Mübarək Ramazan Ayı Yaxınlaşır

 
Mübarək Ramazan Ayı Yaxınlaşır

Aləmlərin Rəbbi olan Allaha həmd olsun və Allahın salavatı və salamı Qiyamət gününədək Onun yolunu gedənlərin üzərinə olsun.
Müsəlman bacı və qardaşlar! Allahdan haqqı ilə qorxun, çünki təqva yaxşıların azuqəsi, xeyirli insanların sərmayəsidir. Müsəlmanlara xüsusi, şərəfli və dəyərli olan uca bir ay gəlir. Allah Quranı bu ayda endirmiş, bu ayda oruc tutmağı fərz qılmışdır.

Mübarək Ramazan Ayı Yaxınlaşır

Bu ay gecə namazı qılmaq və Quran oxumaq ayıdır, bağışlanma zamanıdır, sədəqə və ehsan mövsümüdür. Bu ayda xeyirlər ard-arda gəlir və bərəkət hər yeri bürüyür. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurur: “Sizə Ramazan gəldi. O mübarək bir aydır. Allah bu ayda sizə oruc tutmağı fərz etdi. Bu ayda səma qapıları açılır, Cəhənnəm qapıları isə bağlanır və azğın şeytanlar isə zəncirlə bağlanır. Bu ayda min aydan daha xeyirli bir gecə vardır. Həqiqi məhrum olanlar da bu gecənin xeyrindən məhrum olanlardır.” (Nəsai)

Mübarək Ramazan Ayı Yaxınlaşır

Ayların ən şərəflisini və Allah qatında ən dəyərlisini Uca Allah, ibadət və itaət növləri ilə yarışdığı bir meydan etmişdir. Ramazan ayı nəfislərin təmizlənməsi, qardaşlıq bağlarını bir-birindən qopardan kin-küdurətdən uzaqlaşmaq üçün bir fürsətdir. Günahlarla Ramazanı qarşılayan, ata-anasına pislik edən, onlarla kobud davranan, qohumları ilə əlaqəni kəsən, qardaşından küsən, danışanda qeybət edən insan Ramazandan necə faydalana bilər?! Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Pis sözləri və pis əməlləri tərk etməyənin yeməyi və içməyi tərk etməsinə Allahən ehtiyacı yoxdur.” (Buxari)

Mübarək Ramazan Ayı Yaxınlaşır

Orucun ən yüngül tərəfi yemək və içməyi tərk etməkdir. Keçmiş alimlər oruc tutduqlarında məscidlərdə otururdular, bunun səbəbini soruşanda belə deyirlər: “Orucumuzu qoruyuruq”. Bu ayda Rəblərinə ibadətdə ciddi olanlar məscidlərə möhkəm sarılar, camaatla birlikdə gecə və gündüz namazları qılar, qonşularına, qohumlarına, ehtiyacı olanlara imkanları daxilində yardım edər, iftar verərdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: “Bir orucluya iftar verən oruc tutmuş kimi savab qazanır.” (Tirmizi)

Mübarək Ramazan Ayı Yaxınlaşır

Bu ayda müsəlmanlar məscidlərdə etiqafa girirlər. Etiqaf Ramazanın son 10 günündə daha fəzilətlidir. Həmçinin bu ayda Umrə edirlər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: “Ramazanda edilən umrə Həccə bərabərdir.” Başqa bir rəvayətdə: “mənimlə Həcc etməyə bərabərdir.” Həmçinin, zikri və duanı da çoxaldırlar, xüsusi ilə də iftar vaxtı dua daha fəzilətlidir. Çünki bu vaxt oruc tutanın etdiyi dua geri çevrilməyən dualardandır. Həmçinin, gecənin üçdə birində Uca Allah dünya səmasına enərək qullarına belə buyurur: “Kim mənə dua etsə duasını qəbul edərəm, kim məndən isdəsə ona verərəm.”

Mübarək Ramazan Ayı Yaxınlaşır

Insanın öz nəfsini islah etdikdən sonra edəcəyi ən fəzilətli əməllərdən biri də başqalarını islah etməsidir, başqalarını Allahın dininə dəvət etməsidir, insanların hidayətə qovuşması üçün çalışmasıdır, əxlaqda və əməllərdə naqislik olanların düzəldilməsi üçün səy göstərməsidir. Uca Allah buyurur: “Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam” deyən kəsdən daha gözəl danışan kim ola bilər?” (Fussilət, 33) Dəvət sahəsi geniş bir sahədir. Səmimi nəsihətdir, doğru bir sözdür, elm və əməl, təqva, əxlaq baxımından çox şaxəlidir. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurub: “Bir xeyir işə səbəb olan onu etmiş kimi savab qazanır.” Başqa bir hədisdə “Bir nəfərin sənin vasitənlə hidayətə qovuşması dünya və içindəki hər şeydən xeyirlidir” deyə buyurmuşdur. Hədisi Muslim rəvayət etmişdir. Doğruluq və hidayətə yüksəlmək üçün səmimiyyətlə Ramazanı malını haramdan təmizləyərək qarşıla! Haram mal dünyada və axirətdə bəlaya səbəb olur. Haram mal ilə birlikdə dua qəbul olunmaz, o duaya səma qapıları açılmaz. Bu işdə tələs, özünə yaxşıca bax, nəfsini və ailəni yoxla və hər haram maldan təmizlə. Allahın önündə səmimi bir qəlblə dur ki, Allah duanı eşitsin.


Geri dön

nice_angel

  • 30 iyul 2011 15:55
  • Məqalə: 18
  • Şərh: 736
  • Bal:
xebere gore twk...

xebere gore twk...
sagol baciw......

--------------------
☜♡☞ ☜♡☞ ☜♡☞ ☜♡☞
▂ ▃ ▄ ▅ ▆ ▇ █ █ ▇ ▆ ▅ ▄ ▃ ▂ _

.....(¯`v´¯)
..... ·.¸.·´
...¸.·´ ♥
.. ( ♥ LoVe ♥

NELLY19

  • 24 iyul 2011 14:12
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
xebere gore tesekkurler

lema

  • 23 iyul 2011 20:33
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
Allah razi olsun.sebirsizlikle Ramaza ayini gozleyirem.

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

DEAD ANGEL

  • 23 iyul 2011 19:30
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
muellife twk

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir

★Azerbaijan girl★

  • 23 iyul 2011 19:18
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
inwalla yaxsi olar .tskler

R.M_FaNaTka

  • 23 iyul 2011 19:02
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

aid_fanatka

  • 23 iyul 2011 18:25
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.,...........

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Ay Üzlü

  • 23 iyul 2011 18:23
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
ILK SERH MENDE TEWEKKURLER

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 43
Cəmi: 57

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}