Tövbə haqqında bunları bilməli

 
Tövbə haqqında bunları bilməli

Cabir Ənsari Həzrət Peyğəmbərdən (s) nəql edir: “Qeybətdən amanda olun.
Çünki qeybət zinadan daha pisdir”. Sonra buyurur: “O kişi ki, zina edər, tövbə edərsə,
Allah onu bağışlayar, ancaq qeybət edəni qeybət etdiyi şəxs bağışlamayana qədər Allah bağışlamaz”.

Tövbə haqqında bunları bilməli

İstiğfar etmək

Bir nəfər Əmirəl-möminin (ə) yanında Allahdan istiğfar istəyir və deyir: “Əstəğfirullah”.
Əmirəl-möminin (ə) ona deyir: “Anan əzana otursun.
Bilirsənmi ki, istiğfar nədir? İstiğfar bir addır ki, onun altı mənası vardır:

1. Keçmişdəkilərə görə peşman olmaq.

2. Əbədi olaraq, günah etməyəcəyini qərara almaq.

3. Başqalarının haqqını vermək, belə ki, Allah ilə görüşən zaman başqalarının haqqı boynunda qalmasın.

4. Zay etdiyi vacib əməlləri qəza etmək.

5. Haramdan bədəndə əmələ gələn əti çətinliklə də olsa, suya çevirmək.
O hala qədər ki, dərin sümüyünə yapışsın və yeni ət əmələ gəlsin.

6. Bədəninə itaət və ibadət ağrısını dadızdırmaq. O zaman de: “Əstəğfirullah””.

Tövbə haqqında bunları bilməli

Tövbədən sonra günah işlətmək

“Üsuli-Kafi” kitabında Muhəmməd ibni Müslim İmam Baqirdən (ə) nəql edir:
“Ey Muhəmməd ibni Müslim! Mömin günah işlədər və tövbə edər, sonra onun günahı bağışlanar.
Tövbədən sonra işlərini əvvəldən başlayar.
Allaha and olsun ki, bu tövbə ancaq əhli-imanın tövbəsidir”ş

Ərz etdim: “Öz tövbəsini pozandan sonra günah edər və sonra yenə tövbə edərsə necə?”.

Buyurdu: “Ey Muhəmməd ibni Müslim! Heç inanarsanmı ki, mömin bəndə
günahına görə peşman olar, Allahdan əfv istəyər, tövbə edər və Allah onu bağışlamasın?”.

Dedim: “O, dəfələrlə bu cür edir, günah edir və tövbə edir”.

Buyurdu: “O zaman ki, mömin tövbəyə qayıdar, Allah da bağışlanmanı ona tərəf qaytarar.
Allah bağışlayan və mehribandır. Tövbəni qəbul edər və pislikləri uzaqlaşdırar”.

Nəsuh tövbəsi

“Üsuli-Kafi” kitabında İmam Sadiqdən (ə) bu ayənin mənası haqqında soruşurlar: “Ey möminlər!
Allaha tərəf tövbə edin! Nəsuh tövbəsi”. İmam (ə) cavabında buyurur:
“(yəni) bəndə günahına görə tövbə edər və sonra ona qayıtmaz”.

Tövbə haqqında bunları bilməli

Axır nəfəsdə tövbə

İbni Vəhəb deyir: “Məkkəyə tərəf yola düşmüşdük və bir qoca kişi də yanımızda var idi.
Ancaq onun bizim məzhəbimizdən xəbəri yox idi. Səfərdə namazı bütöv qılardı.
Qardaşı oğlu Əhli-Beyt (ə) davamçısı idi, o, da bu səfərdə iştirak edirdi.
Baş verən hadisədən sonra qoca xəstə olur. Qardaşı oğluna dedim ki, əmini Əhli-Beyt (ə)
məktəbinə gətirsən, ola bilsin ki, İlahi əzabdan xilas olsun.

Onunla olanların hamısı dedi: “Qoca kişini öz halına buraxın. Elə bu halda olmağı yaxşıdır”.
Ancaq qardaşı oğlu dözməyib deyir: “Ey əmi! Bütün insanlar, çox az insanlardan başqa
Peyğəmbərin (s) dinindən xaric olublar. Necə ki, Peyğəmbərə (s) itaət edirdik,
elə də Əli ibni Əbi Talibə (ə) itaət etməliyik. O və ona itaət etmək Peyğəmbərdən (s) sonra haqdır”.

Qoca nəfəs alıb, fəryad çəkdi: “Mən sən dediyin şeyə inam gətirdim”. Sonra canını verir.
Xidmətdən sonra İmam Sadiqin (ə) hüzuruna getdim. Əli ibni Sərri macərani ona danışdı.
O, buyurdu: “O kişi behişt əhlidir”. Əli ibni Sərri dedi: “O, həmin vaxt Əhli-Beyt (ə)
məktəbindən başqa bir şeyə agah deyildi”. İmam buyurdu:
“Bundan başqa ondan nə istəyirsiniz? Allaha and olsun ki, o, behiştə getmişdir”.


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:29
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
twk

--------------------

NELLY19

  • 21 iyul 2011 21:58
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
maraqlidir tesekkur edirem

music_angel

  • 21 iyul 2011 12:42
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun...maraqli xeberdi

--------------------

lema

  • 21 iyul 2011 12:25
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razi olsun.gozel xeberdi...

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Ayan_23

  • 21 iyul 2011 11:26
  • Məqalə: 0
  • Şərh: 78
  • Bal:
{awards}
Allah her kese o dunyada yar olsun, bu dunya bizim deyil, her birimiz burda qonaqiq, ona gorede gerek ele yasayaqki sabah oz dunyamiza gedende geride qoyduqlarimiz ucun pewman olmuyaq

Musique Sage

  • 21 iyul 2011 10:52
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
ALLAH razi olsun bu maraqli xebere gorem

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 28
Cəmi: 42

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}