Niyə namaz qılmalıyam? (21 səbəb)

 
Niyə namaz qılmalıyam? (21 səbəb)

1. Allaha, Peyğəmbərə (s) ki, iman gətirmisən – bil, namaz Allahın kitabında 100-dən artıq ayədə gəlib və Quranda vacib buyurulub. “Əl-Bəyyinə” 5: “Halbuki onlara əmr edilmişdir ki, Allaha - dini yalniz ona məxsus edərək, batildən haqqa (islama) dönərək - ibadət etsinlər, namaz qilib zəkat versinlər. Doğru-düzgün din budur!”

“Əl-Ənam” 72: "... Namaz qılın, Allahdan qorxun,
hüzuruna toplanacağınız məhz Odur!" (deyə buyurulmuşdur)".

“İbrahim” 31: “İman gətirən bəndələrimə de: "(Vaxtlı-vaxtında, lazımınca)
namaz qılsınlar, heç bir alış-verişin və dostluğun mümkün olmayacağı
(günahların bağışlanması üçün heç kəsdən fidyə alınmayacağı, dostluq xatirinə heç bir güzəşt edilməyəcəyi)
gün (Qiyamət günü) gəlməzdən əvvəl onlara verdiyimiz ruzidən
(kasıblara, ehtiyacı olanlara) gizli və aşkar xərcləsinlər”.
“Ər-Hicr” 98: “Sən isə Rəbbini tərifləyib şükür et (sübhanallah və bihəmdihi de), səcdə edənlərlə (namaz qılanlarla) birlikdə ol"!”.
“Əl-İsra” 78: “Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur”.
“Taha” 14: “Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!”.
“Taha” 132: “Əhlinə (əhli-beytinə və ümmətinə) namaz qılmağı əmr et, özün də ona (namaza) səbirlə davam et (yaxud məişət çətinliklərinə döz). Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqva sahiblərinindir (müttəqilərindir)!”.
“Əl-Həcc” 77: “Ey iman gətirənlər! (Namaz qıldıqda) rüku edin, səcdəyə qapanın; Rəbbinizə ibadət edin və yaxşı işlər görün ki, nicat tapasınız! (Mətləbinizə yetişəsiniz!)”


2. Allahla ən güclü rabitədir. İmam Əmirəl-möminin Əli (ə) buyurur: “Namaz hər bir pərhizkar şəxsin ilahi rəhmətə yaxınlaşması vasitəsi, həcc isə hər zəif və bacarıqsız insanın cihadıdır. (Çünki həccdə əhli-əyaldan uzaqlaşmaq, soyuqluq, istilik, qorxu və sair kimi çətinliklər vardır)”

3. Su, yemək və hava bədənə lazım olduğu kimi, namaz da ruha lazımdır. Ruhun əvəzolunmaz qidasıdır namaz.

4. Qəlbi və ruhu təmizləyir. Qəlbə həqiqi təmizlik gətirir. “Ət-Tovbə” 18: “Allahın məscidlərini yalnız Allaha və Qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər (yalnız bu qəbildən olan şəxslərin əməlləri Allah dərgahında qəbul olunar). Məhz onlar doğru yolu tapa bilənlərdən ola bilərlər!”.

“Ət-Tovbə” 108: “... ilk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!”.
“Fatir” 18: “Heç bir günahkar başqasının günahını daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqa birisini köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz. (Ya Peyğəmbər!) Sən ancaq Rəbbindən (Onun əzabını) görmədikləri halda qorxanları və (vaxtlı-vaxtında) namaz qılanları qorxudub xəbərdar edirsən. Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar (savabı özünə yetişər). Axır dönüş ancaq Allahadır!”
İmam Sadiq (ə) buyurur: “Əgər sizlərdən birinin qapısından bir çay axsa və o şəxs hər gün orada beş dəfə yuyunsa, onun bədənində çirk qalarmı? Həqiqətən namaz belə bir çaya bənzəyir. Namaz qılan şəxsin namazı onun günahlarının kəffarəsidir. Amma şəxsin imandan çıxıb kafir olmasına səbəb olan günahlar heç vaxt yuyulmaz və belə şəxs həmin günahda qalar”.

