Həzrət Fatiməyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri

 
Həzrət Fatiməyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri

Həzrət Fatiməyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri

1. Əmirəl-mömininin (ə) nəzərində Həzrət Fatimə(s.ə.)

Həzrət Fatiməyi-Zəhra (s.ə.) ömrünün son günlərində İmam Əliyə (ə) vəsiyyət edir: “Ey əmim oğlu! Sən heç vaxt həyatda məni yalançı və xain görməmisən. Heç vaxt sənin əmrlərinə qarşı çıxmamışam”. Həzrət Əli (ə) xanımın həyatdan getməsinin tək şahidi olur və o, buyurur: “Allaha pənah olsun! Səndən uzaq olmaq və ayrılıq hissi mənim üçün ağır olacaqdır. Ancaq bundan qaçmaq olmaz. Allaha and olsun ki, getməyinlə Allahın Rəsulunun (s) müsibətini mənim üçün təzələdin. “İnnə lillah və inna ileyhu raciun!”. Bu müsibətdən böyük, təsirili və ağrılı müsibət yoxdur!”

Həzrət Əlinin (ə) kəlamına diqqət edərkən, Fatiməyi-Zəhraya (s.ə.) olan şiddətli hörməti görmək olar. Həzrət Əlinin (ə) nəzərində Həzrət Fatimə (s.ə.) təqvanın, İlahi hökmlərə əməl etməyin elə bir uca məqamında qərar tuturdu ki, onun həyat yoldaşı ilə müxalifətliyi təsəvvür belə edilə bilməz. Həzrət Əli (ə) lənətlik Müaviyənin Əməvilərin fəzilətlərinə dair iddialarına cavab olaraq, məktub yazmışdır: “Behiştin iki cavan seyyidi bizdəndir və “Səbiyətil-nar” sizdəndir. Olanlara nəsib olan uşaqlar atəşə düşərlər, dünyanın ən yaxşı qadınları isə bizdəndir. “Həmmalətəl hətəb” - onlar ki, cəhənnəm üçün odun yığarlar - sizdəndir, bu fəzilətlər bizdəndir. O fəzilətlər isə sizdəndir”.

Həzrət Əli (ə) kimi dahi bir şəxsiyyət aləmlərin seyyidəsi ilə ailə qurduğuna görə iftixar
edir və onunla həyat yoldaşı olmasını İslam rəhbərliyinə layiqliyindən üstün hesab edir.

2. Fatiməyi-Zəhra (s.ə.) İmam Həsən Müctəbanın (ə) nəzərində
İmam Həsən (ə) öz anası haqqında çox söz demişdir. O cümələdən: “Bir gecə gördüm ki, anam namaz qılır, günəş çıxana qədər rüku və səcdə ilə məşğul oldu. Eşidirdim ki, hər bir qadın və kişi üçün dua edirdi. Onların adlarını çəkirdi, ancaq özü üçün dua etmirdi. Ərz etdim: “Ana! Niyə başqalarına dua etdiyin kimi özünə də dua etmirsən?”. Buyurdu: “Övladım! Əvvəl qonşu, sonra ev””.

3. İmam Hüseynin (ə) Aşura günü anası haqqındakı nəzəri
Düşmən Həzrət Hüseyni (ə) əhatə etdiyi zaman kiçik bir xütbə söyləyərək, buyurur: “Məni ölənlər arasına və zillətə düçar etdilər. Ancaq mən heç bir zaman alçalmayacağam. Allah və Rəsul (s) məni bu cür işlərdən çəkindirmişdir. Hətta pak və pakizə insanlar mənə bunu icazə verməzlər”. İmam Hüseyn (ə) xütbəsinin bir yerində özünün mətanətli və müqavimət sahibi olmasının səbəbini Həzrət Fatimənin (s.ə.) İlahi tərbiyəsində görmüşdür. İmam Hüseyn (ə) nəql edir: “O zaman ki, Allahın Rəsulu (s) Ümmi Səlimənin evində idi, mələklərdən biri onun yanına gəlir və buyurur: “Nuru nura nikah et”. Həzrət Peyğəmbər (s) buyurur: “Kimi kimə?”. Deyir: “Qızın Fatiməni (s.ə) Əli ibni Əbi Talib (ə) üçün. Sonra Cəbrayılın, Mikayılın və Sərsayilin hüzurunda Fatimə (s.ə) ilə Əlinin (ə) nikahını bağlayır”.

