Ayaqqabı alarkən nəyə diqqət etməliyik?

 
Ayaqqabı alarkən nəyə diqqət etməliyik?

Ayaqqabı alarkən nəyə diqqət etməliyik?

yaqqabı hər zaman insan geyiminin ayrılmaz elementidir.
Bəziləri ayaqqabını rahatlığına, bəziləri estetik görünüşünə, əksəriyyət isə qiymətinə görə seçir.
Lakin sağlamlığınızı qorumaq üçün ayaqqabı seçimində diqqətli olmaq vacib şərtlərdəndir.

Ayaqqabı alarkən nəyə diqqət etməliyik?

Ayaqqabı alarkən problemlərlə üzləşməmək üçün bəzi faktlara fikir vermək lazımdır.

Ayaqqabıların keyfiyyəti onların hazırlandığı altlıq, üzlük və içlik materiallardan və istehsal texnologiyasından asılıdır. Sözsüz ki, təbii dəri və gönlərdən hazırlanan və istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılar daha rahat və insan sağlamlığı üçün ziyansızdır. Hər şeydən əvvəl ayaqqabı hazırlanan material yüksək keçiriciliyə malik olmaqla, yüngül olmalı, istifadə zamanı insan səhhətinə və rahatlığına mənfi təsiri olmamalıdır. Ayaqqabının müxtəlif sahələrində yerləşdirilmiş materiallar eyni xassəyə malik olmalıdır. Texnoloji proses zamanı ardıcıllığa riayət olunmadıqda və üzlük materialın nəmlənməsi aparılmadıqda ayaqqabı forma saxlama qabiliyyətini itirir. Təbii gönlərdən fərqli olaraq süni və sintetik materiallarda məsamələr olmadığından ayaqlarda yaranan tər və nəm ötürülə bilmədiyinə görə xoşagəlməz qoxunun əmələ gəlməsinə, həmçinin sürtünmə nəticəsində hiperhidroz, yəni göbələk xəstəliyinin əmələ gəlməsinə səbəb olur.

Ayaqqabını seçərkən həmişə ikisini də geyinib yoxlayın.
Üstündən burun hissəsini basaraq barmaqları əzib-əzmədiyini yoxlayın. Elastik və yumşaq altlıqlı ayaqqabı seçin. Əlinizdə bir az əyin. Keyfiyyətli ayaqqabıda altlıq asanca qatlanır, yuxarı hissəsi isə öz formasını çox da dəyişmir.

Ayaqqabı alarkən nəyə diqqət etməliyik?

Ayaqqabı alarkən onun içlik materialına da fikir vermək lazımdır. Yaxşı olardı ki, içində xüsusi tərlik olsun. Tərlik altlıqla bərabər səviyyədə olmalıdır. Əgər süni materialdan olan ayaqqabı almısınızsa, heç olmasa, tərliyin təbii materialdan və ya parçadan olmasına əmin olun. Təbii materialdan hazırlanan tərlik sağlamlıq üçün əsas şərtdir.

Yayda isti havada ayaq şişdiyi üçün laklı ayaqqabı almayın.
Yazda və payızda ayaqqabı alarkən onun su buraxmamağı vacib şərtdir. Bu cür ayaqqabıların altlığı qalın olsa, daha yaxşı olar. Qışda da ayaqqabının altlığının qalın olması ən vacib şərtdir. Bu səbəbdən ayaqqabı seçərkən bunlara diqqət etmək məsləhətdir.
Ayağın həcmi gün boyu genişləndiyinə görə ayaqqabını günortadan sonra almağa çalışın. Ayaqqabını yoxlayarkən ayağınızı sıxırsa, satıcının bir müddət sonra açılacaq deməsinə aldanmayın.

Nəzərə alın ki, istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunan, hava buraxmayan ayaqqabılar sağlamlığa ziyandır.

Ayaqqabı alarkən nəyə diqqət etməliyik?