5. Aqibətini, sonucunu xeyirli edir.
“Əl-Həcc” 41: “O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək (onlara bir yer versək), namaz qılar, zəkat verər, (insanlara) yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu (nəticəsi) Allaha aiddir. (Allah Qiyamət günü əməllərinə müvafiq olaraq möminlərə mükafat, kafirlərə isə cəza verəcəkdir)”.
“Ət-Tovbə” 71: “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!”.
“Əl-Əraf” 170: “Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!”.
“Ən-Nisa”, 162: “Lakin onların elmdə qüvvətli (möhkəm) olanları və möminləri sənə nazil edilənə və səndən əvvəl nazil edilənə və səndən əvvəl nazil olanlara inanır, namaz qılır, zəkat verir, Allaha və axirət gününə iman gətirirlər. Biz, əlbəttə, onlara böyük mükafat verəcəyik!”.
“Əl-Muminun” 1, 2: “Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!) O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)”.
“Ən-Nur” 56: Namaz qılın, zəkat verin və Peyğəmbərə itaət edin ki, sizə rəhm olunsun!”.
“Ət-Tovbə” 112: (Onlar Allaha) tövbə, ibadət və şükür-səna edənlər, oruc tutanlar (və ya cihad uğrunda, elm təhsil etmək üçün yurdundan ayrılıb başqa yerlərə gedənlər), rüku və səcdə edənlər (namaz qılanlar), yaxşı işlər görməyi əmr edib, pis işləri yasaq edənlər və Allahın hədlərini (halal-haramı) qoruyanlardır. (Ya Rəsulum!) Belə möminləri (Cənnətlə) müjdələ!”.
“Yunus” 87: “Musaya və qardaşına: "Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və möminləri (zəfərlə, Cənnətlə) müjdələyin!" - deyə vəhy etdik”.


6. Öhdəsindən gələ bilmədiyin, tərk edə bilmədiyin zərərli vərdişləri tərk etməyə kömək edir.
“Əl-Ənkəbut” 45: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!”.

7. Haqq-hesab çəkiləcək gün (Qiyamət günü) ən birinci soruşulacaq əməldir. İmam Muhəmməd Baqir (ə) buyurur: “Qiyamət günü bəndədən soruşulan ilk əməl namazdır, əgər namaz qəbul olunsa, sair əməllər də qəbul olunacaqdır, əks halda sair əməllər ona heç bir fayda verməyəcəkdir”.

8. Özünə qədər edilmiş bütün günahları bağışladır.
“Hud” 114: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır)”.

“Nur”, 37: “O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi bir gündən (Qiyamət günüdən) qorxarlar. Allah onlara etdikləri əməllərin ən gözəl mükafatını versin, onlara olan lütfünü artırsın. Allah dilədiyinə saysız-hesabsız ruzi verər”.
Rəsuli-Əkrəm (s) buyurur: “Bir mələk hər namaz vaxtı nida edib deyir: Ey bəni-Adəm, namaza qalxın və öz əleyhinizə hazırladığınızı (cəhənnəm odunu namaz vasitəsi ilə) söndürün”.
İmam Əli (ə) buyurur: “Əgər namaz qılan şəxs Rəbbinin sonsuz rəhmətinin onun halına necə şamil olduğunu bilsəydi, heç vaxt başını səcdədən götürməzdi”.

