Xanım Fatimənin (s.ə) fəzilətləri dəryasından bir damla

 
Xanım Fatimənin (s.ə) fəzilətləri dəryasından bir damla

Həzrət Fatimeyi-Zəhra (s.ə) xilqətin başlanğıcından sonuna qədər qadınların ən sevimlisi, ən fəzilətlisi, ən üstünüdür. Atası Rəsulallahdan (s), həyat yoldaşı Əli ibni Əbi Talibdən (ə) və Məsum İmamlardan (ə) başqa heç bir kişi və qadın onun nail olduğu məqama nail olmamışdılar. Baxmayaraq ki, İslam tarixində Əbilfəzl Abbas (ə), İmam Kazımın (ə) oğlu Əhməd ibn Musa (ə), İmam Müctəbanın (ə) nəvəsi Əbduləzim Hüseyni (ə), Həzrət Zeynəbi-Kubra(ə) kimi şəxsiyyətlər olmuşdular, ancaq onların heç birinin məqam və rütbəsi xanımın məqamına qədər deyil.

Xanım vəhy evində və peyğəmbərlik məktəbində tərbiyə almışdı. Həyat yoldaşı Əli ibni Əbi Talib (ə) kimi uşaqlıqdan Rəsulallahın (s) tərbiyəsi altında böyümüşdür. Həzrət Peyğəmbər (s) qızının fövqəladə elmi istedadlarına diqqət edərək, bir an belə onun tərbiyəsindən qafil olmamışdır. Onu insanın çata biləcəyi ən yüksək məqama çatdırmışdı. Həzrətin (s) dediyi kimi, əgər Əli ibni Əbi Talib (ə) olmasaydı, Adəmdən o zamana qədər Fatiməyə (s.ə) layiq bir insan tapılmazdı.

Həzrət Zəhranın (s.ə) rəftar və əxlaqı atası, həyat yoldaşı və övladları kimi hüccət hesab edilir. O, doğrudan başqa bir şey deməmişdir. O, bütün möminlər üçün nümunədir və bütün xəlq olmuşlar üçün hüccətdir.

Nurani kəlam

Həzrət Peyğəmbər (s) bir gün müsəlmanlara sual verir: “Mənə xəbər verin görüm, qadınlar üçün ən yaxşı şey nədir? Bir çoxları bu suala cavab verirlər, ancaq Həzrət (s) qane olmur. Həzrət Zəhra (s.ə) buyurur: “Qadın üçün ən yaxşı şey odur ki, kişiləri görməsinlər və kişilər də onları görməsinlər.” Peyğəmbər (s) bu cavabdan elə fərəhlənir ki, buyurur: “Fatimə mənim bədənimin bir parçasıdır”.

Bəli, Həzrət Zəhranın (s.ə) valideynləri varlıq aləminin ilk insanı olan Rəsulallah (s) və varlıq aləminin kamil qadınlarından biri olan Xədicə-Kubra (s.ə) idi. Əgər Fatimə (s.ə) tərbiyəsinin məhsulu ancaq Zeynəb (s.ə) olsaydı, Həzrət Zəhranın (s.ə) əzəmət və iftixarına kifayət edərdi. Dünyanın heç bir yerində belə bir ailə tapmaq mümkün deyildir ki, ata da məsum olsun, həyat yoldaşı və övladları məsum olsunlar, xanımın özü də məsum olsun. Fatimənin (s.ə) evindən başqa bir yerdə bu cür dahi insanlar toplaşa bilməzlər. O, fəzilətin zirvəsində idi və onu hər insan dərk edə bilməz.

İmam Sadiq (ə) buyurur: “O, Siddiqeyi-Kubradır (s.ə) ki, onun bilik mehvəri üzərində keçmiş əsrlər dövrə vururlar”. Onu necə tanımamaq olar. Belə ki, Allah buyurmuşdur: “Ey Əhməd! Əgər sən olmasaydın, varlıq aləmini yaratmazdım. Əgər Əli (ə) olmasaydı, səni xəlq etməzdim, əgər Fatimə (s.ə) olmasaydı, siz iki nəfərə vücud verməzdim”.

