Peyğəmbərdən (s) nəql olunan hədislər

 
Peyğəmbərdən (s) nəql olunan hədislər

Hər kəsə yaxşılıq etsələr əvəzini qaytarsın, əgər qaytara bilməsə təşəkkür etsin. Çünki təşəkkür həmən yaxşılığın əvəzidir. Hər kəsə bir yaxşılıq etsələr və təşəkkür etməkdən başqa əvəzini qaytarmağa imkanı olmasa gərək təşəkkür etsin və əgər etməsə naşükürlük etmiş olur. Hər kəs dünyada Əbdül-Müttəlibin nəslinə yaxşılıq etsə və onun yaxşılığının əvəzini qaytarmasalar mən qiyamət günü onun əvəzini verərəm. Hər kəs bir övrət (insanın eyib yeri) görüb onu örtsə, elə bil, qəbirdəki insan can verib onu qəbirdən çıxardıb. Hər kəs ümidini Allahdan başqa hər kəsdən üzsə Allah onun bütün ehtiyaclarını ödəyər və güman etmədiyi yerdən ruzisini yetirər və hər kəs ümidini dünyaya bağlasa Allah onu dünyada öz başına buraxar.

Peyğəmbərdən (s) nəql olunan hədislər

Siz tikanı qardaşınızın gözündə görürsünüz amma öz gözünüzdə budağı görmürsünüz. Bu böyük xəyanətdir ki, mö`min qardaşın sənə inanıb, sözlərini təsdiq etdiyi halda sən ona yalan danışırsan. (Bizim rəftarımız belədir ki,) sanki (dünyada) haqq yol başqaları üçün, ölüm də məhz təkcə onlar üçün yazılıb; sanki o ölüləri ki, müşayiət edirik, səfərə yola salırıq və guya tezliklə qayıdacaqlar, bədənlərini torpağa tapşırırıq və onlardan irs qalan mal-dövləti yeyirik, guya ki, biz onlardan sonra əbədi yaşayacağıq, nəsihət edənləri unutmuşuq, sanki bütün hadisələrdən amandayıq. Xoş o kəsin halına ki, öz eyibləri başını elə qatıb ki, başqalarının eyiblərini görmür və əlinə gələn malı günahdan başqa yolda sərf edir, elm və hikmət əhli ilə oturub-durur, günah və bəd əməl sahiblərindən uzaq gəzir. Xoş o kəsin halına ki, özü öz nəzərində dəyərsiz olsun, xoş əxlaq sahibi olsun, malının artıq qalanını (ehtiyacı olanlara) bağışlasın, artıq danışmasın, İslamın qoyduğu yol ona bəs etsin, bid`ətdən və digər batil yollardan özünü qorusun.

Peyğəmbərdən (s) nəql olunan hədislər

Sizlərdən ən yaxşınız odur ki, eyiblərdən uzaq olsun. Sizlərdən ən yaxşınız odur ki,
günahdan çəkinsin, sizin ən yaxşı əməlləriniz odur ki, sizin axirətinizi islah etsin.
Ən yaxşı xeyir əməllər onlardır ki, daimi olsun; hərçənd,
az da olsa, ən yaxşı qardaşlar onlardır ki, sizə axirət işlərində kömək etsinlər.

Allahın Peyğəmbəri (s): «Axirəzzamanda ən az
tapılan şey etibarlı dost və ya halal bir dirhəm olacaq.»

Allahın Peyğəmbəri (s): «Övladlarınıza ehtiram göstərin və onları yaxşı
tərbiyə edin (ki, həmin gözəl tərbiyə nəticəsində) bağışlanasınız.»

Allahın Peyğəmbəri (s): «Az yeyən şəxsin mədəsi sağlam qalar və o, qəlb
saflığı tapar. Çox yeyən şəxsin mədəsi isə xəstə olar və qəlbi bərkiyər.»

Allahın Peyğəmbəri(s): «Əli haqq ilədir və haqq
Əli ilə və o harada olsa haqq onun ətrafına fırlanar.»

Allahın Peyğəmbəri(s): «Qızım ona görə Fatimə adlanıb ki,
Allah-taala onu və onu sevənləri oddan (Cəhənnəmdən) uzaq edib.»

Allahın Peyğəmbəri (s): «Dörd şey var ki, onlardan hansı biri evə daxil olsa onu
viran edər və bərəkətlə abadlaşmaz: Xəyanət, oğurluq, şərab içmək və zina.»

Peyğəmbərdən (s) nəql olunan hədislər

Camaatın malından tamahını çək ki, səni sevsinlər, dünyadan meylini çək ki, Allah səni sevsin. Dünyada qərib və qonaq kimi yaşa və özünü ölənlərin sırasında bil. O şeyə ki arxayın deyilsən onu boşla və daha e`tibarlı mətləbi öyrənməyə çalış. Din qardaşınla zalım da olsa, məzlum da olsa dostluq et. (Zalımın zülmünün qarşısını al, məzluma isə arxa dur.) Yer əhlinə rəhm et ki, göy əhli də sənə rəhm etsin. Mülayim ol ki, sənə qarşı da mülayim olsunlar.