4. İmam Səccadın (ə) nəzərində Həzrət Fatimə (s.ə.)
İmam Səccad (ə) buyurur: “O zaman ki, Qiyamət çatar, çağırılan nida edər: “Qəm və qüssəni özünüzə yaxın buraxmayın”. Hamını bu əfvdən sonra başı uca aparar. Fatimə (s.ə) məhşərə daxil olar və deyilər ki, o kəslər ki, bizim ayələrimizə iman gətiriblər, müsəlman olublar. Əhli-Beyti (ə) sevən müsəlmanlardan başqa hamı başlarını aşağı salar. O zaman elan edilər: “Budur Muhəmmədin (s) qızı Fatimə (s.ə). O və tərəfdaşları behiştə gedərlər. Allah onun yanına mələk göndərər ki, hacətini istəsin. Fatimə (s.ə.) ərz edər: “Pərvərdigara! Mənim hacətim odur ki, mənə və mənim övladlarıma yardım edən kəsləri əfv edəsən”.

5. Fatimə (s.ə) İmam Muhəmməd Baqirin (ə) nəzərində
İmam Baqir (ə) Cabirə söyləyir: “Qiyamət çatanda Cəbayıl nida edəcək: “Xüveylədin qızı Xədicə, İmranın qızı Məryəm, Məzahimin qızı Asiya, Musanın bacısı Ümmi Gülsüm haradadır?”. Onlar yerlərindən qalxarlar. “Ey məhşər əhli! Bu gün mən kəraməti Muhəmməd (s), Əli (ə), Həsən (ə), Hüseyn (ə) və Fatimə (s.ə) qərar verdim. Başlarınızı aşağı salın və gözlərinizi yerə dikin. Çünki Fatimə (s.ə) istəyir behiştə getsin”. Sonra Cəbrayıl dəvə gətirər və Fatiməni (s.ə.) behiştə aparar. Ancaq o, behiştə yaxınlaşanda dayanar, Allah buyurar: “Niyə dayandınız?”. Fatimə (s.ə) deyər: “Pərvərdigara! İstəyirəm ki, bu gündə məqamım tanınsın”. Allah buyurar: “Ey sevimli qızım! Qayıt və nəzər sal. Hər kim sənin və ya övladlarının dostudur, onu götür və behiştə daxil et”. İmam Baqir (ə) davam edərək, buyurur: “Allaha and olsun! Cabir, həmin günü Fatimə (ə) Əhli-Beyt (ə) davamçılarını və dostlarını cəmiyyətin içindən quş ki, yaxşı dən ilə pis dəni ayırdığı kimi ayıracaqdır”.

6. Fatimə (s.ə) İmam Cəfər Sadiqin (ə) nəzərində
Məclisi İmam Sadiqdən (ə) nəql edir: “Fatimə, Siddiqeyi-Kubradır. əvvəlki insanların hərəkət mehvəri Həzrət Fatiməni (s.ə) tanımaqla olmuşdur”.

Seyid Haşim Bəhranı İmam Sadiq (ə) haqqında başqa bir hədisdə nəql edir: “Heç bir peyğəmbərin nübuvvəti o Həzrətin fəzilətini iqrar etmədən, ona məhəbbət bəsləmədən kamil olmamışdır”. İmam Sadiq (ə) “Qədr” surəsi haqqında buyurmuşdur: “Leylətil” sözünün mənası Fatimə, “qədr “ sözünün mənası Allahdır. Hər kəs Fatiməni o cür ki, lazımdır tanısa, “Leylətil- qədr”i tanımış olar”.

7. İmam Musa Kazımın (ə) nəzərində Fatimə (s.ə)
İmam Kazım (ə) buyurur: “Həqiqətən Fatimə, Siddiqə və şəhidədir”. Səliman Cəfər deyir: “İmam Kazımdan (ə) eşitmişəm ki, buyurub: “O evdə ki, Muhəmmədin, ya Əlinin, ya Həsənin, ya Hüseynin, ya Cəfərin, ya Abdullahın, qadınlardan Fatimənin adı olar - oraya yoxsulluq daxil olmaz”.

8. İmam Rzanın (ə) nəzərində Fatiməyi-Zəhra (s.ə.)
İmam Rza (ə) əziz əcdadından belə nəql edir: “Peyğəmbər (s) Əliyə (ə) buyurur: “Sənə üç fəzilət verilmişdir ki, mənə verilməmişdir”. Əli (ə) ərz edir: “Mənə nə verilmişdir ki?”. Buyurur: “Sənin mənim kimi qaynatan var ki, mənim belə qaynatam yoxdur. Sənə Fatimə kimi həyat yoldaşı verilmişdir ki, mənə verilməmişdir. Həsən və Hüseyn sənə verilmişdir ki, mənə verilməmişdir”. İmam Rza (ə) Peyğəmbərdən (s) nəql edir: “Əli (ə) ilə Fatimə (s.ə) evlənəndən sonra Allah-Təala buyurur: “Əgər Əlini (ə) xəlq etməsəydik, qızın Fatimə üçün yer üzərində həyat yoldaşı və tay tapılmazdı””.

