Haqq aşiqlərinin sorağında

 
Haqq aşiqlərinin sorağında

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya, nədir dəyərin?


Nizami Gəncəvi

Haqq aşiqlərinin sorağında

Həyatda çox aşiqlər var. Pul aşiqi, var aşiqi, dövlət aşiqi, zər-ziba aşiqi, cəvahirat aşiqi, maşın aşiqi, telefon aşiqi, marka aşiqi, it aşiqi və s. Hamısı keçici, ötəri, puç. Heç birinin nə əvvəli var, nə də axırı! Qiymətli şeylərə könül bağlayanların həyatı daima səksəkə, qorxu, paxıllıq, başqalarının əlindəkində gözü olmaqla keçər. Axırda isə xar və zəlil olarlar. Markaya, itə və s. ürək bağlayan isə səksəkə, qorxu çəkməsə də, ömrünün axırında bütün ömrünü boş və mənasız bir işə sərf elədiyinə görə peşman və məyus olar.

Yalnız bir ali eşq vardır ki, onun aşiqi həm həyatında rahat olar, həm də axirətində. Bu eşq Allah eşqidir. Yaradan eşqidir. Haqq eşqidir. Bəndənin Məbuduna olan eşqidir bu eşq! Rəbbin intizarında olmaqdır bu eşq. Yaradanın vüsalına qovuşmaq, Onunla həmsöhbət olmaq, Onunla və yalnız Onunla olmaq...

Ya Rəbbim, nə gözəl səslənir bu sözlər:
Sənin eşqin, Sənin vüsalın, Sənə çatmaq, Sənə qovuşmaq...

Ya Rəbbim, biz nə karəydik ki, Səni necə sevməyi bilək. Səni sevib, yolunda canımızdan
keçməyin dərsini bizə Kəlbəla məktəbində İmam Hüseyn (ə) ağamız öyrədib.

Təsəvvürümdə canlanır... Aşura günü... Kərbəla çölü... Adəmdən (ə) ta bu yana mövcud olmuş eşq tarixinin ən kulminasiya nöqtəsi! Sevginin isbat olunma anı... İndi bütün gözlər bura baxır... Dünyada olanlar da burdadır, dünyaya gələcəklər və dünyadan getmişlər də burda… Şirin balalardan keçmə anı... Nizələrə sinəsi ilə sipər gəlmə anı… Mübarək qanların səmaya səpələndiyi an… Ali eşqə, ali məhəbbətə həyat vermək uğrunda candan keçmə anı... Və nəhayət canın Canana şərafətlə qaytarıldığı an!

Haqq aşiqlərinin sorağında

Belə əhd eyləmişəm ey bacı, cananım ilə

Ərseyi-Kərbübəlada boyanam qanım ilə


İlahi, eşqə bax, məhəbbətə bax! Sevmənin necəliyinə bax! Nə “dünya “ bütü var, nə “övlad” bütü. Tamamən uzaqdır onu Rəbbindən uzaqlaşdıran hər şeydən! Heç bir ip bağlamır onu bu sərsəm dünyaya! Bütün varlığı ilə yalnız və yalnız Yaradanına bağlıdır. Sevir... Sevdiyini bütün həyatı boyu təzahür edir, dili ilə deyir, qəlbi ilə hiss edir və əməlləri ilə göstərir. Budur sevginin ən sadə düsturu!

Bu düsturu əhatə edən bir ayda yaşayırıq! Sevgi, məhəbbət, gözəllik ayı! Mahi-Muhərrəm. Özündə mərdliyi, şücaəti birləşdirən ay! Hər il öz mübarək gəlişi ilə bizlərə insanlığın əsl amalını xatırladan ay! Qiyamətin astanasında ola-ola hələ də tənbəlliyindən əl çəkməyərək, mürgüləməkdə olan ruhlarımızı hər il vəcdə gətirən ay, gözlərimizin yaşı ilə qəlbimizin pasını silən ay, salam olsun sənə! Sən Uca Rəbbin bizlərə lütf elədiyi əziz nemətisən. Sən gələndə biz adam oluruq. Sərxoş içkisini atır, qumarbaz qumarını. Fəsadlar nisbətən yığışılır. Hər hansı pis iş görmək istəyən səndən həya edir. Cəmiyyət viruslardan müvəqqəti də olsa təmizlənir.

Haqq aşiqlərinin sorağında

İlahi, cəmiyyətin bu, müvəqqəti paklanmasına daimi şəkil ver!

Bizlərə Həzrət İmam Hüseynin (ə) Kərbəlada yaratdığı
eşq məktəbinin həqiqi ardıcılı olmağı nəsib et!


İlahi, amin!


Geri dön

aid_fanatka

  • 25 iyul 2011 11:31
  • Məqalə: 6
  • Şərh: 1898
  • Bal:
twk..............

twk..............

twk..............

twk..............

twk..............

twk..............

twk..............

--------------------
YADINA GELIR DUZELTMISDIK KAGIZAN GEMI,
ICINDE YAZIB "SEVIREM MEN SEVIREM SENI".
BURAXDIQ DENIZE KI,O UZSUN EBEDI,
AMMA GELEN ILK DALGA BATIRDI GEMINI.

OK

  • 25 iyul 2011 00:22
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}

--------------------

KaRola_16

  • 24 iyul 2011 22:20
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}

İlahi, cəmiyyətin bu, müvəqqəti paklanmasına daimi şəkil ver! AMIN!!!

--------------------

music_angel

  • 24 iyul 2011 20:49
  • Məqalə: 212
  • Şərh: 7767
  • Bal:
{awards}
Allah razi olsun

--------------------

R.M_FaNaTka

  • 24 iyul 2011 20:25
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
{awards}
tesekkurler

--------------------

ASMIYA

  • 24 iyul 2011 20:05
  • Məqalə: 107
  • Şərh: 1534
  • Bal:
{awards}
EZIYYETINIZ ICIN MINNETDARAM. COX COX MOHTESEM. ALLAH BIZLERI HEYATIMIZI BOSA KECIRENLERDEN EYLEMESIN . INS ALLAH. sad


AMIN


--------------------


İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 2
Qonaqlar: 33
Cəmi: 50

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 388
 
Nergiz__Sirinova
Xəbərləri: 6
Cəmi: 333
 
Awk bir hayal
Xəbərləri: 4
Cəmi: 137
 
^^KuKuLKa^^
Xəbərləri: 2
Cəmi: 767
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1135
 
TacsizKRalica
Xəbərləri: 1
Cəmi: 1
 
evli.mutlu.cocuklu
Xəbərləri: 1
Cəmi: 1
 
anar2012
Xəbərləri: 1
Cəmi: 26
 
Mövlud Ağamməd
Xəbərləri: 1
Cəmi: 20
 
Zerif85
Xəbərləri: 1
Cəmi: 25
 
 
{slinks}