Halal və haramın İslami əsasları

 
Halal və haramın İslami əsasları

İslamda halal və haram müsəlman şəriətinin 11 əsas müddəası ilə tənzimlənir.

Əzəli olmayan şeylər haramdır

1-ci əsas müddəa əzəlilikdir. O şeylər ki, əzəlidir, yəni insanlar üçün Böyük və Qüdrətli Allah tərəfindən yaradılıb, halaldır. Əzəli olmayan və ya əzəliliyi sübut olunmayan şeylər haram elan edilir. Üləmalar, nələrinsə əzəliliyi barədə nəticəyə məhz Qurani-Kərimin kəlamları əsasında gəlirlər.

- Sizlər üçün yer üzündə olan hər şeyi yaradan Odur (Əl-Bəqərə surəsi).

- Məgər siz görmürdünüz ki, Allah göylərdə və yer üzündə olan hər bir şeyi sizə tabe edib
və sizə həm aşkar, həm də gizli mərhəmətini bəxş edib (Loğman surəsi).

- Və O göylərdə və yer üzündə olan hər bir şeyi sizə tabe etdi (Əl-Casiyə surəsi).

Halal və haramın İslami əsasları

Muhəmməd Əleyhissəlam deyib: “Allahın sizə borc buyurduqlarını və Onun müəyyən etdiyi hüdudları yaddan çıxarmayın. Qadağan buyrulmuş əməlləri etməyin, barəsində müəyyən söz deyilməyən nizamı pozmayın. Bu, Allahın işidir. Bunu yaddan çıxarmayın və heç bir mühakimə yürütməyin…”

Əzəlilik xüsusiyyəti yalnız müəyyən əşyalara deyil, həmçinin dini vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar olmayan fəaliyyətə, əməllərə də aiddir. Biz bunları adət, insanlar arasında ünsiyyət qaydaları adlandırırıq. Əzəlilik xüsusiyyəti nöqteyi-nəzərindən dini qanunlarla qadağan olunmayan bu adətlərə riayət olunması halaldır: “O artıq sizə nəyin qadağan olduğunu göstərib” (Əl-Ənam surəsi).

Adət-ənənə, ədəb qaydaları, insanlar arasında münasibətlər dini qanunları yaradan tərəfindən müəyyən olunmur. Onları insanlar özləri yaradır. Dini qanunların yaradıcısı isə onları məhz mənəviyyatsızlıqdan qoruyur. Əzəlilik alidir, adətlər isə ondan asılıdır. Və insanlar ehtiyac duyduqları üçün onları dinə uyğunlaşdırmışlar. Dinin əzəliliyi Allah tərəfindən təsdiq olunub və orada Allahın buyurduqlarından başqa heç bir şey yoxdur.

Allahın qadağan etmədiyi adətlər halaldır: “Allahın sizə
göndərdiyi nemətləri görmüşdünüz ki, siz onları halal və harama ayırdınız?” (Yunis surəsi)

Halal və haramın İslami əsasları

Ən əsas da elə budur. Əgər bu belədirsə, onda biz deyə bilərik ki, ticarət, bəxşiş etmək, borc almaq və s. kimi əməllər insanlar arasında adi haldır və insanın onlara suya, yeməyə, geyimə olduğu kimi ehtiyacı var. Şəriət bu əməllərə hörmətlə, xoşluqla yanaşmış, lakin ədəbsiz, günah işləri haram buyurmuşdur.

Halal və haramı yalnız Allah müəyyən edir

2-ci əsas müddəa odur ki, halal və haramı müəyyən etmək hüququ yalnız Allaha məxsusdur. Nə məşhur üləmalar, nə zəhmli hökmdarlar, nə şahlar, nə sultanlar, Böyük və Qadir Allahdan başqa heç kim, Allahın bəndələrinə qadağalar müəyyən edə bilməz. Yox, əgər kimsə buna yol verərsə, o öz həddini aşmış olur və şəriətdə müəyyən olunmuş alilik hüququna qarşı çıxır.

