Həqiqi intizarda olanların vəzifəsi

 
Həqiqi intizarda olanların vəzifəsi

Bizim əqidəmizə görə müsəlmanların İmam Zamana (ə.f.) münasibətdə vəzifələri vardır və onlara əməl etməlidirlər.
Bu vəzifə həmişə insanların çiyinlərində olmuşdur. Allah Təalanın insanlardan istədiyi ən
mühüm şey - ibadətdir. Əhli- Beyt (ə) davamçıları iftixar edirlər ki, bu vəzifəyə qarşı məsuliyyətlidirlər.
Əlbəttə, Əhli-Beyt (ə) davamçıları da öz vəzifələrinə əməl etməkdə müxtəlif dərəcəlidirlər.
Onların bəziləri bəşərin fəxridirlər. Bəziləri də vəzifələrini zəif yerinə yetirirlər.
Baxmayaraq ki, bu Əhli-Beyt (ə) davamçıları İmam Zamana (ə.f.) qarşı vəzifələrini
zəif yerinə yetirirlər, ancaq yəqinimiz var ki, hətta bu insanlar İmamı (ə.f.)
tanımayan insanlarla və onun varlığını inkar edənlərlə müqayisə edilə bilməzlər.

Əhli-Beyt (ə) davamçısı öz vəzifəsinə əməl edən zaman əsas xüsusiyyəti o olur ki,
imanı başqalarından daha kamildir. Ona görə də hər bir Əhli-Beyt (ə) davamçısı öz
məktəbi ilə iftixar etməlidir. Yaxşı olar ki, bütün səadət istəyənlər də Əhli-Beyt (ə)
davamçılarına rəğbət bəsləsinlər. İmanı təkmilləşdirəndən sonra saleh əməl,
dəyər əldə edər. Allah qeyri-mömindən saleh əməli qəbul etməz. Allah Qurani-Kərimdə
imanı və saleh əməli bir-birinin yanında şərh etmişdir.
Saleh əməlin qəbul olması üçün imanı əsas şərt kimi göstərmişdir.

Saleh əməlin yanında da Allaha aid olan əməlləri: namaz və onun xəlifəsinə
aid əməlləri üstün əməllər kimi tanıtmışdır.
Bu saleh əməllərin bəziləri ilə tanış olaq.


Həqiqi intizarda olanların vəzifəsi

1. İmam Zamanı (ə.f.) tanımaq.
Hər bir insana vacibdir ki, öz İmamını tanısın. Bu tanıma onun adını, bəzi xüsusiyyətlərini və sifətlərini əhatə edir. Hər bir insan bilməlidir ki, hal-hazırda Allah tərəfindən İmamı (ə.f.) təyin edilmişdir. Bilməlidir ki, bu insan kimdir və hər bir xəta və səhvdən pakdır. Dediyi hər bir şey düzgündür. Bilməlidir ki, o, İlahi elm və qüdrətə malikdir. Dövrünün bütün alimlərindən üstündür. Bilməlidir ki, ona itaət etmək vacibdir.

2. İmam Zamana (ə.f.) iqtida etmək və ona niyəsiz itaət etmək.
İnsanlara vacibdir ki, İmam Zamanı (ə) özünə Vəli və ixtiyar sahibi qəbul etsin. Onun bütün əmrlərini yerinə yetirməlidir. O şeyi ki, Ağa bəyənir - yerinə yetirmək və o şeyi ki, bəyənmir, ondan çəkinmək. İnsanın kəbirə günahlarından çəkinməsi - o Həzrətin (ə.f.) ən böyük istəklərindəndir.