Əziz Peyğəmbərimiz (s) onun haqqında buyurmuşdur: “Əgər (yaxşılıqlar) gözəlliklər insan şəklini alsaydı, o Fatimə olardı. Həqiqətən qızım Fatimə yer üzərindəki ən üstün insandır, həm zatı baxımından, həm də şərafəti baxımından”.

Həzrət Sahibi-Zaman (ə.f.) bu xanım haqqında buyurmuşdur: “Rəsullahın (s) qızı mənim üçün gözəl bir nümunədir. Tezliklə alçaq nadanlar öz əməllərini görəcəklər və kafirlər başa düşəcəklər ki, işin sonu kimin xeyrinə olacaqdır”.

Həzrət Fatimə (s.ə) - tanınmayan Qədr gecəsidir. İmam Sadiq (ə) buyurur: ““Biz Quranı Qədr gecəsində nazil etdik”. (Gecə dedikdə məqsəd) Fatimədir və Qədr dedikdə məqsəd Allahdır. Nəticədə hər kəs Fatiməni tanımalı olduğu qədər, Qədr gecəsinin həqiqətini dərk edər. Fatimə ona görə “Fatimə” adlandırılmışdır ki, məxluqlar onun bilik mahiyyətindən acizdirlər”.

Həzrət Zəhranın (s.ə) fəziləti lazım olan qədər dərk edilməmişdir və əlbəttə inkar da edilməmişdir. Həzrət Peyğəmbər (s) buyurur: “Vay (əzab olsun), yenə vay, vay o kəsə ki, Zəhra (s.ə) fəzilətində şəkk etmişdir”.

Fatimeyi-Zəhra (s.ə) əhli-təsənnün alimlərinin nəzərində

1. İbni Səbağ Maliki: “Fatimə iftixarında ancaq o bəsdir ki,
bəşər xeyrini istəyən Peyğəmbərin (s) qızı idi. Fatimənin viladəti pak və seyyidədir”.

2. Muhəmməd ibni Təlhə Şafeyi: “Mübahilə ayəsinə və orada olan mənalara diqqət et ki, Fatimə məqamının aliliyinə işarə edir. Necə o, ortada dayanmışdı (Gedən zaman xanım Peyğəmbər (s) ilə Həzrət Əli (ə) arasında dayanmışdı). Bu yolla onun məqam və səviyyəsi daha çox aydın oldu”.

3. Abbas Mahmud: “Hər bir dində bir kamil qadın siması vardır ki, hamı onu müqəddəs sayır. Guya o, Allahın kişi və qadınlar arasında olan nişanəsidir. Xristianlıqda Məryəmin siması, İslamda isə Fatimeyi-Bətulun siması qərar tutur”.

Fatimeyi-Zəhranın (s.ə) fəzilətlərindən bəziləri

1. Zəhranın (s.ə) doğumu.

40 gün gecə-gündüz ibadətdən sonra Allah Təala Həzrət Peyğəmbərə (s) yemək göndərir və Həzrət bu yeməklə iftarını açandan sonra Cəbrayıl (ə) ərz edir: “Ey Allahın Rəsulu! Bu gecə müstəhəb gecə namazını burax və Xədicənin evinə tələs! Çünki Allah iradə etmişdir ki, pak bir övlad xəlq etsin”.

Bir müddətdən sonra Cəbrayıl (ə) Peyğəmbərə (s) belə bir müjdə verir: “Ey Rəsullah! Xədicənin (s.ə) rəhmində olan uşaq əziz bir qızdır ki, sənin nəslin onun vasitəsilə yaranacaqdır. O, İmamların və din rəhbərlərinin anasıdır, vəhy kəsiləndən sonra sənin canışinin olacaqdır”.

Hamiləlik dövrü bitən zaman Xədicəyə (s.ə) Allah, mələklər və səma qadınları yardım edirlər. Bu yolla əziz Fatimə (s.ə) öz nuru ilə aləmlərin şərq və qərbini aydınladır.

2. Həzrət Fatimənin (s.ə) nuru.

Həzrət Peyğəmbər (s) buyurur: “Fatimənin nuru yer və göy xəlq olmamışdan qabaq yaradılmışdı.” İnsanların bəziləri dedilər: “Ey Allahın Peyğəmbəri! Zəhra insan deyildir?” Həzrət buyurur: “Fatimə (s) - bəşər hurisidir”.