9. İmam Cavadın (ə) Həzrət Fatimə (s.ə) haqqında nəzəri
Musa ibni Qasim İmam Cavada (ə) deyir: “Həcc zamanı ananı bəzən ziyarət edirdim, bəzən də yox”. Həzrət ona buyurur: “Onu çoxalt, çünki əməl etdiyin ən gözəl şeydir”. Zəkəriyyə ibni Adəm nəql edir: “İmam Rzanın (ə) hüzurunda idim, dörd yaşlarında olan İmam Cavad (ə) ora gəlir. Oturandan sonra əllərini yerə dayayır və başını göyə qaldırır. Uzun zaman fikrə gedir. İmam Rza (ə) buyurur: “Canım sənə fəda olsun! Niyə bu qədər fikirlisən?”. Cavab verir: “Anam Fatiməyə edilən zülmlərə görə”.

10. İmam Hadinin (ə) nəzərində Həzrət Fatimə (s.ə)
İmam Hadi (ə) “Fatimə” adının qoyulması haqda Rəsullahdan (s) nəql edir: “Qızım Fatiməni ona görə Fatimə adlandırıblar ki, Allah Təala onu və dostlarını cəhənəm atəşindən uzaq edir”.

11. Fatimeyi-Siddiqə (s.ə) İmam Həsən Əsgərinin (ə) nəzərində
İmam Həsən Əsgəri (ə) İmam Əlidən (ə) və Peyğəmbərdən (s) nəql edir: “O zaman ki, Allah Adəm (ə) və Həvvanı (ə) xəlq edir, onlar behiştdə özləri ilə fəxr edirlər. Adəm (ə) Həvvaya (ə) deyir: “Allah bizdən yaxşı bir məxluq yaratmamışdır”. Allah Cəbrayıla buyurur: “Bu iki bəndəmi Firdovs Bərinin yanına apar”. O zaman ki, Firdovsun yanına gedirlər, gözləri behiştin gözəl paltarlarından birini geyinmiş bir gözəl xanıma düşür. Onun başında nurani bir tac və qulaqlarında parıldayan sırqa var idi. Behişt onun simasının nurundan işıq saçırdı. Həzrət Adəm (ə) Cəbrayıla buyurur: “Əzizim Cəbrayıl! Simasının nurundan behişti işıqlandıran bu banu kimdir? Deyir: Bu sənin nəslindən olan Muhəmmədin (s) qızı Fatimədir (s.ə.)”. Yenə soruşur: “Bəs başındakı tac nədir?”. Cəbrayıl buyurur: “Həyat yoldaşı Əlidir (ə)”. Adəm (ə) yenə sual verir: “Bəs qulağındakı bu sırqalar nədir?”. Cəbrayıl buyurur: “İki övladı Həsən və Hüseyndir.” Adəm (ə) buyurur: “Əzizim! Onlar məndən əvvəl xəlq olunublar?”. Deyir: “Bəli, onlar sir elmində sən xəlq edilməmişdən 4 min il əvvəl mövcud idilər”.

12. Həzrət Fatimə (s.ə) İmam Məhdinin (ə.f.) nəzərində
İmam Zaman ağa (ə.f.) buyurur: “Allahın Rəsulunun qızı Fatimə (s.ə) mənim üçün ən yaxşı nümunə və ülgüdür”. Aləmi ədalətə qərq edəcək İmam Məhdi (ə.f.) Həzrət Fatiməni (s.ə) özünə əməli nümunə və ülgü sayır.

Bu dediklərimizin hamısı Həzrət Fatimə (s.ə.) dənizindən bir damla idi.
Allah bizləri o xanımın şəfaətinə və rəhmətinə layiq etsin, inşəallah!

Həzrət Fatiməyi-Zəhranın (s.ə.) uca məqamı haqqında məsumların (ə) nəzəri


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:26
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
twk

--------------------

NELLY19

  • 21 iyul 2011 21:31
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk.......

innocent girl

  • 21 iyul 2011 16:57
  • Məqalə: 0
  • Şərh: 26
  • Bal:
{awards}
[color=#FF0000][/color]twk feel

Ay Üzlü

  • 21 iyul 2011 15:39
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
Allah razi olsun

NİKİ

  • 21 iyul 2011 15:10
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

aid_fanatka

  • 21 iyul 2011 14:55
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Gu27el

  • 21 iyul 2011 14:30
  • Məqalə: 0
  • Şərh: 4
  • Bal:
{awards}
Allah butun namazlarivizi qebul etsin Amin

NELLY19

  • 21 iyul 2011 13:40
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrrrrrrrrrr.

★Azerbaijan girl★

  • 21 iyul 2011 13:22
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrrrrrrrrrrrrr.

music_angel

  • 21 iyul 2011 13:15
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun sizden

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 31
Cəmi: 45

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}