3. İmam Zamanı (ə.f.) ziyarət etmək.
Əhli-Beyt (ə) davamçılarına hər zaman vacib edilmişdir ki, öz İmamının ziyarəti qəsdini etsin. İmkan olduqca onun ziyarətinə tələssin. Hər il həcc mərasiminin mühüm hikmətlərindən biri - İmam Zaman (ə) ilə görüşmək zəminəsinin yaranmasıdır. Keçmiş İmamların (ə) dövründə Əhli-Beyt (ə) davamçıları İmamlarını (ə) görmək üçün çalışardılar. Bu yolda mallarından, təhlükəsizliklərindən keçərdilər. Xüsusilə də həcc mərasimi İmamlarla (ə) görüşmək üçün yaxşı fürsət olardı.
Qeyb zamanında isə baxmayaraq ki, İmam Zamanın (ə.f.) mübarək cismini ziyarət etmək yolları bağlıdır, bu ziyarət üçün səy gəstərmək də tövsiyə edilməmişdir. Bunun əvəzində ona salam vermək və uzaqdan da olsa ziyarət edilməsi vurğulanmışdır. Dövrümüzdə İmamı (ə.f.) Ali-Yasin” ziyarəti ilə ziyarət edirik.
Ancaq İmamı (ə.f.) ziyarət etmək və onunla söhbət etmək mütləq ərəb dilində olmalı deyildir. Belə qəbul etməliyik ki, İmamın (ə.f.) ümmətin bütün dillərindən xəbəri vardır. Ancaq ərəb dilində olan bəyənilmiş bu dualar gözəl məzmuna malikdirlər.

4. İmam Zamana (ə.f.) arxalanmaq.
Müsəlman ümmətinə vacibdir ki, bütün işlərinin islah edilməsində İmam Zamana (ə.f.) müraciət etsinlər. Ondan kömək almalıdırlar. Vacib deyildir ki, bu müraciət onun cismi hüzurunda olsun, bəlkə ruhuna da müraciət etmək olar. Bunu da nəzərə almaq lazımdır ki, qeyb dedikdə ancaq cismi qeyb nəzərdə tutulur. Belə ki, qeyb zamanında da ona müraciət etmək olar. Ondan istəyək ki, bizi özünün ruhani və mənəvi tərbiyəsi altına alsın. Bizim ona müraciətimiz nə qədər çox olarsa, bizim İmamdan (ə.f.) bəhrələnmək səviyyəmiz də bir o qədər çox olar.

5. İmama (ə.f.) qarşı xeyirxahlıq və onu özündən üstün tutmaq.
Bütün müsəlmanlara vacibdir ki, İmamlarının (ə.f.) xeyirxahlığını istəsinlər. Onu nə zaman çətinlikdə görsələr, çətinliyini aradan qaldırmağa çalışmalıdırlar. Hətta əgər bu yolda özü təzyiq altına düşsə belə. Başqa sözlə desək, müsəlmanlar İmamlarını (ə.f.) özlərindən üstün tutmalıdırlar. Onun rahatlığını özününkündən üstün tutmalıdırlar. Çünki onun Allah dərgahında məqamı daha yüksəkdir. Daha çox nemətə layiqdir. Onun bərəkəti nəticəsində İlahi nemətlər başqalarına çatır. Ona görə də hamının boynunda İmamın (ə.f.) haqqı vardır.

6. İmam Zamana (ə.f.) xatir dostluq və düşmənçilik.
İmamın davamçıları (ə.f.) gərək İmama qarşı məhəbbət və dostluq haqqını yerinə yetirsinlər. İmam (ə.f.) ilə dostluğun şərti odur ki, ilk növbədə İmamı (ə.f.) sevənlərlə İmama (ə.f.) xatir dost olsunlar. Onların xətalarından İmama (ə.f.) məhəbbətə xatir keçsinlər. İkincisi isə - İmam Zamanın (ə.f.) düşmənləri və inkar edənləri ilə dost olmasınlar.