3. Xanım Zəhranın (s.ə) adı.

Yunis deyir ki, İmam Sadiq (ə) buyurmuşdur: “Allah yanında Fatimənin (s.ə) doqquz adı vardır: Fatimə, Siddiqə, Mübarəkə, Tahirə, Zəkiyyə, Raziyyə, Mərziyyə, Muhəddəsə, Zəhra”. Sonra mənə buyurdu: “Fatimənin məna və təfsirini bilirsən?” Dedim: “Siz buyurun”. İmam (ə) buyurdu: “Fatiməni ona görə Fatimə adlandırmışdılar ki, şərdən uzaqdır”.

Fatimə adı haqda başqa yerdə buyururlar:

1. Fatimə - Allahın adlarından birindən (Fatirdən) götürülmüşdür.

2. Çünki onun dostları və davamçıları cəhənnəm atəşindən amandadırlar.

4. Xanım Fatimənin (s.ə) ibadəti.


İmam Sadiq (ə) buyurur: “O zaman ki, Fatimə ibadət mehrabında dayanırdı, onun nuru səma əhlini nurlandırırdı. Necə ki, ulduzlar yer əhlini nurlandırır”.

İmam Həsən (ə) buyurur: “Dünyada Fatimədən daha çox ibadət edən yox idi. O qədər ibadət edərdi ki, mübarək ayaqları qabar bağlayardı”.

5. Həzrət Fatimənin (s.ə) ixlası.

Hüseyn ibni Ruha sual verirlər: “Peyğəmbərin (s) neçə qızı var idi?” Deyir: “Dörd qızı”. Sual verirlər: “Hansı daha üstün idi?” Deyir: “Fatimə, ona görə ki, Peyğəmbər (s) (elminin) varisi idi. Peyğəmbərin (s) nəsli də onun vasitəsilə yaranmışdır. Allah bu iki xüsusiyyəti onun ixlasına görə inayət etmişdir”.

6. Həzrət Fatimənin (s.ə) təsbihi və zikri.

Həzrət Əlidən (ə) nəql edilmişdir: “Xarici padşahlardan biri Peyğəmbərə (s) qul hədiyyə edir. Mən Fatiməyə dedim ki, Peyğəmbərin (s) yanına get və özün üçün xidmətçi istə. Zəhra Peyğəmbərin (s) yanına gedir və bu mövzunu ona deyir. Peyğəmbər (s) cavabında buyurur: “Fatiməcan! Sənə elə şey verim ki, xidmətçidən və bu dünyada olanlardan daha yaxşıdır. Namazdan sonra 34 dəfə “Allahu Əkbər”, 33 dəfə “Əlhəmdulillah” və 33 dəfə “Sübhənallah” de. Sonra bu üç zikri “La İlahə İlləllah” ilə sona çatdır. Bu sənin üçün istədiyindən və dünyada olanlardan daha yaxşıdır”.

7. Həzrət Fatimənin (s.ə) elmi.

İnsanların elmi adətən sonradan əldə olunur, ancaq peyğəmbərlərin və İlahi övliyaların elmi İlahidəndir. Fatimənin elmi də Allahdan idi. Süleyman deyir: “Əmmar mənə dedi: Təəcüblənəcəyin bir şeydən sənə xəbər verimmi?”. Sonra dedi: “Bir gün İmam Əli (ə) ilə bir yerdə Fatimənin (s.ə) yanına getmişdim. O zaman ki, Zəhranın (s.ə) gözü Əliyə (ə) sataşır, buyurdu: “Yaxın gəl, Qiyamətə qədər keçmişin, indinin və gələcəyin hədisini sənə söyləyim”. Gördüm ki, Əmirəl-möminin (ə) geri qayıtdı və Peyğəmbərin (s) yanına getdi. Həzrət buyurdu: “Ey Əbəl Həsən, yaxın gəl!”. Əli (ə) Peyğəmbərin (s) yanında əyləşir. Sakit olandan sonra Peyğəmbər (s) buyurur: “Mən xəbər verim, yoxsa özün xəbər verirsən?”. Ərz edir: “Sizin xəbər verməyiniz daha yaxşıdır”. Həzrət Əlinin (ə) başına gələnləri şərh edir. Əli (ə) buyurur: “Fatimənin nuru bizim nurumuzdandır?” Həzrət buyurur: “Məgər bilmirsən?”. Bu zaman Əli (ə) şükür səcdəsi edir.”