Alimlər peyğəmbərlərin varisləridir. Allahın dini saf və asandır. Allahın dini rahat və düzdür.
Sileyi-rəhmin savabı hər ibadətin savabından tez yetişər. Hikmət insanın şərəfini artırar.

Allahın Peyğəmbəri (s) «Vida həcci»nin xütbəsində buyurmuşdur: «Kimin gözü Allah
qorxusundan yaş töksə, onun göz yaşının hər bir damcısı üçün əməl tərəzisinə Ühüd dağı boyda mükafat qoyarlar.»

Hər şeyin bir şərəfi var və ən şərəfli əyləşilən yer də üzüqibləyə olanıdır. Hər bir ümmətin bir fitnəsi var, mənim ümmətimin fitnəsi maldır. Hər bir yol gedənin məqsədi var və hamının son məqsədi ölümdür. Hər sözün yeri var, hər bir haqq da həqiqətə əsaslanır. Hər padşahın qoruğu var, Allahın qoruğu da haramdır.

Allahın Peyğəmbəri (s): «Cümə günü günlərin ağasıdır və
o Allah-taalanın yanında Qurban və Fitr günündən də hörmətlidir.»

Allahın Peyğəmbəri (s): «Mömin kişiyə verilmiş ən yaxşı şey gözəl əxlaqdır.
İnsana verilmiş ən pis şey isə gözəl üzdə pis qəlbin olmasıdır.»

Zikrlərin ən yaxşısı gizli zikrdir. Ruzilərin ən yaxşısı odur ki, kifayət qədər olsun.
İbadətlərin ən üstünü onun ən gizlində olanıdır. Ən gözəl məclis ən geniş məclisdir.

Peyğəmbərdən (s) nəql olunan hədislər

Allahın Peyğəmbəri (s): «Kişi öz arvadına su içirdən zaman savab qazanar.»

Allahın Peyğəmbəri (s): «Qadının üzərində ən böyük haqqı olan şəxs onun əri,
kişinin üzərində ən böyük haqqı olan şəxs isə onun anasıdır.»

Allahın Peyğəmbəri (s): «Qadının əri üzərində olan haqqı budur ki, əri onun
qarnını doyursun, bədənini geyindirsin və heç vaxt ona sifətini turşutmasın.»

Allahın Peyğəmbəri (s): «Kişinin qadına dediyi «Mən səni sevirəm»
sözü heç vaxt qadının qəlbindən silinməz.»


Geri dön

Mr.Perfect

  • 21 iyul 2011 22:28
  • Məqalə: 333
  • Şərh: 995
  • Bal:
twk

--------------------

NELLY19

  • 21 iyul 2011 21:54
  • Məqalə: 174
  • Şərh: 4848
  • Bal:
{awards}
maraqlidir tesekkur edirem

R.M_FaNaTka

  • 21 iyul 2011 18:44
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
twkler

--------------------

Ay Üzlü

  • 21 iyul 2011 15:11
  • Məqalə: 395
  • Şərh: 6067
  • Bal:
{awards}
deyerli xeber ucun Allah razi olsun

Sirli Melek

  • 21 iyul 2011 12:33
  • Məqalə: 0
  • Şərh: 5022
  • Bal:
{awards}
Allahın Peyğəmbəri (s): «Kişinin qadına dediyi «Mən səni sevirəm»
sözü heç vaxt qadının qəlbindən silinməz.»

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

music_angel

  • 21 iyul 2011 12:31
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

-marissa

  • 21 iyul 2011 11:54
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
tewekkurler

single lady

  • 21 iyul 2011 11:52
  • Məqalə: 0
  • Şərh: 269
  • Bal:
{awards}
Təşəkkürlər Allah razı olsun

nice_angel

  • 21 iyul 2011 11:40
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
{awards}
tewekkurler...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 59
Cəmi: 86

 

Top 10 Müəllif

Limon qoxusu
Xəbərləri: 39
Cəmi: 140
 
The Shield
Xəbərləri: 36
Cəmi: 296
 
Darling
Xəbərləri: 32
Cəmi: 917
 
aytc.sza
Xəbərləri: 25
Cəmi: 72
 
Nergiz__Sirinova
Xəbərləri: 17
Cəmi: 577
 
Elya Alieva
Xəbərləri: 13
Cəmi: 115
 
❤Queen❤
Xəbərləri: 13
Cəmi: 72
 
Jesicca
Xəbərləri: 12
Cəmi: 51
 
♔Hе важно∞
Xəbərləri: 11
Cəmi: 301
 
AyliN BunyaminovA
Xəbərləri: 6
Cəmi: 488
 
 
{slinks}