Bəzən insan özü qapıları bağlayır

 
Bəzən insan özü qapıları bağlayır

İnsan oxuduğunu paylaşmalıdır. Bəndəyi-həqir də duanın qəbul olunması ilə bağlı bir neçə şey oxudu və onu sizinlə paylaşmaq istədi. Bəzən deyirlər ki, nə qədər dua edirəm, Allah duamı qəbul eləmir. İlk növbədə dua ciddi qəlb istəyi ilə yanaşı olmalı və insan dua vaxtı nə istədiyi barədə düşünməlidir. Əslində dualarımızın bir çoxunu bir növ adət hesab etmək olar. Ciddi yanaşma və Allahdan heç bir həqiqi istəyimiz olmadan namazdan sonra bir neçə kəlmə dua etməyə adət etmişik.

Həqiqətən, Allaha yalvarışdan uzaq yalnız bəzi sözlərin tələffüzündən ibarət olan dualar heç vaxt qəbul olunmayacaq. Çünki, bizim həqiqi istəyimiz Allahdan deyil. Biz maddi vasitələr və öz gücümüzə inanırıq.

“Uduni əstəcib ləkum” (“Məni çağırın, sizi qəbul edim”) ayəsi əmr formasında işlənmiş şərtdir. Əslində bu cümlə “in təduni əstəcib ləkum” formasındadır. Ayədəki bu şərt o vaxt gerçəkləşir ki, öz istəyimizdə ciddi olaq, intizarımız yalnız Allahdan olsun və dualarımızın gerçəkləşməsində Onu təsirli bilək. Bu qayda ilə duanın qəbul şərtləri gerçəkləşəcəkdir. Məgər belə bir duanın qəbul olmayacağını demək olarmı?

Nəql olunur ki, Bəni-İsrail uzun müddət qıtlığa düçar olmuşdu. Həzrət Musa (ə) bir dəstə ilə yağış namazı üçün şəhərdən çıxdı. Vəhy gəldi: “Bu camaatın duasını necə qəbul edim ki, günahlar onların üzərinə kölgə saldığı halda Məni çağırırlar və inanmırlar (Allahın onların istəklərini yerinə yetirməyə qadir olmasına inanmırlar?!”.

Ayədəki bu üç nöqtəni (ciddi istək, Allahdan istəmək, bizim həqiqi məsləhətimiz)
nəzərə almaqla, demək olar ki, ayədə heç bir qeyd və şərt tətbiq olunmamışdır.

Rəvayətlərdə, duanın qəbul olmaması üçün sadaladıqlarımızdan əlavə başqa səbəblər də göstərilmişdir; məsələn, bəzi rəvayətlərdə bildirilir ki, “əmr-be-məruf” (yaxşılığa dəvət) və “nəhy-əz-munkər” (pisliklərdən çəkindirmə) göstərişlərini tərk edən xalqa Allah tərəfindən iki bəla gələr:

- Onların duası qəbul olmaz;

- Onlara ən pis və ən günahkar insanlar hakim olar.


Bir şəxs Əmirəl-mömininin (ə) yanında dualarının qəbul olunmamasından şikayətlənir.
Həzrət (ə) onun səbəbini belə açıqlayır: “Sizin qəlbiniz səkkiz
şeyə xəyanət etmişdir. Bunun üçün də dualarınız qəbul olmur:


Allahı tanıdınız, amma Onun haqqını lazımınca əda etmədiniz;

Onun peyğəmbərinə iman gətirdiniz, sonra sünnəsində ixtilaf yaratdınız;

Kitabını oxudunuz, lakin ona əməl etmədiniz;

Onun əzab və cəzasından qorxduğunuzu deyirsiniz, lakin həmişə sizi bu əzaba yaxınlaşdıran işlər görürsünüz;

Allahın mükafatına müştaq olduğunuzu deyirsiniz, amma daim sizi Ondan uzaqlaşdıran addım atırsınız;

Allahın nemətlərindən faydalanırsınız, lakin onun şükrünü yerinə yetirmirsiniz.

Sizə “şeytanın düşməni olun” deyildi, siz isə onunla dostluq edirsiniz;

Xalqın eybini dilə gətirir, öz eybinizdən isə qəflətdə qalırsınız.

