinə vəsilədir. Hər ilahi adın təcəlli etdiyi fərqli fərqli aləmlər var. Bir insan balasının anası tərəfindən əmizdirilməsi; bitki, heyvan və insan bütün balaların doyurulması və hər möhtacın ehtiyacının qarşılanması Rəhman adının bir cilvəsini göstərər.
Bunun kimi, canlı bir orqanizm olaraq bir birlikdəki varlıqlı kəslərin yoxsulların imdadına qaçması o birliyi Rəhman adına bir ayna edər. Şəfqətlə yoxsulun imdadına qaçan, zəkat və sədəqə ilə onlara kömək edən adam, Rəbbinin rəhmətinə daha çox məzhər olar. Yanındakını əlindəki zənn edib sahiblənən və özünün sandığı mal üçün xəsisləşən adam, bu rəftarıyla rəhmətdən uzaqlaşdığının fərqində deyil.
Bir ayənin xəbərdarlığıyla, Xəsislik edən öz əleyhinə xəsisləşmiş olar. (Muhammed; 47:38) Yaranmasının özündə mütləq kasıblıq yatdığını unudan adam, özünü zəngin zənn edərkən, əsl kasıblığa düşdüyünü görməz. Allah Ganidir; yoxsul olan sizlərsiniz. (eyni ayə) Və insan öz mütləq yoxsulluğu ölçüsündə Allahın zənginliyini hiss edər.

Aynanın üzərindəki hər ləkənin görünüşü maneə törətdiyii kimi, insan özünü gerçək zəngin sandığı ölçüdə Allahın zənginliyindən və rəhmətindən məhrum olar.


Geri dön

music_angel

  • 1 sentyabr 2011 12:58
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
Allah razi olsun

--------------------

nilayka

  • 2 may 2011 20:05
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
maraqli ve deyerli movzudu. ama vaxtim olnda oxuyaram

--------------------

nilayka

  • 9 fevral 2011 22:32
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
winked

--------------------

MuslimGirl

  • 2 yanvar 2011 17:00
  • Məqalə: 156
  • Şərh: 3024
  • Bal:
{awards}
Bacis, gozel movzuya gore derin minnetdarligimi bildirirem

Azeri_Gozeli

  • 12 oktyabr 2010 23:44
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun tesekurler...

--------------------

Ulya

  • 6 sentyabr 2010 18:50
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
tesekkur gozel movzuya gore

Dj_Tural

  • 5 sentyabr 2010 04:27
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler heqiqetende oxumaga deyer

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

FERID

  • 4 sentyabr 2010 23:37
  • Məqalə: 77
  • Şərh: 327
  • Bal:
{awards}
cox sagol yaxshi movzudu:)

--------------------

Mr_Unlimited

  • 4 sentyabr 2010 23:10
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
maraqli ve deyerli movzudu. ama vaxtim olnda oxuyaram

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 32
Cəmi: 49

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}