9. Qəbul olunsa, sənin üçün Cənnəti vacib edir, yəni sən mütləq və mütləq Cənnətə daxil ediləcək kəslərdən olursan. “Əl-Həcc” 34, 35: “… Sizin tanrınız - yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. (Ya Rəsulum!) Sən də (Allaha) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver! O kəslər ki, Allahın adı çəkiləndə (zikr ediləndə) qəlbləri (qorxudan) titrəyər, üz verən müsibətlərə səbir edər, namaz qılar və onlara verdiyimiz ruzidən (ehtiyacı olanlara) sərf edərlər”.
“Məaric” 34-35: “Və o kəslər ki, namazlarını (layiqincə) hifz edərlər - məhz onlar cənnətlərdə ehtiram olunacaq (əzizlənəcək) kimsələrdir!”.
Həzrət Peyğəmbər (s) buyurub: “Namaz - cənnətin açarıdır”.


10. Heç nəyinə mane olmur, amma bütün etdiklərinə (sözsüz ki, xətalardan başqa) bərəkət və əbədilik gətirir. Əbədilik gətirir o deməkdir ki, artıq bütün yaxşı əməllərin hər iki mənzil - həm bu dünya, həm əbədi üçün hesaba alınır.
“Furqan” 77: “(Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar?...”.

11. Ruzini artırır.

12. Allahın ən bəyəndiyi əməldir. Rəsuli-Əkrəm (s) buyurur: “Vacib namaz Allah yanında yaxşı qəbul olunmuş min həcc və min ümrəyə bərabərdir”.
İbni Vəhəb deyir: “İmam Sadiqə (ə) sual verdim: “Ən ali əməl ki, insanları Allah Təalaya yaxın edir, hansıdır?” İmam buyurdu: “İmandan sonrakı şey namazdır. Görmürsən Allah Təala Quranda İsa ibni Məryəmin dili ilə nəql edir ki, o, deyir: “Allah Təala mənə namazı vəsiyyət etmişdir””.

13. Qəm-qüssədən azad edir. Həyatın çətinlikləri həm daha asan görünür, həm daha asan başa gəlir. “Əl-Bəqərə 277”: «İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!».

14. Olduğundan daha üstün və daha uğurlu olursan.
“Əl-Fəth” 29: “Muhəmməd (s) - Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. (Qiyamət günü onlar üzlərindəki möminlik nuru, alınlarındakı möhür yeri ilə tanınırlar). Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!”.

15. Yaşamaq eşqi verir. Yaşamağa, yaratmağa, irəli getməyə güclü stimul verir.

16. Allahla bağlantı olduğundan, gerçək azadlıq və azadəlik ruhu gətirir. Səadətə çatdırır.

“Əl-Cumuə” 10: “Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılın və Allahın lütfündən ruzi diləyib axtarın! (Yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, nicat tapıb səadətə qovuşasınız! (Hər iki dünyada muradınıza yetişəsiniz!)”.

17. Sağlamlıq gətirir.

18. Həyatın sistemli olur. Artıq intizamsızlıqdan xeyli daha az əziyyət çəkirsən.

19. Ziyankarlıqdan qurtuluş verir.
“Əl-Ənkəbut” 45: “(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın calalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!”.


20. Səni özünlə barışdırır və özünü özünə sevdirir.

21. Başucalığı və izzət gətirir.
“Əl-İsra” 79: “(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (Qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!”.
“Məryəm” 31: “O, harada oluramsa-olum, məni mübarək (həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən) etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu”.
“Əl-Ənfal” 2-4: “Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər. (Vaxtlı-vaxtında, lazımınca) namaz qılar və verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. Onlar - həqiqi möminlərdir. Onların öz Rəbbi yanında dərəcələri vardır. Onları (Qiyamət günü) bağışlanma və (Cənnətdə) tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!”.
Rəsuli-Əkrəm (s) buyurur: “Möminin şərəfi - gecə yuxudan durub namaz qılmaq, izzəti isə başqalarından ehtiyacsız olmaqdadır”.
İmam Cəfər Sadiq (ə) buyurur: “Üç şey möminin fəxri, dünyada və axirətdə zinətidir: Gecənin axırında namaz qılmaq, xalqın malına göz dikməmək, Həzrət Muhəmməd (s) övladlarından olan İmamın vilayətini qəbul etmək”.


