Dövrün ən böyük ilahi çağırışı - Vəhdət

 
Dövrün ən böyük ilahi çağırışı - Vəhdət

Artıq mübarək Səban ayını yola salmaq, mübarək İlahi ziyafət ayı - Ramazan ayına doğru hərəkət etməkdəyik. İlahi ziyafətə hazırlıq ayı olan Şəban ayının çox mübarək günlərini də arxada qoyduq. Qarşıdan mübarək Ramazan ayı gəlir. Çox əhəmiyyətlidir, ki, biz ona tərəf yox, müqəddəs ay bizə tərəf öz bərəkətləri ilə gəlir. Burada İlahi rəhmətin, bəndəyə olan sonsuz mərhəmət və məhəbbətin bir təzahürü var ki, Ramazan ayının sonsuz nemətlərini nəzərə alaraq, Allah Təala bəndənin bundan məhrum olmasını istəmir. Uca Allahdan diləyirik ki, bu ayın fəzilətlərindən, nemətlərindən, bərəkətlərindən layiqincə bəhrələnməyi, bu ayın fəlsəfəsini anlayıb, onu yaşadanlardan olmağı cəmi inanc əhlinə qismət etsin, inşəallah!

QURANİ-KƏRİMİN VƏHDƏTƏ ÇAĞIRIŞI
Dövrümüzdə, günümüzdə xüsusilə aktuallaşan bir çox həyati əhəmiyyətli mövzular var. Bu mühüm mövzulardan biri də - vəhdətdir. Vəhdət İslamın hər dövründə ən çox önəm verilən mövzulardan biri olub və bu gün də öz əhəmiyyətini ali dərəcədə saxlamaqdadır. Bununla bağlı dinimizin, İlahi mətnlərin olduqca geniş mənaları açan vurğuları, işarələri vardır. Mübarək Qurani-Kərimdə “Ali-İmran” surəsinin 103-cü ayəsində Allah Təala bəşəriyyət, insanlıq üçün bir göstəriş verir. Əgər bəşər bu mübarək İlahi ayədə olan vurğuya önəm versə və burada olan buyuruşlara əməl etsə, ən yüksək inkişaf mərhələlərinə qədər gəlib çata bilər. Ayədə buyurulur: “Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın...”. Bu mübarək İlahi müraciətdə öz əksini tapan “Allah ipindən yapışın və dağılmayınız” ibarəsinin çox mühüm təfsiri çalarları mövcuddur.

ALLAHIN İPİNDƏN BAŞQA BÜTÜN İPLƏR YARIMÇIQDIR
Ayəyə nəzər saldqıda görürük ki, əziz Rəbbimiz bizləri birləşməyə, cəm olmağa dəvət edir. Rəbbimiz bizim parçalanmağımızı istəmir. Allah bizləri birliyə, vəhdətə çağırır. Amma, burada bir mühüm məsələ də var. Rəbbimiz bizləri nəyin ətrafında bir olmağa çağırır? Bütlərin ətrafında yox, pul ətrafında yox, hansısa dünyəvi maraq ətrafında yox, hansısa nəfsi məsələlər ətrafında yox - haqq ətrafında birliyə çağırır Rəbbimiz. Batil ətrafında birlik ola bilməz. Allah Təala birləşməyə çağırdığı kimi, nəyin ətrafında birləşməyin meyarını da verir. Nə ki, Allahın ipidir - ona tərəf yaxınlaşdırır, həmin məsələlər insan üçün meyardır. Başqa iplərin sonu yoxdur. Onlar hamısı aldadıcı və yarımçıqdır. Aqibətimizi xeyirliyə aparan yeganə ip – Allahın ipidir.