* Yoxsa onların Allahın dində izin vermədiyi bir
şeyi onlar üçün qanuni (halal) edən şərikləri vardır? (Əş-Şura surəsi)

* Onlar Allahı qoyub kitab əhlini və rahibləri, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir (Ət-Tövbə surəsi).

Allahın iradəsinə əks olaraq halal və haramı müəyyənləşdirmək xülyasına düşənlərə Xudavəndi-Aləm belə deyir: “De ki, Allahın sizə göndərdiyi nemətləri görmüşdünüz ki, siz onları halal və harama ayırdınız? De ki məgər bunu etməyə sizə Allah izn vermişdi, yoxsa siz Allaha yalan yaxırsınız?” (Yunus surəsi)

Halal və haramın İslami əsasları

Xudavəndi-Aləm dedi: “Sizin dilinizə gələn yalanı deməyin. “Bu halaldır, bu haramdır” ki, Allaha yalan yaxmayasınız. Həqiqətən Allaha yalan yaxanlar səadətə yetişməyəcək!” (Ən-Nəhl surəsi),

“O artıq sizə nəyin haram olduğunu göstərib” (Əl-Ənam surəsi).

Halalı qadağan etmək günahdır

3-cü əsas müddəa: nəyin qadağan edilməsi, nəyə icazə verilməsi Allahın işidir.

Bütpərəstlər bəzi halallara qadağa qoymağa yol verirdilər. Buna görə də Qurani-Kərim çoxallahlıların və bütpərəstlərin bu hərəkətlərinə qarşı çıxırdı. Belə ki, onlar bəzi şeyləri, məsələn, Quranın halal buyurduğu bitkiləri, ev heyvanlarının ətini, dəniz nemətlərini qadağan yeməyi edirdilər. Onlar nadan idi və inanclarına görə, əgər dəvə beş bala doğsaydı və onlardan sonuncusu erkək olsaydı, dəvənin qulaqlarını cırır, ona minməyi, üstündə yük daşımağı qadağan edirdilər. Guya onlar bu dəvəni öz tanrılarına saxlayırdılar. Qurani-Kərim isə bu qadağaya qarşı çıxır: “Onlara deyəndə ki: Allahın nazil etdiyinə və Onun Rəsuluna yaxınlaşın; Onlar deyirdilər: Bizə atalarımızın getdiyi yol da yetər. Yəni, hətta onların ataları heç bir şey bilmədən düz yolla getməsələr belə” (Əl-Maidə surəsi).

Əl-Ənam surəsində yeməklərdən nəyin halal olması barədə çox deyilir: “(Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə): bir cüt qoyun və bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!” (Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki (müxtəlif cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!”

Halal və haramın İslami əsasları

Əl-Əraf surəsinin 33-cü ayəsində əməllərin haram tərəfləri barədə deyilir: “De: “Rəbbim yalnız aşkar və gizli alçaq işləri (zina etmək, lüt gəzmək və s.), hər cür günahı, haqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur”.

Pisliyin və ziyanın haram buyrulması

4-cü əsas müddəa pisin və ziyanın qadağan olunmasıdır.

* O kəslər ki, adı Tövratda və İncildə yazılmış, onları xeyirxah işlərə sövq edən, pislikdən çəkindirən, yaxşılıq etməyi buyuran, xəbisliyi qadağan edən, onların ağır yüklərini götürən buxovlardan azad edən Rəsulun – ümumi peyğəmbərin axasınca gedirlər, ona iman gətirirlər, kömək edirlər, onunla göndərilmiş nurun adınca gedirlər – onlar nicata yetəndirlər (Əl-əraf surəsi).

* İçkinin haram olması barədə Qurani-Kərimdə deyilir: “Səndən içki və qumar haqqında soruşanlara de ki, onların hər ikisində böyük günah və müəyyən mənada mənfəət var, lakin günahı mənffətindən çoxdur (Əl-Bəqərə surəsi).

