"Allahı çağır, Dua et, deməki, artıq iş-işdən keçib''

 
"Allahı çağır, Dua et, deməki, artıq iş-işdən keçib''

“Dua və Allah dərgahında yalvarış.

Həmişə dua edin, deməyin ki, Allahın qəza və qədəridir. Əgər istəsə verərdi, istəməsə verməz. Xeyr, belə deyildir. Bəzən Allah təqdir edər, ancaq eyni zamanda buyurur ki, dua et, əgər istəsən verərəm. Ancaq ağzın bağlı olsa, verməyəcəyəm. Allahı çağır, demə ki, artıq iş-işdən keçmişdir. Bu cür deyildir. Allah hər bir şəxs üçün dərəcələr təqdir etmişdir. O da istəmək şərti ilədir. Əgər istəsən verərəm, əgər istəməsən, verməyəcəyəm.

O bəndə ki, ağzını bağlamışdır və Allahın nökərliyini etmir, Allah ona heç nə verməz. Gərək “Allah, Allah” deyəsən. Allahı çağırasan. Allah sevər ki, bəndəsi desin “Ya Allah”. Şübhəsiz ki, heç bir “Ya Allah” cavabsız qalmaz. Ona görə dua edin ki, Allah da yerinə yetirsin. Əgər etinasızlıq etsəniz, Allah sizə heç nə verməyəcəkdir.

Biz məxluquq. Ona görə də Allahdan hacətlərimizi istəməliyik. Allahın nökəri olmaq - izzətdir. Əslində bu nökərliyin xüsusi ədəbi vardır, belə ki, yanar qəlb və yaşlı göz istəyir. Bunun da şərtləri vardır. Gərək yeməyin və işin pak olsun ki, duların qəbul ola bilsin. Sonralar isə əmr- be-məruf və nəhy-əz-munkər etmək lazımdır. Bu iki əsas şey sizin həyatınızda olmalıdır ki, dualarınız qəbul olunsun.

Dua ilə əmr-be-mərufun rabitəsi

O zaman ki, insanlar günah işlədirlər, haram musiqiyə qulaq asırlar, riba edirlər, onlara əmr-be-məruf və nəhy-əz-munkər edin. Əgər bu işi görməsəniz, əmin olun ki, onların şərləri sizə də çatacaqdır. Nə qədər yaxşı insanlar dua etsələr də, mühit əmr-be-məruf və nəhy-əz-munkər mühiti olmadığından, onların da duası qəbul olunmur.

İbadət və insan ruhunun tərbiyəsi

Biz zahirimizə yapışmış və xaricimizi boş buraxmışıq. Ruhimiz əgər şirk və nifaqladırsa, onda biz biçarəyik. Həmişə bədənimizin zahirini müalicə edirik. Çalışırıq ki, xərçənglə xəstələnməyək. Ancaq ruhumuzu müalicə etmirik. Biz ibadətin zahirinə qarşı ciddiyik. Səy edirik. Zahiri ibadətə yapışmışıq, ancaq batinə qarşı bu cür deyilik.

Dəstəmaz alanda görəsən bilirikmi ki, bu nədir? Bəlkə ancaq onun zahirinə diqqət edirik. Dəstəmaz zamanı bədənimizin zahirini pak etdiyimiz kimi, ruhumuzu da pak etməliyik. Çünki ruhumuz da çirklənir. Bədənimizi insanlara görə pak edirik. Ancaq canımızı Allaha görə pak etmirik. Namazımızın zahiri gözəldir. Ancaq batini zəifdir. Çünki qəlb dəstəmazı da almalıyıq. Çirkli ruh həris, bədbin, pis xasiyyət və töhmətcil olar. Namaz da qəbul olmaz. Namaz düzdür, ancaq qəbul olunmur. Bədən namazının bədən dəstəməzına ehtiyacı vardır, qəlb namazının isə qəlb dəstəməzına ehtiyacı vardır.

Həccimizin zahiri də çox gözəldir. Ancaq batini necədir? Məkkəyə getməzdən əvvəl qəlbini Allahdan qeyrisindən təmizləmisənmi? Həqqun-nası vermisənmi? Allahdan qeyrisini qəlbinizdən çıxartsanız, məhrəm olarsınız. Nə qədər Allahdan qeyrisinlə olarsan, qəlbinə haram etmiş olarsan.

Biz Allahdan aldığımız hər şeyi Allahın torpağına qoyuruq. Sol tərəf də, sağ tərəf də Allahındır. Sonra Allah deyirik, bəs niyə Allahı görmürük? Bu, bizim canımızın korluğundandır. Balıq o zamana qədər ki, dənizdədir, suyu tanımır, ancaq onu torpağa atan zaman o suyu tanıyar. Ağzı ilə deyər: su, su, su.

Zahir də olmalıdr, onu dayandırmaq da düz deyildir. Bir yerdə dayanmaq da yaxşı deyildir. Fəryad çəkmək çox mühüm deyildir. Baxın görün “Ərəfə” duasında İmam Hüseyn (ə) nə demişdir. Əgər bir cümləni belə dərk etsəniz, kifayətdir. Dörd saat dalbadal bu duanı oxuyuruq, fəryad çəkirik, ağlayırıq da. Bunlar da yaxşıdır, ancaq bir cümləsini dərk etsən, daha yaxşıdır. Bir cümləni dərk etməklə kor olan gözümüz açılar və yeddi yaşlı uşağın yanında pis iş görmərik. Allah qarşısında günah işlədirik, ancaq buna görə xəcalət çəkmirik. Ancaq dörd saat dalbadal “Ərəfə” duasını oxuyuruq, ancaq əməl etmirik.”


Geri dön

R.M_FaNaTka

  • 24 iyul 2011 20:37
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
twkler

--------------------

aid_fanatka

  • 24 iyul 2011 16:00
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk.............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

music_angel

  • 24 iyul 2011 13:17
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah sizden razi olsun

--------------------

Lindo

  • 24 iyul 2011 13:15
  • Məqalə: 437
  • Şərh: 2393
  • Bal:
{awards}
təşəkkür edirəm maraqlıdı bilmədiyimi öyrəndim

MiLeyla

  • 24 iyul 2011 12:47
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
TEWEKKURLER.ALLAH RAZI OLSUN

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

beauty

  • 24 iyul 2011 12:11
  • Məqalə: 13
  • Şərh: 274
  • Bal:
{awards}
tewekkurler

--------------------
Axmaq qabaqda durur ki, hamı onu görsün. Ağıllı arxada durur ki, o hamını görə bilsin!

NELLY19

  • 24 iyul 2011 12:00
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
tsklerrrrrrrrrrrrrr

OK

  • 24 iyul 2011 10:44
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}


--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 62
Cəmi: 86

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 332
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}