Ön mühakimələrimiz

 
Ön mühakimələrimiz


"Nəyi etdiklərini bilib də, niyə etdiklərini bilmədən insanları yaxşı və ya pis deyə ayırmayın". Bu, Mövlanənin özündən sonra miras qoyduğu ən dəyərli kəlmələrdəndir.
Bir anlıq bu deyimin ibrətamiz fəlsəfəsini düşünək. Görək, neçəmiz həyatda qarşılaşdığımız ən müxtəlif vəziyyətlərdə ön yarqılı davranmamışıq? Və ya birinin etdiyi əmələ işin üzünü və astarını biləndən sonra qiymət vermişik? Əminəm ki, çoxumuzda cavab ürəkaçan olmayacaq. Çünki az qala, hər birimiz nə vaxtsa ön yarqılı davranıb qarşımızdakını mühakimə etməkdən çəkinməmişik.

Yalnız üzərindən bəlli bir zaman keçəndən və ön mühakiməmizin yanlış olduğunu biləndən sonra barmağımızı dişləyib peşman olmuşuq. Əlbət ki, bir çoxları fəhminin gücünə və ya insan sərrafı olmasına arxayın olub bu cür mühakimələrinin özünü doğrultduğunu iddia edə bilər. Amma bir insan heç də hər zaman haqlı çıxa bilməz. Çünki medalyonun o biri üzü çox vaxt hər kəs üçün qaranlıq qalır. Düşünün, hətta məhkəmələr belə, yetərli dəlil-sübüt olmadan kimisə mühakimə edə bilmirlər. Əgər hər şey göründüyü kimi olsaydı, heç bir müttəhimə cəza kəsilməzdi. Çünki ən qatı cinayətkar belə, çox zaman təqsirsiz olduğu görüntüsünü yaradır və işin təfərrüatlarını bilməsək, biz ön mühakiməmizlə cinayəti törədəni yox, onun qurbanını qınamış olarıq. Bu, ailə-məişət müstəvisində də belədir. Gəlinlə söhbət edəndə qayınanı, qayınana ilə danışanda isə gəlini günahkar bilirsən... Bir neçə misalla ön mühakimələrin gətirdiyi yanlış düşüncülərə nəzər salaq. Yolda gənc bir oğlanı qeyri-adi libasda və saç düzümündə görürük və tanımadan, düşüncə tərzinə, dünyagörüşünə bələd olmadan onun haqqında mühakimə yürüdürük. Elə bu minvalla da qərar qəbul edib onu ya şübhəli orientasiyaya aid edirik, ya da ən yaxşı halda "avara" adlandırırıq. Və ya şəxsi avtomobili olan bir xanıma rastladığımızda dərhal yanlış düşüncələrə qapılırıq. Halbuki bu qadın uşaqlarını məktəbə və ya digər sosial fəaliyyətlərə aparmaq, komfortsuz marşrut avtobuslarından yaxa qurtarmaq üçün avtomobil sahibi olmağa üstünlük verib. Amma ön mühakimələrimizin nəticəsi olaraq bizlər ona "yüngül əxlaqlı qadın", həyat yoldaşını isə yaxşı kişinin arvadı maşın sürməz deyib "papağı boş qalmış kişi" yarlığını taxırıq. Bu problem kimlərəsə adi görünə bilər. Amma unutmayaq ki, bəzən yanlış düşüncələr böyük problemlərə, hətta faciələrə yol aça bilir. "Yuxu" filmini son illər Azərbaycan kinematoqrafiyasının uğurlu işlərindən sayıram.Filmi baxımlı edən duzlu-məzəli məqamlar çoxdur. Amma əsas vurğu qonşu qadının işin əslini bilmədən bütün kəndə yaydığı çiy bir şayiənin filmin gənc qəhrəmanı zavallı Əlabbasın başına gətirdiyi oyunlardır. Ona görə də, gəlin, özümüzü ön mühakimələrdən uzaq tutaq. Nəzərə alaq ki, mənfi və ya müsbət olmasından asılı olmayaraq hər bir davranışın mütləq bir səbəbi var. Bir insan ən xoşagəlməz davranış olan intihar yolu seçsə belə, ona qarşı ön yarqılı davranmamalıyıq. Təbii ki, intihar müqəddəs dinimizin bizlərə qadağan etdiyi və günah saydığı bir yoldur. Ancaq hadisəyə dini prizmadan yanaşmaqla yanaşı, həm də psixoloci aspektdən baxmağı bacarmalıyıq. Unutmamalıyıq ki, Allah hər birimizi fərqli yaradıb. Zahiri bənzərliklərimiz olsa da, hər birimiz başdan-ayağa oxunmalı bir kitab qədər fərqliyik. Bu kitabı vərəqləmədən onun haqqında rəy yürütməyək. Həyatda heç kim heç nədən sığortalanmayıb. Günün birində bu gün rahatlıqla mühakimə etdiyimiz insanın yerində ola bilərik. Peşmançılıq duyaraq üzr istəmək məcburiyyətində qalmadan o hərəkətə yol verməyək. Ağıllı insanlar etdiklərindən peşmançılıq hissi duymayanlardır. Çox ağıllı insanlar isə peşman ola biləcəyi hərəkəti etməyənlər. Çox ağıllı olmasaq belə, ağılla hərəkət etməyə çalışaq. Özümüzə edilməsini xoş görmədiyimiz bir davranışı bir başqaları üçün etməyək. Həm də, unutmayaq ki, gül düşünsək, gülüstan tikan düşünsək, tikanlıqdan ibarət olar düşüncələrimiz.


Geri dön

Ulya

  • 9 sentyabr 2010 20:40
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
cox gozle yazi idi

Dj_Tural

  • 8 sentyabr 2010 19:38
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
tewekkurler superr xeberdi

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..

wirinqiz-1988

  • 8 sentyabr 2010 17:32
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
{awards}
Çox ağıllı olmasaq belə, ağılla hərəkət etməyə çalışaq. Özümüzə edilməsini xoş görmədiyimiz bir davranışı bir başqaları üçün etməyək. Həm də, unutmayaq ki, gül düşünsək, gülüstan tikan düşünsək, tikanlıqdan ibarət olar düşüncələrimiz.
ELA XEBERDI TWK EDIREM.. love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 30
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 4
Cəmi: 387
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 329
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 2
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 3
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 21
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}