7. İmam Zamanı (ə.f.) şad etmək və onu qəmgin etməkdən çəkinmək.
İmam Zamanı (ə.f.) şad etməyin yollarından biri - Allaha ibadət etmək və Peyğəmbər (s) sünnətinin ardınca getmək və Məsum İmamlara (ə) itaət etməkdir. Allah bizi Quranda bu cür həyata çağırmışdır və bizim səadətimizi də bunlarda görmüşdür. İmam Zaman (ə.f.) həm o cəhətdən ki, Allahın və Peyğəmbərin (s) haqqı ona itaət edərək, həyata keçirilər, həm də o cəhətdən ki, biz dinin hökmlərinə əməl edərək İlahi səadətə çatırıq - şad olar.
İmam Zamanı (ə.f.) şad etməyin yollarından biri də ona hədiyyə verməkdir. Nə zaman ki, kiməsə hədiyyə vermək istəyirik, həmin insanın sevdiyi şeyləri almağa çalışırıq. Hər bir Əhli-Beyt (ə) davamçısı bilməlidir ki, onun İmamı (ə.f.) hansı şeyləri xoşlayır və bu yolla onu sevindirməyə müvəffəq olsun. Bunu da nəzərə almaq lazımdır ki, Məsum İmamların (ə) nəzərində axirət savabı əldə etmək, dünya hədiyyəsindən daha üstündür. Belə ki, hər bir Əhli-Beyt (ə) davamçısı xeyir və müstəhəb işlərə başlamalı və onu İmama (ə.f.) hədiyyə etməlidir.
İmam Zamanı (ə.f.) şad etməyin üçüncü yolu isə onun dostlarını sevindirməkdir. Hədislərimizdə gəlir ki, hər kəs mömini sevindirər, təkcə onu şad etməmişdir, həm zamanının İmamını (ə) və həm də Peyğəmbəri (s) şad etmiş olar. Əhli-Beyt (ə) davamçılarının halına həssaslıq göstərmək - İmamın (ə.f.) diqqət etdiyi mühüm məsələlərdəndir.
Bəli, hər bir Əhli-Beyt (ə) davamçısı İmamı (ə.f.) şad etmək və onu qəmgin etməkdən çəkinmək üçün daima çalışmalıdır ki, böyük günahlardan uzaq olsun. Bilməlidir ki, cəm içində və tək qalanda nə etməlidir. İnsanlara qərar verilmiş mələklərin vasitəsilə hər şey yazılır və hər həftə bunların hesabatı Həzrət Peyğəmbərə (s) və İmam Zamana (ə.f.) təqdim edilir. O, da öz Əhli-Beyt (ə) davamçısının ibadət və yaxşı əməlini görəndə şad olar. Onu sevənlərin çirkin əməllərini görəndə qəmgin olar. Xüsusilə də görəndə ki, Əhli-Beyt (ə) davamçıları bir-biri ilə yaxşı dolanmırlar. Bir-birinin xətasından İmamlarına (ə.f.) xatir keçmirlər. Vəhdətlərini qorumurlar. Bu rəftarların xətəri o qədər böyükdür ki, naşükürlük və vilayət nemətinə arxa çevirmək hesab edilə bilər. İnsanı Əhli-Beyt (ə) vilayət nemətindən və İmam Zamandan (ə.f.) məhrum edər. Əhli-Beyt (ə) hərəmindən xaric edər. Bu halda insan İlahi vəli olmadan zəlalət səhrasında tək qalar.

8. İmam Zaman (ə.f.) hökumətinin intizarında olmaq və onu himayə etməyə hazırlaşmaq.
Bütün dünyada izzət, qüdrət, hakimiyyət və rəhbərlik Allaha məxsusdur. Peyğəmbər (s) və İmamlar (ə) onun tərəfindən seçilmişdir. Buna baxmayaraq, Peyğəmbərin (s) vəfatından sonra münafiqlərin hərisliyi və müsəlmanların laqeydliyiyi nəticəsində zamanın qüdrəti İmamların (ə) əlinə keçmir. Buna görə də nəinki insanların özü İmamların (ə) hökumət bərəkəti və ədalətindən bəhrələnmədilər, bu müqəddəs insanların özü də təzyiq və çətinlik altında qalmışdılar. Məsum İmamlar (ə) Əhli-Beyt (ə) davamçılarına daima tövsiyə edirlər ki, mövcud şəraitlə barışmasınlar. Həmişə o günü gözləsinlər ki, Allah Təala Ali-Muhəmməd işində qapıları açacaq və onlara zalımlara qarşı cihad iznini verəcəkdir.
Ona görə də bütün Əhli-Beyt (ə) davamçılarına vacibdir ki, gecə və gündüz İmamın (ə.f.) qiyamının intizarında olsunlar. Özləri ilə niyyət etsinlər ki, qiyam başlayan kimi bütün malları, canları və var-yoxları ona fəda olsun. Ağanı hakimiyyətə çatdırmaq üçün heç nələrini əsirgəməsinlər.
Bəli, hər bir Əhli-Beyt (ə) davamçısı dünyanın vəziyyətindən qəmgin olmalı və gələcək üçün isə ümid bəsləməlidir. Dünya insanları İmamın (ə.f.) qədrini bilməli olacaqları qədər bilmirlər. Onu özlərinə rəhbər bilmirlər. Zamanın qüdrətini və rəhbərliyini ona təslim etmirlər.

