Həzrət Cəbrayıl (ə)

 
Həzrət Cəbrayıl (ə)

Cəbrayıl adı Quranda üç dəfə, Mikayıl adı isə bir dəfə işlənmişdir.
«Bəqərə» surəsinin 97-ci ayəsində deyilir: "Ya Muhəmməd, de: Cəbrayıla
düşmən olan şəxs bilsin ki, həqiqətən, o, Allahın izni ilə onu ( Quranı) sənin qəlbinə nazil etmişdir".

Cəbrayılı (ə) adı «Təhrim» surəsinin 4-cü ayəsində də bir dəfə işlənmişdir.
Bu ayələrdən göründüyü kimi bu iki mələk Allahın ən yaxın mələkləridir və
Cəbrayılın mənası "tanrı qüvvəti" mənasında işlənməlidir .
("Cəbr" qüvvət mənasında, "il" tanrı mənasında işlənmişdir).
Bu ayədən göründüyü kimi, Cəbrayıl (ə) Allah vəhyini Peyğəmbərə (s) çatdırır və
Quranı onun pak qəlbinə nazil edir. Ancaq «Nəhl» surəsinin 102-ci ayəsində
Cəbrayıl (ə) "Ruhul-quds" kimi tanıdılmışdır. "De: Onu (Quranı) Cəbrayıl sənin
Rəbbinin tərəfindən haqq olaraq nazil etmişdir ki, iman gətirənlərin
imanını sabitləşdirsin və müsəlmanlar üçün hidayət və bəşarət olsun".

Ancaq «Şüəra» surəsinin 191-ci ayəsində Quran o həzrətə Ruhul-əmin kimi müraciət edir.
Belə ki, müfəssirlərin izah etdiyi kimi Ruhul-Quds və Ruhul-Əmin həmin Cəbrayıldır (ə).

Əlimizdə olan hədislərdən eşidirik ki, Cəbrayıl (ə) Peyğəmbərə (s) müxtəlif simalarda
nazil olarmış. Belə ki, Mədinədə o, kişi simasında peyğəmbərə (s)
nazil olmuşdu, Hira dağında iri qanadları olan bir varlıq kimi nazil olmuşdu.

«Nəcm» surəsindən göründüyü kimi Peyğəmbər (s)
Cəbrayılı (ə) iki dəfə özünün əsl simasında görmüşdür.

İslam kitablarında adətən Allahın ən yaxın mələkləri dörd mələklərdir: Cəbrayıl,
Mikayıl, İsrafil və Əzrayıl. Onların içində də Cəbrayıl ən üstünüdür.

Yəhudi mənbələrində də Cəbrayıl və Mikayılın adı çəkilmişdir.
Həmçinin Daniyalın kitabında Cəbrayıl şeytanı məqlub edən və
Mikayıl isə İsrail ümmətinin himayəçisi kimi verilmişdir.

«Nəcm» surəsinin ilk ayələrinə nəzər salaq: "Onu çox qüvvətli olan mələk öyrətdi (5),
Qüvvət sahibidir (o, əsil xilqəti ilə Peyğəmbərə) göründü (6), Və o, lap uca üfüqdə idi (7),
Sonra yaxına gəldi və aşağı endi (8), İki yay qədəri, ya ondan daha yaxın oldu (9)».

Bu ayələrin təfsirində belə nəzəriyyə irəli sürülür ki, Peyğəmbərin (s) müəllimi Cəbrayıl Əmindir.
O, fövqəladə qüvvəyə mailk və Allahın vəhylərini Peyğəmbərə (s) çatdırandır.
Onun üfüqdə zahir olması və bütün şərq və qərbi tutması o qədər əzəmətli idi ki,
Peyğəmbəri (s) həyəcana gətirdi. O, Peyğəmbərə (s) o qədər yaxınlaşdı ki,
onların arasında bir fasilə qalmamışdı. Bu Cəbrayılın (ə) əsl siması idi.
Və ikinci dəfə Peyğəmbər (s) onu bu simada meracda görür.

Bəs Cəbrayılı (ə) niyə Ruhul-Quds adlandırırlar? Çünki ruh məfhumu mələklər üçün
aydındır və onlara ruh deyilməsi tamamilə düzgündür və ona əlavə olunan
Quds kəlməsi onun fövqəladə paklığına işarə edir. Beləliklə, Quran ayələrindən göründüyü kimi,
Cəbrayıl (ə) Allahın ən yaxın mələyi olaraq, Peyğəmbərə (s) Allah kəlamlarını nazil etmişdir.


Geri dön

nice_angel

  • 30 iyul 2011 15:36
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
xebere gore twk...

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

DEAD ANGEL

  • 23 iyul 2011 15:50
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
SUPER XEBER IDI MUELLIFE TWK
winked

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

music_angel

  • 23 iyul 2011 15:48
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun gozel movzuya gore tesekkurler.........

--------------------

Sweet life

  • 23 iyul 2011 15:16
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
tesekkur edirem...

--------------------

OK

  • 23 iyul 2011 12:48
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}

--------------------

Mr.Perfect

  • 23 iyul 2011 12:20
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 23
Cəmi: 39

 

Top 10 Müəllif

♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1135
 
 
{slinks}