Dövrün ən böyük ilahi çağırışı - Vəhdət

ƏGƏR MÜSƏLMANLAR ÖZ ENERJİLƏRİNİ DAXİLİ ÇƏKİŞMƏLƏRƏ SƏRF ETMƏSƏYDİ...
Mövzu ilə bağlı digər bir mühüm buyuruşa diqqət edək. Qurani-Kərimin “Ənfal” surəsinin 46-cı ayəsində məsələyə bir başqa müstəvidə yanaşılır. Ayədə buyurulur: “Allaha və Onun elçisinə itaət edin və bir-birinizlə çəkişməyin və mübahisə etməyin ki, süstləşərək qorxaqlaşar və ağalıq və hökmranlığınız aradan gedər, sizə (bir daha) qələbə yeli əsməz. Səbir edin ki, həqiqətən Allah səbirlilərlədir”. Çox önəmli əmrlərdir. Elə öz məmləkətimizdə müsəlmanlar öz enerjilərini bir-birinə deyil, fəsadla, əxlaqsızlıqla, mənəviyyatsızlıqla mübarizəyə sərf etsəydi, bu gün mənəviyyatsızlığın səviyyəsi xeyli aşağı olardı. Əgər Əhli-beyt (ə) ardıcılları öz enerjilərini daxili mübahisələrə sərf etməsəydi, indi əhalinin çox hissəsi yəgin ki, vaxtını “Təvəssül” və “Kumeyl” dualarında keçirərdi. Bunu Allah əmr edir ki, bir-birinizə enerji itirməyin. Qurani-Kərim çox ciddi bir təhlükədən insanlığı xəbərdarlıq edir. Xəbərdar edir ki, əgər insanlar öz enerjilərini daxili çəkişmələrə sərf edərsə - süstləşər, qüdrəti aradan gedər. Hər insanın bir enerjisi var. Onu hara xərcləməyindən asılı olmayaraq, tükənir. İnsan öz enerjisini didişməyə, mübahisəyə həsr edəcəksə, bu zaman artıq onun enerjisi tükənəcək və digər işlər üçün enerjisi qalmayacaq.

İNSANLIĞIN ZƏİFLƏMƏSİNİN və MƏĞLUBİYYƏTİNİN BAŞLICA SƏBƏBİ
Çox zaman sual olunur ki, müsəlmanlar niyə geridə qalır. Bunun cavabı çox sadədir. Mübarək İlahi kəlam yuxarıda göstərilən ayə ilə bu sualın cavabını çox bəsit şəkildə verir. Müsəlmanlar enerjilərini öz daxili çəkişmələrinə sərf edir və bir də ayılır ki, artıq ağalığı digərləri edir. Mömin öz enerjisini möminə sərf edən zaman, artıq onun qeyri işlər üçün enerjisi qalmayacaq. Bunu anlamaq üçün nəsə kəşf etməyə ehtiyac yoxdur. İnsanın gün ərzində cəmi iyirmi dörd saatı var. Həmin günü insan necə sərf etdisə, o cür də gedəcək və artıq həmin gün qayıtmayacaq. İnsan hər an ya udur, ya da uduzur. Allah insanı bir elə yaratmayıb ki, o bir həddə qala bilsin. Hər an ya irəliləyirik, ya da geriləyirik. Allah mübarək ayədə bizim geriləməmizin, bizim uduzmağımızın səbəbini göstərir, bu barədə bizi xəbərdar edir. İstər ailədə, istər bir cəmdə, istər böyük bir toplumun içərisində, bir xalq olaraq – bu, belədir.