* Onlar səndən soruşurlar: Bizə halal buyrulmuş nədir? De ki, bütün xeyirxah əməllər halaldır (Əl-Məidə surəsi).

* Səndən yetimlər haqqında soruşanda de ki: Onlara yaxşılıq etmək nəcib işdir (Əl-Bəqərə surəsi).

Halal və haramın İslami əsasları

Haram yolla halal iş görülməz

5-ci əsas müddəa – halalın harama ehtiyacı yoxdur. Aşağıdakılar haramdır:

* Allahdan Onun and içməyini xahiş etmək;

* Sələmçiliklə məşğul olmaq;

* Qumar oynamaq, yaxud dini mübahisələrdə əldə olunmuş puldan istifadə etmək;

* Pozğun həyat tərzi keçirmək, uşaqbazlıq etmək;

* İçki və digər nəşələndirici maddələr qəbul etmək;

* İpək, yun, kətan, pambıq parçalardan təmtəraqla geyinmək;

* Allah sizə bilmədiklərinizi bildirmək, sizdən əvvəlkilərin adətlərini göstərmək, üzünü sizə çevirmək istəyir, o kəslər ki, nəfsini saxlaya bilmir, sizi əyri yola çəkmək istəyir. Allah, üzərinizdə olan ağırlığı yüngülləşdirmək istəyir, axı insan zəif yaradılıb (Ən-Nisa surəsi).

Harama aparan şey haramdır

6-cı əsas müddəa – haram işlərin görülməsinə gətirən hər bir əməl, elə haramın özüdür.

İslam qəbul edir ki, əgər müəyyən bir iş günah sayılırsa, bu işə zəmin yaradan hər bir əməl də günah hesab edilməlidir. Misal üçün, pozğunluq və zinakarlıq haramdırsa, bunlara sövq edən hər bir şey də haramdır. Bu, qadının ədəbsiz zahiri görkəmi, günah əməl, çılpaq şəkil, düşkün mənəviyyat, əxlaq və s.

Halal və haramın İslami əsasları

Günahın ört-basdır olunması haramdır

7-ci əsas müddəa – günahı hiylə ilə ört-basdır etmək haqqındadır.

Əgər İslama görə günaha aparan, ona zəmin yaradan hər bir əməl haramdırsa, günahı gizlətmək, fəndgirlik etmək də haramdır. Əgər insanlar rəsmlə məşğuldurlarsa, lakin bu işin vasitəsilə haram pul qazanırlarsa, yaxud çaxır şüşəsinin adını dəyişdirirlərsə, bu o demək deyil ki, onlar çaxır içmirlər, sadəcə bunu gizlədirlər. Bu əməllərin günah olması, onların adı, gündəlik hal olmasındadır.

İndiki dövrdə ədəbsiz rəqs – incəsənət, çaxır – içki, rüşvətxorluq və sələmçilik – xeyirli və mənfəətli iş adlandırılır. Lakin bu, onların mahiyyətini dəyişmir.

Xoş niyyət və haram

8-ci əsas müddəa – xoş niyyət, haram əmələ bəraət qazandırmır.

İslam xoş niyyətləri, əməllərdə nəcibliyi yüksək qiymətləndirir. Bütün bunlar onun qanun və əsaslarında əksini tapıb, lakin əgər hər hansı bir şəxs öz həyatını qoruyub saxlamaq, xəstəliyini aradan qaldırmaq üçün haram buyrulmuş yemək yeyərsə ki, sonradan Allahın və Muhəmməd Peyğəmbərin (s.a.s) icmasının qarşısında öz borcunu ödəmək imkanı qazansın, belə halda onun yeməyi, Allaha xidməti tərifəlayiq olmayacaq. Möminin bütün əməllərində müəyyən niyyət var. Günah iş hər bir halda günahdır və niyyətin yaxşılığından asılı olmayaraq belə olaraq qalır.