Dualarınızın qəbul olmağını necə istəyə bilərsiniz ki, özünüz onların qapılarını bağlamısınız?!”. Sonra buyurur: “Duanızın qəbulu üçün təqvalı olun, əməllərinizi islah edin, niyyətiniz xalis olsun, əmr-be-məruf və nəhy-əz-munkəri unutmayın”.

Bəzi rəvayətlərdə bildirilir ki, bəzən mömin bir bəndə Allaha dua etdikdə, Allah Təala mələklərə buyurur: “Onun duası qəbuldur, lakin duasının qəbulunu təxirə salın. Çünki Mən onun səsini eşitmək istəyirəm”.

Allahın Rəsulundan (ə) belə nəql olunur: “Elə bir müsəlman yoxdur ki, Allahı çağırsın, Allah isə ona bu üç şeydən birini əta etməsin. Ya onun duasını qəbul edər, ya onun duasını axirəti üçün azuqə edər, ya da bu duanın əvəzində pislik və bəlanı ondan uzaqlaşdırar”

Ümumiyyətlə “istəmək” - “istənilən şeydən” daha mühümdür.

Bəndənin Ağası ilə xəlvətə çəkilib, raz-niyaz etməyə nail olması onun öz istəklərinə çatmasından daha dəyərlidir. Ona nəinki aləmlərin Rəbbi ilə söhbətə icazə verilmişdir, hətta Allah özü onu “uduni” (“çağırın Məni”) sözü ilə dəvət etmişdir.


Geri dön

aid_fanatka

  • 25 iyul 2011 11:22
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
twk.............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

-marissa

  • 25 iyul 2011 08:37
  • Məqalə: 0
  • Şərh: 277
  • Bal:
{awards}
twk...........

twk...........

twk...........

twk...........

twk...........

Just For Legend

  • 25 iyul 2011 00:17
  • Məqalə: 408
  • Şərh: 3198
  • Bal:
{awards}
heeeeeeeeee mehz men ele insanlardanam ki,bu movzuda deyilen bezilerinden biriyem

--------------------

OK

  • 25 iyul 2011 00:16
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}

--------------------

Su Perisi

  • 24 iyul 2011 23:51
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Bəzi rəvayətlərdə bildirilir ki, bəzən mömin bir bəndə Allaha dua etdikdə, Allah Təala mələklərə buyurur: “Onun duası qəbuldur, lakin duasının qəbulunu təxirə salın. Çünki Mən onun səsini eşitmək istəyirəm”.

--------------------

Cilent_M.Q

  • 24 iyul 2011 23:06
  • Məqalə: 87
  • Şərh: 2628
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------

jalicka

  • 24 iyul 2011 22:55
  • Məqalə: 27
  • Şərh: 1989
  • Bal:
{awards}
duzdu bezen adam ozu oz qapilarin baqlayir gozel xeberdir cox saq ol

qonce

  • 24 iyul 2011 22:44
  • Məqalə: 0
  • Şərh: 0
  • Bal:
{awards}
Tesekkur,heqiqeten maraqli idi....Deyerli xeberiniz ucun size minnetdaram....

KaRola_16

  • 24 iyul 2011 22:15
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}

Ümumiyyətlə “istəmək” - “istənilən şeydən” daha mühümdür. FIKIRLE RAZIYAM ALLAH RAZI OLSUN

--------------------

Strong

  • 24 iyul 2011 22:02
  • Məqalə: 0
  • Şərh: 98
  • Bal:
{awards}
ALLAH haminin arzularini yerine yetirsin.

neeeeenaaaaa

  • 24 iyul 2011 21:47
  • Məqalə: 0
  • Şərh: 118
  • Bal:
{awards}
cox maraqli idi Allah haminin dualarini qebul etsin men daxil twk

--------------------
Contra spem spero...Без надежды надеюсь...

R.M_FaNaTka

  • 24 iyul 2011 21:41
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
ALLAH razi olsun

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 47
Cəmi: 63

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 386
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 331
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 2
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 766
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
Demi Love
Xəbərləri: 1
Cəmi: 16
 
 
{slinks}