Dövrün ən böyük ilahi çağırışı - Vəhdət

MÜBAHİSƏ və ÇƏKİŞMƏLƏRDƏN NECƏ ÇƏKİNMƏLİ və BUNUN MÜKAFATI
Ayənin son hissəsində Rəbbimiz yuxarıda sadalanan məsələlərin asan olmadığını da çatdırır. İnsanların mübahisədən çəkinməsi asand olan iş deyil. Amma Rəbbimiz bizi səbr etməyə və ardıcıllıq göstərməyə dəvət edir. Şeytan (lən) hər zaman insanı vəsvəsə edir, onun haqlı olmasını ona pıçıldayır, onu mübahisəyə sövq edir və qələbə şirinliyini dadızdıracağını da “vəd edir”. Lakin, insan bir də ayılır ki, bütün vaxtı və enerjisi gedib, lakin, ona və topluma bundan heç bir fayda gəlməyib. Bunun müqabilində isə Rəbbimiz bizi səbir etməyə dəvət edir. Bu dəvətinin müqabilində mükafat da vəd edir. Buyurur, “...həqiqətən Allah səbir edənlərlədir”. Rəbbimiz - ən gözəl mükafat verəndir. Ondan başqa kim qələbə verə bilər?
Buradan bir neçə məsələ ortalığa çıxır. Birincisi budur ki, Rəbbimiz bütə deyil, nəfsə deyil, Allaha və Onun elçisinə itaət etməyə çağırır. Çünki, bizi yaradan Allahdır. Və Allahdan başqa nə varsa, ona itaət etməyə dəvət edən nə varsa, onların da hamısını Allah yaradıb. Belə olan halda, Allahdan başqa kimə itaət etmək olar? İkinci tərəfdən görürük ki, Rəbbimiz bizləri mübahisədən çəkinməyə çağırır. İnsanların boş işlərə xərclənən enerjisi heyifdir. İnsana verilən qüvvət, enerjisi Allahın nemətidir və ondan doğru yolda istifadə etmək də Allahın əmridir. Üçüncü bir tərəfdən Rəbbimiz xəbərdar edir ki, əgər enerjimizi bu işlərə sərf etsək, süsləşəcəyik, zəifləyəcəyik və qələbə hər bir zaman bizdən uzaqda olacaq.

VƏHDƏTƏ XƏYANƏT İNSANLIĞI MƏĞLUBİYYƏTƏ APARIR
Əziz Peyğəmbərimiz (s) vida Həccində Minada etdiyi xütbədə buyurur: “Allah kömək olar o bəndəyə ki, mənim sözümü eşidər, onu qoruyar, hifz edər, sonra onu eşitməyənlərə çatdırar. Üç xislət var ki, heç bir müsəlmanın qəlbi gərək ona xəyanət etməyə. Birincisi - əməlin Allah üçün ixlaslı olması. İkincisi - insanların İlahi rəhbərlərinə müraciətdə nəsihə halında olmaları, yəni gözəl rəftar etmələri. Üçüncüsü - müsəlman cəmiyyətində ittihada və daimi iştiraka önəm vermək”. Onsuz da Allahdan başqası üçün edilən hər hansı bir əməlinin bir damla belə xeyri yoxdur. Ona görə də gərək müsəlmanın qəlbi ixlaslı olsun, onun ruhiyyəsində xəyanət kimi rəzil məsələlərə yer olmasın. Ola bilər ki, birinə bir əməlin müqabilində “əhsən!” desinlər, ona əl də çalsınlar. Əgər həmin əməl Allah üçün olmasa, Qiyamət günü də onlar elə həmin kəslərdən əcrlərini “almalı” olacaqlar, Allahdan onlara heç bir əcr olmayacaq. Təbii ki, Allahdan başqa heç kəs əcr verə bilməz. Qiyamət günü insanlar özləri özlərinə çarə axtarmalı olacaqlar. Hədisin mövzumuza aid olan ən mühüm hissəsi isə, üçüncü buyuruşdur. Peyğəmbərimiz (s) insanları qəlbində vəhdətə xəyanət etməməyə çağırır. Müsəlman cəmiyyətində birliyə və daimi iştiraka böyük önəm verilməlidir.