Geri dön

Enerelen

  • 1 avqust 2011 11:59
  • Məqalə: 108
  • Şərh: 987
  • Bal:
twk maraqli xebere gore

--------------------
Artıq şeirlərimi, hekayələrimi və b. yaradıcılıq işlərimi paylaşmayacam.Məndən bu kimi işlərimin davamını gözləyən çox az saylı userlərdən üzr istəyirəm.

lema

  • 25 iyul 2011 15:20
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razi olsun.dogurdanda namaz sayesinde adam daha planli iw gorur.evvel cetindi sonra oyrewirsen.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

R.M_FaNaTka

  • 23 iyul 2011 19:30
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

sevgimden_utaniram

  • 23 iyul 2011 16:33
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
men qiliram cox sadam qilmagima winked Allah razi olsun..tesekkurler........

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

KUCUK_SIRLAR 1

  • 23 iyul 2011 16:22
  • Məqalə: 2
  • Şərh: 109
  • Bal:
{awards}
XƏBƏRƏ GÖRƏ TƏŞƏKKÜR

--------------------
♥ ♥
♥ ♥ ♥

MiLeyla

  • 23 iyul 2011 10:54
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
tewekkurler

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

KRiPToS

  • 23 iyul 2011 10:47
  • Məqalə: 555
  • Şərh: 2055
  • Bal:
{awards}
tewekkur edirem!!!

--------------------

ZAC EFRON

  • 23 iyul 2011 10:25
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
twkkkkkkkkkk

aid_fanatka

  • 23 iyul 2011 09:54
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk..............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Cilent_M.Q

  • 23 iyul 2011 01:19
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN Seymur551, cox gozel xeberdi

--------------------

v_i_p-

  • 23 iyul 2011 00:31
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
ela neceye verisrsen

Ay Üzlü

  • 22 iyul 2011 23:55
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
tewekkurler gozel xebere gore

DEAD ANGEL

  • 22 iyul 2011 23:52
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
MUELLIFE TSK winked

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

nice_angel

  • 22 iyul 2011 23:51
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
{awards}
tewekkurler

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

ZAC EFRON

  • 22 iyul 2011 23:48
  • Məqalə: 129
  • Şərh: 2367
  • Bal:
{awards}
ALLAH razi olsun!

NİKİ

  • 22 iyul 2011 23:14
  • Məqalə: 6
  • Şərh: 1319
  • Bal:
{awards}
xebere gore tewekkurler

--------------------
Çırpınarkən əlini uzadacaq dost əli axtararsınız,amma tapmasanız dərdlərnizlə başbaşa,kimsəsiz,sahibsiz qalarsız...!
Bilin ki,ALLAH kimsəsizlərin kimsəsidir...!
Bilin ki,ALLAH dostdur...!
"Dost istərsən ALLAH yetər"...!

heyasiz204

  • 22 iyul 2011 22:54
  • Məqalə: 27
  • Şərh: 1200
  • Bal:
{awards}
tewekkurler

--------------------
Xoşbəxtliyi dadmağın tək çarəsi, onu bölüşməkdir

SUADA_M

  • 22 iyul 2011 22:44
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN TEWEKKURLER...

--------------------

Abuzer_el_Gafari

  • 22 iyul 2011 22:24
  • Məqalə: 8
  • Şərh: 372
  • Bal:
{awards}
tesekkur))

KaRola_16

  • 22 iyul 2011 22:18
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ALLAH RAZI OLSUN MUELLIFE TEWEKKUR

--------------------

Mr.Perfect

  • 22 iyul 2011 22:17
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

music_angel

  • 22 iyul 2011 22:11
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun..tesekkurler........

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 10
Cəmi: 28

 

Top 10 Müəllif

Nergiz__Sirinova
Xəbərləri: 2
Cəmi: 327
 
Pıtırcık
Xəbərləri: 2
Cəmi: 385
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Awk bir hayal
Xəbərləri: 1
Cəmi: 137
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}