9. İmam Zamanın (ə.f.) qürbətinin və kədərinin aradan qalxması üçün dua etmək.
Bütün müsəlmanların vəzifəsidir ki, öz İmamının qəm və qürbətinə o, da qəmgin və kədərli olsun. Allah Təaladan ağanın qürbət və kədərinin aradan qalxmasını xalis niyyətlə istəsinlər. Xüsusilə də hədislərimizdə gəlmişdir ki, İmam Zamanın (ə.f.) zühurunun tezləşməsi üçün çoxlu dua etsinlər. Dua - Əhli-Beyt (ə) davamçılarının İmamla (ə.f.) bağlı mühüm vəzifələridir. Allahdan istəyirik ki, İmam Zamana (ə.f.) görə dua etmək tofiqini bizə daha çox əta etsin.

Həqiqi intizarda olanların vəzifəsi


Geri dön

isayev.elvin

  • 25 iyul 2011 13:55
  • Məqalə: 0
  • Şərh: 79
  • Bal:
tewekkurler

--------------------
kicik insanlarin kolgesi boyudu biz gun batan yerdeyik

aid_fanatka

  • 23 iyul 2011 10:07
  • Məqalə: 6
  • Şərh: 1866
  • Bal:
{awards}
twk.................

twk.................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

NİKİ

  • 22 iyul 2011 23:20
  • Məqalə: 6
  • Şərh: 1305
  • Bal:
{awards}
tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

ZAC EFRON

  • 22 iyul 2011 22:07
  • Məqalə: 129
  • Şərh: 2335
  • Bal:
{awards}
twkkkkkkkkk

music_angel

  • 22 iyul 2011 21:37
  • Məqalə: 212
  • Şərh: 7638
  • Bal:
{awards}
tesekkurler........

--------------------

nice_angel

  • 22 iyul 2011 21:28
  • Məqalə: 18
  • Şərh: 731
  • Bal:
{awards}
tewekkurler...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

SUADA_M

  • 22 iyul 2011 21:18
  • Məqalə: 15
  • Şərh: 558
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER..

--------------------

R.M_FaNaTka

  • 22 iyul 2011 21:17
  • Məqalə: 367
  • Şərh: 7967
  • Bal:
{awards}
tesekkurler

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 4
Qonaqlar: 29
Cəmi: 49

 

Top 10 Müəllif

NIGAR
Xəbərləri: 40
Cəmi: 628
 
MiSS HaPPy)
Xəbərləri: 38
Cəmi: 69
 
Cəռռəҭ ♥ Ҩօჯυʅυო
Xəbərləri: 34
Cəmi: 48
 
Arzu_zadeh
Xəbərləri: 31
Cəmi: 167
 
♔Hе важно∞
Xəbərləri: 26
Cəmi: 141
 
Pəri
Xəbərləri: 12
Cəmi: 238
 
melek432
Xəbərləri: 10
Cəmi: 10
 
คşк łคfтคɴ คɴłคмคz ❤
Xəbərləri: 8
Cəmi: 683
 
Sol Meleyim
Xəbərləri: 7
Cəmi: 30
 
nevroz
Xəbərləri: 6
Cəmi: 181
 
 
{slinks}