8. Həzrət Fatimə (s.ə) mühəddisə (hədis bilən) idi.

İmam Sadiq (ə) buyurur: “Rəsullahın qızı Fatimə mühəddisə idi, nəinki peyğəmbər. Fatiməni ona görə mühəddisə adlandırmışdılar ki, səmadan mələklər ona nazil olmuşdular. Onunla Məryəm kimi söhbət edirdilər”.

9. Həzrət Fatimənin (s.ə) bəxşişi.

Ən gözəl infaq (ehtiyacı olana malını vermək) odur ki, ən sevimli şeyini infaq edəsən. Fatimənin (s.ə) infaqları bu cür olmuşdur. Buna xanımın toy günü köynəyini və boyunbağını infaq etməsini misal göstərmək olar.

10. Həzrət Fatimənin (s.ə) yaxşı həyat yoldaşı olması.

Hədisdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) Əlidən (ə) soruşur: “Həyat yoldaşın Fatiməni necə gördün?” O, cavab verir: “Allah bəndəliyində və itaətində ən gözəl yar kimi gördüm”. Fatimədən (s.ə) də həmin sualı soruşur və xanım cavab verir: “O, ən yaxşı ərdir”.

11. Həzrət Fatimənin (s.ə) şəfaəti.

Həzrət Peyğəmbər (s) İmam Həsən (ə) və İmam Hüseynə (ə) buyurur: “Sizin hər ikiniz İmamsınız. Şəfaət isə ananıza aiddir”.
Bəli, xanım Fatimənin (s.ə) fəzilətlərini saymaqla bitməz. Bu sevimli xanım - göydən enmiş yer mələyi idi. O qədər məsum və qüsursuz idi ki, düşmənləri belə onun bu məsumluğunu inkar edə bilmirdilər. O, yer üzərini öz nuru ilə nurlandırdı. Qısa zamanlı bir ulduz kimi parlayıb, getdi. Ancaq arxasında o qədər şey qoyub getdi ki, saymaqla bitməz. Məsum İmamların (ə) anası olmaqla yanaşı, biz Əhli-Beyt (ə) davamçılarının da kamil qadın nümunəsi hesab edilir. Allah bizi xanımın şəfaətinə layiq etsin və onun mübarək nəzərləri üzərimizdən əskik olmasın. Amin!


Geri dön

R.M_FaNaTka

  • 23 iyul 2011 19:15
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
tesekurler...

--------------------

music_angel

  • 23 iyul 2011 15:46
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler.........Allah razi olsun sizden

--------------------

Sweet life

  • 23 iyul 2011 15:14
  • Məqalə: 53
  • Şərh: 1261
  • Bal:
{awards}
tesekkuir edirem

--------------------

★Azerbaijan girl★

  • 23 iyul 2011 13:25
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
ALLAH razi olsun tskler

OK

  • 23 iyul 2011 12:49
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}

--------------------

-marissa

  • 23 iyul 2011 12:43
  • Məqalə: 0
  • Şərh: 277
  • Bal:
{awards}
twk..................

twk..................

Mr.Perfect

  • 23 iyul 2011 12:19
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

YazYamuru

  • 23 iyul 2011 12:07
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeee ka$ki her bir insan bele oleydi onda her kes cennetlik olardi love

--------------------



DEAD ANGEL

  • 23 iyul 2011 11:49
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
MARAQLI XEBER IDI MUELLIFE TWK

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 38
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 22
Cəmi: 479
 
♔Hе важно∞
Xəbərləri: 9
Cəmi: 42
 
Nergiz__Sirinova
Xəbərləri: 4
Cəmi: 376
 
SweeTy_
Xəbərləri: 3
Cəmi: 580
 
.::şirin_qız::.
Xəbərləri: 3
Cəmi: 28
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 1
Cəmi: 1140
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}