İslam günahdan xeyirxah əməl üçün vasitə kimi istifadə etməyi qadağan edir. Əksinə, İslam hər bir nəcib iş görəndə paklığa can atır. İslam “Məqsəd vasitəyə haqq qazandırır” yaxud “Hansı yolla (yalan, doğru) olursa-olsun, məqsədə çatmalı” kimi şüarları inkar edir.

Halal və haramın İslami əsasları

Şübhəli işlərdən çəkinmək

9-cu əsas müddəa – əgər günaha batmaq şübhəsi varsa, bu əməldən çəkinin.

Mömin olan kəs, hər hansı bir hərəkəti edərkən onun halal və haram olduğu halda şübhəli olarsa, bilmək vacibdir ki, niyyətlə əməl arasında çox vacib bir amil mövcuddur – şübhə. İslam, möminlərdən müəyyən əməlin halal və ya haram olması barədə şübhəli varsa, bu əməldən çəkinməyi tələb edir.

* O artıq sizə nəyin qadağan olmasını göstərib (Əl-Ənam surəsi)

Haram hamı üçün günahdır

10-cu əsas müddəa – haram hamıya günahdır, harama istisna yoxdur.

İzin verilməmiş hərəkət və əməllərə qadağan müsəlmanlar üçün məcburidir. İslam halal və haram məsələlərində ərəb və qeyri-ərəb millətlərə fərq qoymur. Ağ və ya qaradərili adamlar üçün əlahiddə götürülmüş qaydalar yoxdur. Xüsusi adamlar, təbəqələr, alimlər, adlı-sanlı adamlar, şahlar üçün imtiyazlar yoxdur. İslam və onun qanunları hamı üçün birdir. Allah hamı üçün birdir. Allahın halal buyurduqları hamı üçün halal, haram buyurduqları Qiyamət gününə qədər günah sayılır. Məsələn, oğurluq haramdır, onu kim etdiyindən və ya ziyançəkənin müsəlman olub-olmamasından asılı olmayaraq.

* Həqiqətən Biz sənə Quranı haqq olaraq nazil etdik ki, Allahın sənə göstərdiyi ilə insanlar arasında hökm edəsən. Xainləri müdafiə edən olma. Allahdan bağışlanmaq dilə! Əlbəttə, Allah bağışlayan və rəhm edəndir! Özlərinə xəyanət edənlərdən ötrü mübahisə etmək. Şübhəsiz ki, Allahım günaha batmış xaini sevməz! Onlar xəyanətlərini insanlardan gizlətsə də, Allahdan gizlədə bilməzlər. Onlar Allaha xoş getməyən sözləri ürəklərində tutduqda belə, yenə Allah onları bilir. Allah hər şeyi biləndir. Budur, siz dünyada xainlərdən ötrü mübahisə etdiniz, bəs Qiyamət günündə kim onlardan ötrü mübahisə edəcəkdir? Yaxud onlara kim hami olacaqdır? (Ən-Nisa ssurəsi)

Qurani-Kərimdə həmçinin deyilir ki, bəziləri başqalarına xəyanət etdikdə, bu işdə günah görmürlər, halbuki bu, açıq-aşkar günahdır.

* Elələri də vardır ki, onlara bir dinar əmanət verəsən, başlarının üstündə durub tələb etməyincə sənə qaytarmazlar. Bunun səbəbi odur ki, onlar deyirlər ki: ümmilərə görə bizə zaval yoxdur və bilərəkdən Allaha iftira yaxırlar (Ali-İmran surəsi).

Halal və haramın İslami əsasları

Qadağan və məcburiyyət

11-ci əsas müddəa – məcburiyyət qarşısında harama yol verilir.