Dövrün ən böyük ilahi çağırışı - Vəhdət

BİRLİYİN ƏSAS MEYARI
Həzrət Əlidən (ə) mövzumuza çox böyük aidiyyatı olan incə bir buyuruş var. İmam (ə) buyurur: “Hər bir millət ki, bir işin görülməsində ittihada çatdı yalnız gücləndi və qüdrətləndi. Hər bir millət bu güc və qüdrətdən istifadə etdi ki, bunun nəticəsində Allah Təala onların çətinliklərini aradan apardı. Və onlara bəla və zəlilliklərdən nicat verdi”. Yəni, Həzrət Əmirəlmöminin (ə) bizlərə çatdırır ki, hər bir millət ki, bir işin görülməsində birlikdə, vəhdətdə olar - həmin millət güclənər və qüdrətlənər. Əgər birlik olacaqsa, güc və qüdrət də olacaq. Əgər güc və qüdrət olacaqsa, çətinliklər də aradan gedər və son nəticə etibarilə, onlara bəlalardan nicat verilər, insanlar zəlillikdən qurtular. Birlik olmayan yerdə zəlillik var. Təklikdə müsəlman çox gücsüzdür. Məscidlər niyə bu qədər önəm daşıyır? Çünki, məscid – nurların cəmləşdiyi yerdir. Müsəlman toplumda hər şey edə bilər. Bunu da unutmamaq lazımdır ki, ittihadın, cəmləşmənin meyarı əvvəldə deyildiyi kimi – Allahın ipidir.

ALLAHA XATİR EŞQ və ALLAHA XATİR NİFRƏT
Allahın ipindən yapışanlar və dağılışmayanlar - Allah aşiqləridir. Qurani Kərim buna şəhadət verir ki, Allah ipindən yapışanlar, Allah ardıcılı olanlar qalib gələcək. Qurani-Kərimdə Allah ardıcılları haqqında müxtəlif yerlərdə danışılır və bunların hamısına diqqət edəndə görürük ki, onlarla yanaşı bir mühüm dəyər də göstərilir. Sanki, suyun cövhərini nəmlik təşkil etdiyi ki, Allah ardıcıllarını da həmin dəyər təşkil edir. Bu da – Allaha xatir sevmək və Allaha xatir nifrət etməkdir. Yəni, bəndə Allaha xatir sevən və Allaha xatir düşmənçilik edən zaman Allah dəyərlərini yaşadanlardan olur. Quran bizlərə onları tanıtdırır. Bu ana bəndi yaşadanlar – Allah aşiqləridir. Allah ipindən yapışanlar o kəslərdir ki, vilayəti yaşadır, Allah dostlarını sevir, Allah düşmənlərinə nifrət bəsləyirlər. Allaha xatir eşq və Allaha xatir nifrət.

Dövrün ən böyük ilahi çağırışı - Vəhdət

ŞEYTAN (lən) İPİNDƏN YAPIŞANLARIN AQİBƏTİ
Mübarək Qurani-Kərim işığında nəzər saldıqda görürük ki, burada insanın Allahdan, Peyğəmbərlərdən (ə), övliyalardan qeyrisinə eşqdən qırılmaqdan söhbət gedir. Yəni, insan Allahın sevdiyini sevir, Allahın nifrət etdiyinə nifrət edir. İnsan merkantil, kiçik fərdi xeyrini güdmür. İnsan əgər Allah dəyəri ilə yaşayırsa - Allahın sevdiyi bəndəni sevir, Allahın qəzəbinə səbəb olan bəndəyə qarşı isə daxilində mənfi hisslər keçirir. Şeytan (lən) dəyərləri ilə yaşayanlar isə bunun tam əksidir. Allahın sevmədiyini sevir, Allahın sevdiyinə nifrət edir. Lakin, Allah onların aqibətini də buna uyğun tərzdə göstərir. Rəbbimiz şeytan (lən) ipindən tutanların, onun ardıyca gedənlərin və onun diqtə etdiyi dəyərləri yaşadanların da aqibəti ilə bağlı xəbərdarlıq edir. Qurani-Kərimin “Mücadilə” surəsinin 19-cu ayəsində buyurlur: “Həqiqətən şeytan (lən) ardıcılları ziyandadırlar”.

