İslamın nəzərində yersiz zarafat

 
İslamın nəzərində yersiz zarafat

İslamın nəzərində yersiz zarafat

Yersiz zarafatın İslamın nəzərində nə qədər məzəmmətlənmiş olduğunu başa düşmək üçün
Həzrət Peyğəmbərdən (s) nəql edilən bu hədisə nəzər salaq: “Bəzən insan məclisdəkiləri
güldürmək üçün elə bir söz deyir ki, həmin söz onu ancaq bədbəxtlik nəzərindən sürəyyadan da uzağa aparar”.

Zarafatın insanları necə bir pis vəziyyətə saldığını sübut etmək üçün başqa bir hədisə müraciət edək.

Peyğəmbər (s) buyurur: “Çoxlu zarafat abır-həyanı aparar”.

İmam Həsən Əsgəri (ə) buyurur:
“Ədavət etmə ki, şəxsiyyətin gedər, zarafat etmə ki, səni ədəbsiz vəziyyətə salar”.

Həmran ibni Əyin deyir: “İmam Baqirin (ə) yanına getmişdim, o Həzrətə dedim:
“Mənə nəsihət et”. İmam (ə) buyurdu: “Səni əməli-salehliyə dəvət edirəm.
Bir də məbada zarafat edəsən, çünki zarafat insanın abır-həyasını aparar”.

Həzrət Əli (ə) buyurur: “Dostunla zarafat etmə ki,
düşmənin olmasın və düşməninlə zarafat etmə ki, səni acılamasın”.

Başqa bir hədisdə buyurur: “O kəs ki, daha çox zarafat edər,
insanlar tərəfindən ona qarşı kinə, təhqirə və xar olmağa düçar olar”.

Həmçinin İmam Əlinin (ə), oğlu İmam Həsənə (ə) yazdığı vəsiyyətdə deyilir: “Zarafat kin yaradar”.

İslamın nəzərində yersiz zarafat

Bu haqda böyüklərimizidən çoxlu sayda sözlər eşitmişik. Onlar həmişə zarafatın kin və küdurət yarada biləcəyini söyləmişdilər. İnsanları bir-birinə qarşı hörmətsiz edər və ədəbsiz nişan verər. Ona görə də bəzi insanlar başqalarının zarafatlarını görməməzliyə vurub, üstündən keçə bilmirlər. Nəticədə onlar da həmin şəxsə mənfi münasibət bəsələməyə başlayırlar ki, bu da kinə, ədavətə gətirib çıxarır. Və eyni zamanda böyüklərimizin tövsiyələrində belə bir dahilik gözümüzə dəyir ki, başqalarının zarafatları qarşısında böyüklük edib, onlara güzəşt et.

Şeyx Səduq İmam Sadiqdən (ə) nəql edir: “Mədinədə bir təlxək kişi vardı ki, insanları güldürürdü. O, deyirdi: “Bu kişi (Əli ibni Hüseyn (ə)) məni aciz edibdir və indiyə qədər onu güldürə bilməmişəm”. Bir gün o Həzrət iki xidmətçisi ilə oradan keçir. Həmin təlxək kişi zarafatca o Həzrətin cübbəsini çiynindən alır və gedir. İmam (ə) ona heç bir fikir vermir. İnsanlar gedirlər və o Həzrətin cübbəsini təlxəkdən alıb, gətirirlər. Və o Həzrətin mübarək çiyninə atırlar. İmam (ə) soruşur ki, bu kişi kimdir? Deyirlər ki, Mədinə camaatını güldürən şəxsdir. İmam (ə) buyurur: Ona deyin: “Allahın bir günü vardır ki, həmin günü avaralar ziyanda olarlar”.

Bu hədisə diqqət etsək, görərik ki, bu əməl o qədər çirkin və məzəmmətlənmiş bir əməldir ki, bəzən İlahi övliyaların da qəzəbinə səbəb olmuşdur. Onlar da bu məsxərə sahiblərinin yersiz əməllərinin cəzasını onların ovuclarına qoymuşdular.

İslamın nəzərində yersiz zarafat

Həkəm ibni Əbi Əl-as (Mərvanın atası) Həzrət Peyğəmbərin (s) Məkkədə olan düşmənlərindən idi. O, Həzrətə (s) çox əziyyət verirdi. O, şəxsin Peyğəmbərə (s) verdiyi əziyyətlərdən biri də bu idi ki, Peyğəmbər (s) nə vaxt küçədə yol getsəydi, Həkəm onun arxasınca gedər və o Həzrətin hərəkətlərini məsxərə olaraq, təkrar edərdi və Peyğəmbərin (s) düşmənlərini güldürərdi. Bir gün Peyğəmbər (s) arxasında onun təqlidini edən Həkəmə üzünü tutub, dedi: “Belə ol”. O vaxtdan ölənə qədər onun bədəni həmişə titrəyirdi”.

İnsanlar adətən yersiz zarafatı qətiyyən qəbul etmirlər və bunun əvəzini almaq istəyirlər. Onlar cavab verə biləndə cavabını verirlər, ancaq verə bilməyəndə həmin insane qarşı nifrət hissi yaranır. Qəlbinə kin düşür. Fürsət axtarırlar ki, intiqam alsınlar.

Bir gün Harunun vəzirlərindən biri Bəhlula deyir: “Sənə müjdə olsun ki, xəlifə sənə lütf etmişdir və səni xoruz və donuzlara rəhbər seçmişdir”. Bəhlul cavab verir: “Ehtiyatlı ol ki, mənim əmrimdən çıxmayasan, çünki xəlifə məni sizə rəhbər seçmişdir”. Xəlıifə və məclisdə olanlar gülürlər, vəzir isə dəhşətli dərəcədə pərt olur”.


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:26
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
twk

--------------------

Stephanie

  • 21 iyul 2011 22:14
  • Məqalə: 0
  • Şərh: 343
  • Bal:
{awards}
Tewekkur edirem

R.M_FaNaTka

  • 21 iyul 2011 18:35
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

... Deryam ...

  • 21 iyul 2011 16:08
  • Məqalə: 272
  • Şərh: 4680
  • Bal:
{awards}
Heyif ki dövrümüzdə təlxək insanlar çoxdur ...
Nədənsa bilmirəm yersiz zarafatları daha çox oğlanlar edir və insanların gözündə alçalırlar ...

--------------------

NİKİ

  • 21 iyul 2011 15:12
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
TEWEKKURLER

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

aid_fanatka

  • 21 iyul 2011 14:58
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

NELLY19

  • 21 iyul 2011 13:50
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
Allah razi olsun
Diqqət! yazını oxumaq hüququnuz yoxdur. Zəhmət olmasa QEYDİYYATDAN keçin

★Azerbaijan girl★

  • 21 iyul 2011 13:26
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
maraqli idi ALLAH razi olsun tskler

nice_angel

  • 21 iyul 2011 13:06
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
thank you....

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

music_angel

  • 21 iyul 2011 13:04
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 55

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}