İslam, günah əməlləri və harama aparan yolları dəqiqliklə müəyyənləşdirib. Belə fikir ola bilər ki, islam həyatın çətinliklərini, insanın zəifliklərini nəzərə almır və möminlərə qarşı həddindən artıq sərt tələblər irəli sürür. Lakin bu belə deyil. İslam bəzi qadağalara riayət etməməyə yol verir, lakin məhz həyat bunu tələb edərsə və həyatın özü təhlükəyə məruz qalarsa. Məlumdur ki, islam müsəlmanlara ölü heyvanın ətini, qanı, donuz ətini qida kimi qəbul etməyi qadağan edir. Lakin məcburiyyət qarşısında bu qadağanı pozmaq olar və bu, günah hesab edilmir. Bu barədə Quranda deyilir: “Allah sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə kəsilənləri yeməyi qadağan etmişdir. Lakin naəlac qaldıqda, günaha batmadan, cinayət etmədən bunu edərsə, günahkar sayılmaz. Axı, Allah rəhmli və mərhəmətlidir!” (Əl-Bəqərə surəsi)

* Allah üzərinizdəki yükü yüngülləşdirmək istəyir. Axı O insanı zəif yaradıb (Ən-Nisa surəsi).


Geri dön

lema

  • 24 iyul 2011 16:41
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
Allah razi olsun.chox deyerli xeberdi.amma emel olunsa chox yaxshi olardi.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

aid_fanatka

  • 22 iyul 2011 09:12
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk..................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

jalicka

  • 22 iyul 2011 00:37
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
cox saq ol xebere gore

wirin_qiz

  • 21 iyul 2011 23:40
  • Məqalə: 1
  • Şərh: 16
  • Bal:
{awards}
saq ol allah razi olsun

--------------------
DuNyA BiR MaSaL

ASMIYA

  • 21 iyul 2011 23:31
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
TESEKKURLER. OXUYAN BILEN COXDUR BELKE, ANCAQ BILDIKLERINE EMEL EDEN YOXDUR. COX TEESSUF KI YOXDUR. OLSA BELE HEDSIZ COX COX COX AZDIR. BELE INSANLAR UZUNDEN YAXSILAR DA MEHV OLUR. ALLAH BIZLERI HIFZ EYLESIN. I N S A L L A H.
sad

--------------------


DEAD ANGEL

  • 21 iyul 2011 23:25
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
MARAQLI IDI winked

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

hazal-kaya

  • 21 iyul 2011 23:03
  • Məqalə: 0
  • Şərh: 497
  • Bal:
{awards}
teşeküklrer

NİKİ

  • 21 iyul 2011 22:04
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
tesekkurler.....

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

YazYamuru

  • 21 iyul 2011 21:39
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
AXI ~O iNsanI Zerif yaraDIb~
bizim kimi feel

--------------------



Mr.Perfect

  • 21 iyul 2011 21:37
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

NELLY19

  • 21 iyul 2011 21:17
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
twk.......

milana-88

  • 21 iyul 2011 21:02
  • Məqalə: 6
  • Şərh: 448
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrrrr maraqli idi

--------------------
♛ Her seyin sonu yaxshi bitir.Eger neyinse sonu pis bitibse,demeli hele Son deyil !!! ♛

KaRola_16

  • 21 iyul 2011 20:58
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
MUELLIFE TEWEKKUR

--------------------

★Azerbaijan girl★

  • 21 iyul 2011 20:11
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TSKLER

ŞƏHLA

  • 21 iyul 2011 18:58
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
ƏLLƏRİNİZƏ SAĞLIQ TƏŞƏKKÜR EDİREM...

ƏLLƏRİNİZƏ SAĞLIQ TƏŞƏKKÜR EDİREM...

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

RaminYek

  • 21 iyul 2011 18:56
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
Allah razi olsun

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

nice_angel

  • 21 iyul 2011 18:54
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
tewekkkurler

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

R.M_FaNaTka

  • 21 iyul 2011 18:53
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 17
Cəmi: 29

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}