Eyni zamanda bir cüt ayaqqabının tayları arasında hər hansı görünüş, forma, rəng və ölçü fərqinin olmamasına diqqət edin. Ayaqqabının üstü, iç astarı, altlıq və dabanının hazırlanmasında hansı materiallardan istifadə olunduğunu öyrənmək üçün onun etiketinə baxın.
Ayaqqabı seçərkən əsas meyar model və rəngdən öncə, rahat olmasıdır. Ayağınızın anatomik quruluşuna uyğun gəlməyən, böyük və ya ayağınızı sıxan ayaqqabı almayın. Ən uzun barmağınızla ayaqqabının ucu arasında bir qədər boşluq olmalı, yəni ayaqqabı ayağınıza kip oturmamalıdır.

Uşaq ayaqqabılarının arxalarının bərk, ayaqqabının üstünün elastik olmasına, burun hissəsinin barmaqları sıxmamasına, altlığının və dabanının yeri yaxşı tutan, sürüşməyən, elastik bir materialdan hazırlanmış olmasına diqqət yetirin.
Ayaqqabının içini əl ilə yoxlayaraq astar və başqa hissələrdə ayağı narahat edəcək qırışıqların olmadığından əmin olun. Tikiş xətalarının olmamasına diqqət yetirin. Tez çirklənən və ya rəngi tez soyulan materiallardan istehsal olunmuş ayaqqabıları alarkən və istifadə edərkən iqlim şərtlərini nəzərə alın.


Ayaqqabı alarkən nəyə diqqət etməliyik?

Eyni zamanda nəzərə alın ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinədə lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ təsbit edilmişdir. Bu eyni zamanda aldığınız ayaqqabıya da şamil oluna bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal, o cümlədən ayaqqabı istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində dəyişdirilə bilər


Geri dön

Jackson_fanatı

  • 29 iyul 2011 16:43
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
Ayaqqabılar İnsanı çox dəyişdirir

NELLY19

  • 25 iyul 2011 12:20
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TEWEKKURLER

aid_fanatka

  • 25 iyul 2011 11:32
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
{awards}
twk............

twk............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

Sirli Melek

  • 25 iyul 2011 11:21
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
Lakin sağlamlığınızı qorumaq üçün ayaqqabı seçimində diqqətli olmaq vacib şərtlərdəndir.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Ay Üzlü

  • 25 iyul 2011 01:12
  • Məqalə: 395
  • Şərh: 6159
  • Bal:
{awards}
TEWEKKURLER

KaRola_16

  • 24 iyul 2011 21:54
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
OXUDUM MARAQLI MELUMATLARDIR MUELLIFE TEWEKKUR

--------------------

sevgimden_utaniram

  • 24 iyul 2011 21:40
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
{awards}
xebere gore tesekkurler

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

MiLeyla

  • 24 iyul 2011 21:08
  • Məqalə: 0
  • Şərh: 3997
  • Bal:
{awards}
COX MARAQLI MELUMATA GORE THANKS smile

--------------------
Gece yatiram,Sabah dururam,Bununla da WUKUR edirem,Cunki yawamaga davam edirem..........

R.M_FaNaTka

  • 24 iyul 2011 20:26
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
twkler

--------------------

play girl

  • 24 iyul 2011 20:10
  • Məqalə: 11
  • Şərh: 707
  • Bal:
{awards}
birinci mence aglimiza diqqet wink ayaqqbi puf

--------------------
AGZI OLAN DEYIL BEYNI OLAN KONUWSUN!

C.R_7

  • 24 iyul 2011 19:38
  • Məqalə: 5
  • Şərh: 47
  • Bal:
{awards}
Meslehet gore teshekkurler

Jackson_fanatı

  • 24 iyul 2011 19:38
  • Məqalə: 0
  • Şərh: 788
  • Bal:
{awards}
Mənim üçün hərəsinin öz yeri.Hazırlığa rahat ayaqqabı.Vekerniya Hündür.əla olur.

music_angel

  • 24 iyul 2011 19:23
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
tesekkurler ...deyerli melumatlara gore

--------------------

İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 51
Cəmi: 71

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 27
Cəmi: 507
 
♔Hе важно∞
Xəbərləri: 22
Cəmi: 66
 
Nergiz__Sirinova
Xəbərləri: 18
Cəmi: 394
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1143
 
Sol Meleyim
Xəbərləri: 2
Cəmi: 2
 
Saleh96
Xəbərləri: 1
Cəmi: 6
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 772
 
AyliN BunyaminovA
Xəbərləri: 1
Cəmi: 386
 
 
{slinks}