Posttravmatik stress

 
Posttravmatik stress

Stress” sözü fransız “destresse” sözündən əmələ gəlib və onun dəqiq mənası belədir: “sıxışdırılmış, məhdudlaşdırılmış vəziyyətdə olmaq”. Əsrlər keçdikcə “de” səsi yoxa çıxıb və iki anlayış tərzində qalıb: “stress” və “distress”. Əgər stressslə bağlı fəaliyyət xoş və xoşagəlməyəndirsə, distress həmişə xoşagəlməyən haldır.
Stressin mənbəyi həm müsbət, həm də mənfi hadisələr ola bilər. Stressin mənbəyini və özünü fərqləndirmək üçün müsbətlər evstress, mənfilər isə distress və ya stress adlandırılır.
Stressin xüsusi bir növü travmatik stress adlanır. əgər stress insanın malik olduğu psixoloji və fizioloji uyğunlaşma imkanlarına üstün gəlirsə, o, sarsıdıcı, travma törədən xarakter alır. Sarsıdıcı stressin əsas əlaməti – insanda həyəcan hissinin əmələ gəlməsidir. Uşaqda psixoloji müdafiə zəif olduğundan, o, hər hansı sarsıntıya qarşı aciz, psixoloji cəhətdən köməksiz qalır. Buna görə də keçid dövrü şəraitində psixoloji sarsıntıya ən çox məruz qalan uşaqlardır. Uşaqlıq illərində vurulan psixoloji zədə uşağın gələcək həyatına, gələcək inkişafına xələl gətirə və onun şəxsiyyət kimi inkişafını məhdudlaşdıra bilər. Uşaqda psixoloji sarsıntıya səbəb ola biləcək bəzi hadisələri sadalayaq: bir yerdən başqa bir yerə köçmə, ölüm, boşanma, doğma yerlərin itirilməsi, dostların itirilməsi, məktəbin dəyişdirilməsi, valideynin itirilməsi, əlillik və s. Sarsıdıcı stress insanda müxtəlif pozuntular törədir. Yaranmış pozuntulara – postravmatik stress pozuntuları da deyirlər. Stress pozuntularının əsas əlamətləri bunlardır:

Son dərəcədə sayıqlıq və həyəcan (təşviş);

Yuxunun pozulması;

Günahkarlıq hissi;

Hafizənin pozulması;

Sarsıdıcı hadisəni yada salan hərəkətlərdən çəkinmə;

Sarsıdıcı hadisəyə oxşar və ya ona işarə edən hər bir hərəkətin təsiri nəticəsində pozuntuların güclənməsi;

Əl çəkməyən həyəcan və təşviş törədən surətlər;

“Donuqluq” halı;

Travmatik stress – ümumi stress reaksiyalarının xüsusi formasıdır. Stress, insanda fizioloji və psixoloji uyğunlaşma imkanlarını aşdığı və müdafiəni məhv etdiyi zaman travmatik olur. Heç də hər bir hadisə travmatik stress yaratmağa qadir deyil.

Psixoloji travma o zaman mümkündür ki:

- baş vermiş hadisə dərk olunandır, insan ona nə üz verdiyini və psixoloji vəziyyətinin nə üçün pisləşdiyini bilir;

- yaşanmış hadisə adət olunmuş həyat tərzini pozur.



Travmatik stress qeyri-normal vəziyyətdə normal reaksiyadır. Bu qeyd son dərəcə vacibdir. Çünki, travmatik stress yaşamış insanlar, əslində belə olmadığı halda, bəzən kənardan anormal və ya dəli kimi görünə bilərlər.


Geri dön

Ulya

  • 6 sentyabr 2010 19:10
  • Məqalə: 1911
  • Şərh: 13813
  • Bal:
maraqli xebere gore twk.

Dj_Tural

  • 6 sentyabr 2010 15:42
  • Məqalə: 852
  • Şərh: 1606
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
Usaq Musaq Dostluq Gondermesin.Bezmisem Redd Elemekden..
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 40
Cəmi: 57

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 327
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Pıtırcık
Xəbərləri: 1
Cəmi: 385
 
 
{slinks}