Görüşmək (Ziyarət)

 
Görüşmək (Ziyarət)


Görüşmək (Ziyarət)

880. Allaha xatir görüşməyə həvəsləndirmək

2828.Allahın Peyğəmbəri (s): «Kim bir ehtiyaca görə yox, yalnız mömin qardaşını görmək üçün onun evinə gedərsə, Allahı ziyarət edənlərin sırasında yazılar. Öz qonaqlarına ehtiram etmək isə Allaha layiqdir.» (Biharul-Ənvar, c.77,səh. 192 , hədis 11)

2829. İmam Əli (ə): «Allaha xatir ziyarət edin. Allaha xatir dostluq edin. Allaha xatir bəxşiş edin və bəxşiş verməməkdən Allaha xatir çəkinin. Allahın düşmənləri ilə əlaqəni kəsin və Allahın dostları ilə əlaqə yaradın.» (Ğurərul-Hikəm,hədis 5492)

2830. İmam Baqir (ə): «Evlərinizdə bir-birinizlə görüşün. Çünki bu bizim işimizi dirildər və bizim işi dirildənə Allahın rəhməti olsun.» (Biharul-Ənvar, c.2,səh. 144 , hədis 6)

2831. İmam Sadiq (ə): «Kim Allah yolunda və Allaha xatir öz mömin qardaşını görməyə gedərsə Qiyamət günü nurlu libasların arasından vuqarla keçər və nəyin yanından keçərsə onu işıqlandırar.» (Biharul-Ənvar, c.74,səh. 347 , hədis 8)

2832. İmam Sadiq (ə): «Bir-birinizlə görüşün və ziyarət edin ki, görüşləriniz qəlblərinizin diri qalmasına, bizim hədislərin yad edilməsinə səbəb olar və bizim hədislər sizi bir-birinizə mehriban edər. Əgər onlara əməl etsəniz kamillik və nicat tapacaqsınız. Əgər tərk etsəniz yolu azıb, məhv olacaqsınız. Beləliklə, bizim hədislərə əməl edin ki, belə olan halda mən sizin nicat tapmanıza zaminəm.» (əl-Kafi, c.2,səh.186 , hədis 2)

2833. İmam Kazim (ə): «Mömin qardaşların bir-birilə Allaha xatir görüşməsi qədər heç bir şey iblisi və onun ordusunu darmadağın etmir.» (əl-Kafi, c.2,səh. 188 , hədis 7)


881. Qardaşlarla görüşməyin səmərələri

2834. Allahın Peyğəmbəri (s): «Görüşmək və ziyarət məhəbbət (toxumu) bitirər.» (Biharul-Ənvar, c.74,səh. 355 , hədis 36)

2835. İmam Cavad (ə): «Din qardaşları ilə görüşmək, qısa olsa belə, əqlin çiçəklənməsinə və bar verməsinə səbəb olar.» (Biharul-Ənvar, c.74,səh. 353 , hədis 26)


882. Görüşməyin qaydası

2836. Allahın Peyğəmbəri (s): «Bir gündən bir ziyarət et ki, daha sevimli olasan.» (Biharul-Ənvar, c.74,səh.355 , hədis 36)

2837. İmam Əli (ə) (oğlu Hüseynə (ə) vəsiyyətindən): «Çox görüşmək pərişanlıq gətirər.» (Biharul-Ənvar, c.77,səh.237 , hədis 1)

2838. İmam Əli (ə): «Öz (din) qardaşının dostluğuna əmin olanda, artıq nə vaxt onun ziyarətinə gedəcəyinə və onun sənin ziyarətinə gələcəyinə əhəmiyyət vermə.» (Ğurərul-Hikəm,hədis 4087)

Görüşmək (Ziyarət)


Geri dön

only-girl

  • 11 sentyabr 2011 11:22
  • Məqalə: 1002
  • Şərh: 5026
  • Bal:
Allah razi olsun sizden ellerin agrimasin

--------------------

R.M_FaNaTka

  • 24 iyul 2011 20:38
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twk

--------------------

aid_fanatka

  • 24 iyul 2011 16:11
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk,......................

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

NELLY19

  • 24 iyul 2011 13:47
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
xebere gore tesekkurler

OK

  • 24 iyul 2011 10:47
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}


--------------------

RaminYek

  • 24 iyul 2011 01:18
  • Məqalə: 44
  • Şərh: 569
  • Bal:
{awards}
twk

--------------------
Ay gecəni mən səni sevdiyim qədər sevsəydi,Günəş yer üzünə həsrət qalardı...

Mr.Perfect

  • 23 iyul 2011 22:22
  • Məqalə: 333
  • Şərh: 1015
  • Bal:
{awards}
twk

--------------------

music_angel

  • 23 iyul 2011 22:07
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler muellife

--------------------

YazYamuru

  • 23 iyul 2011 22:04
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
Te$ekkürler gözel yazIdIr...Ziyaret etmeyi cox sevirem ..insanlarI,pir ve ocaqlarI...Allah bizleri daima düz yolda etsin...

--------------------



DEAD ANGEL

  • 23 iyul 2011 22:04
  • Məqalə: 5
  • Şərh: 827
  • Bal:
{awards}
maraqli idi muellife twk

--------------------
heyati yawamaq bir omur deyil ondan yawaya yawaya hezz almaqdir
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 27
Cəmi: 51

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 767
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}