VİLAYƏTƏ OLAN EŞQ – ALLAHA OLAN EŞQİN ÖZÜDÜR
İslam məntiqində Allaha xatir sevməyə aid ayələr iki müstəvidədir – xüsusi və ümumi sevgi. Həzrət Salman (r) Həzrət Əliyə söyləyir: “Hər vaxt ki, Peyğəmbərin (s) hüzuruna çatdım, mənim çiynimə əlini vurub və sənə işarə edib buyurdu: “Ey Salman, bu kişi və onun hizbi və onun ardıcılları qalibdirlər”. Yəni, necə ki, Qurani-Kərim Allah dəyərləri ilə yaşayanların qalib olacağını vəd edir, elə də vilayətə məhəbbəti olanların qalib olacağını Həzrət Peyğəmbər (s) vəd edir. Burada xüsusi sevgidən söhbət gedir. Yəni, Həzrət Əli (ə) kimi Allah aşiqini sevmək, elə Allaha olan məhəbbətin göstəricisidir. Bütün eşqin cəmi Həzrət Əlidə (ə) birləşir.

Dövrün ən böyük ilahi çağırışı - Vəhdət

MÖMİNİN ALLAHA XATİR MÖMİN SEVGİSİ
Rəsuli-Əkrəmdən (s) belə bir mübarək hədis var ki, buyurur: “Bir möminin digər möminə Allaha xatir sevgisi - imanın ən mühüm şöbələrindəndir”. Bu, o deməkdir ki, möminin digər bir möminə Allaha xatir sevgisi - imanın göstəricisidir və əgər bu olmasa, deməli imanın mühüm bir şöbəsi aradan gedib. Bu olmayanda, iman naqis olur. Digər bir hədisdə nəql edilir ki, Allah Təala Musaya (ə) vəhy göndərir və buyurur: “Ey Musa, nə vaxtsa Mənim üçün bir iş görmüsən?”. Musa (ə) buyurur: “Bəli, namaz qılmışam, oruc tutmuşam, infaq etmişəm, Səni zikr etmişəm, yada salmışam”. Allah Təala buyurur: “Namaz ki, qılmısan – sənin üçün həqqin əlamətidir. Oruc ki, tutmusan – odun qarşısını almaq üçün sipər, qalxandır. İnfaq ki, etmisən – məhşərdə sənin üçün bir kölgə olar, zikr də bir nurdur. Hansı əməli məmin üçün etmisən?”. Musa (ə) buyurur: “Allahım, Sən özün bu mövzuda mənə yol göstər”. Allah Təala buyurur: “Ümumiyyətlə, mənə görə kiməsə sevgi göstərmisənmi? Ey Musa, mənə görə kiməsə nifrət etmisənmi?”. Burada Həzrət Musa (ə) anlayır ki, Allaha xatir sevgi və Allaha xatir qəzəb ən üstün əməldir”.
Buradan aydın olur ki, Allahı sevməyin meyarı - Allahın sevdiyini sevmək, Allahın qəzəbi olana nifrət bəsləməkdir.
Allahım, bizləri sənin ipinin ətrafında cəm olanlardan qərar ver! Allahım, bizləri mübarək İlahi ziyafət ayına qəlbimizdə Sənə, Sənin sevdiklərinə sevgi ilə çıxart! Amin!


Geri dön

DEAD ANGEL

  • 23 iyul 2011 11:46
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
MARAQ2LI XEBERE GORE

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

KRiPToS

  • 23 iyul 2011 10:46
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
tewekkur edirem!!!

--------------------

aid_fanatka

  • 23 iyul 2011 10:00
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

NİKİ

  • 22 iyul 2011 23:16
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

SUADA_M

  • 22 iyul 2011 23:00
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
TEWEKKURLER XEBERE GORE..

--------------------

Mr.Perfect

  • 22 iyul 2011 22:17
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

Ada...07

  • 22 iyul 2011 21:59
  • Məqalə: 46
  • Şərh: 2814
  • Bal:
{awards}
Tewekkurler...

--------------------


music_angel

  • 22 iyul 2011 21:41
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler........

--------------------

nice_angel

  • 22 iyul 2011 21:36
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
tewekkurler...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

R.M_FaNaTka

  • 22 iyul 2011 21:34
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 38
Cəmi: 52

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 387
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
 
{slinks}