Həşr və məhşər (Axirət)

 
Həşr və məhşər (Axirət)

İnsanlar dirildikdən sonra mələklər onları çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) olaraq Mevqif (hesab üçün durulacaq yer) deyə adlanan yerə həşr edəcəklər. «Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz». (əl-Ənam 94). «Biz qiyamət günü onları üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik». (əl-İsra 97).
Həşr və məhşər (Axirət)
«O gün (qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, (möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq». (Kəhf 47). «O gün (qiyamət günü) biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə gələn əziz qonaqlar) kimi cəm edərik». (Məryam 85-86). «O, gün insanlar (qəbrlərindən qalxıb) heç bir başqa tərəfə meyl etmədən (hamını məhşərə) çağıran İsrafilin ardınca gedəcəklər. Rəhmanın (əzəməti və heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən». (Ta Ha 108). «Siz (ey insanlar!) üç zümrəyə ayrılacaqsınız, sağ tərəf sahibləri. Kimdir onlar? Sol tərəf sahibləri. Kimdir onlar? Və birdə öndə olanlar!» (əl-Vaqiə 7-10). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) halda həşr ediləcəksiniz və şübhəsiz yaradılmışlar arasında qiyamət günündə ilk paltar geyindirilən adam İbrahim – əleyhissəlam – olacaqdır». Aişə – radıyallahu anhə – dedi: «Ey Allahın Rəsulu! Kişilər, qadınlar (birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birilərinə baxmayacaqlar?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır». Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: «Ey Allahın Rəsulu! Necə olur ki, kafir üzü üstə həşr edilir». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Dünyada onu iki ayağı üstə yeridən, qiyamət günündə onu üzü üstə yeritməyə qadir deyilmi?».
Həşr və məhşər (Axirət)
Mevqif – (hesab üçün durulacaq yerdə) günəş insanların başlarına doğru yaxınlaşacaqdır və insanları tər, həyəcan bürüyəcəkdir. Kimi topuqlarına qədər, kimisi diz qapaqlarına qədər, kimisi sinəsinə qədər, kimisi də qırtlağına qədər tərə düşəcəkdir. «(Ya Məhəmməd!) Allahı zalimlərin etdikləri əməllərdən əsla qafil sanma! Allah onları cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxar. Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qıpa bilməzlər. Onların qəlbləri də boşdur». (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət yoxdur). (İbrahim 42-43). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, udquna belə bilməyəcəkləri yaxın günlə qorxut. (O gün) zalimlərin nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi olar. Allah gözlərin xəyanətini və qəlblərin gizlətdiyini biləndir». (əl-Mumin 18). «Ey cinlər və insanlar! Sizinlə əməlli-başlı məşğul olacağıq». (ər-Rəhman 31). «Ruhun (Cəbrailin) və mələklərin səf-səf duracağı gün rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da doğrunu deyəcəkdir». (ən-Nəbə 38). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü o qədər tərləyəcəklər ki, onların tərləri yerin içinə yetmiş arşın qədər girəcəkdir. (Oranı isladacaqlar). Onlardan birinin təri qulaqlarının ortasına qədər çatacaqdır».
Həşr və məhşər (Axirət)
Əməllərinə görə isə bir qrup insanlar o dəhşətli bir gündə Allah – sübhanəhu və təalə – nin kölgəsi altında olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın qiyamət günü kölgələdiyi bir qrup insanlar olacaqdır: «Ədalətli imam, varlığını Allah yolunda verən gənclər, qəlbi məscidlərə bağlı olan, Allah xatirinə bir-birini sevən, gözəl bir qadın tərəfindən cəlb olunan və «mən Allahdan qorxuram!» deyib ondan uzaqlaşan, gizli sədəqə verən və təklikdə Allahı yad edib ağlayan».

Allah bizi də onlardan etsin. Amin!


Həşr və məhşər (Axirət)


Geri dön

ASMIYA

  • 23 noyabr 2011 23:22
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
QORXUM O, QEDER COX KI, HEC BIRIMIZ IZIN VERMEYEK DUNYANIN YALANCI GOZELLIKLERI BIZLERI ALDATSIN ALDANMAYAQ. recourse

VAR OL MINNETDARAM. BEYENMEMEYIM MUMKUNMU
smile

--------------------


music_angel

  • 1 sentyabr 2011 12:59
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 29 iyun 2011 13:43
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

nilayka

  • 2 may 2011 20:06
  • Məqalə: 206
  • Şərh: 7698
  • Bal:
{awards}
Аллах разы олсун

--------------------

Azeri_Gozeli

  • 12 oktyabr 2010 23:40
  • Məqalə: 91
  • Şərh: 2393
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

praqrqmci

  • 10 oktyabr 2010 21:13
  • Məqalə: 0
  • Şərh: 7
  • Bal:
{awards}
tesekkurler yeni insanlar bu qeder nasukur olarlar ?

Ulya

  • 6 sentyabr 2010 18:54
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
{awards}
deyerli xebere gore coox sagol

Kisa_Kiss

  • 5 sentyabr 2010 16:17
  • Məqalə: 431
  • Şərh: 1308
  • Bal:
{awards}
Аллах разы олсун

--------------------

Mr_Unlimited

  • 5 sentyabr 2010 14:43
  • Məqalə: 428
  • Şərh: 2845
  • Bal:
{awards}
deyerli movzuya gore tewekkurler

SunDown

  • 5 sentyabr 2010 14:39
  • Məqalə: 2
  • Şərh: 47
  • Bal:
{awards}
eladi..

--------------------
Sızlasa da gönüller düşenlerin yasından
Koşar adım gitmeli onların arkasından.
Kahramanlık: İçerek acı ölüm tasından
İleriye atılmak ve sonra dönmemektir...
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 44
Cəmi: 67

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}