« İstifadəçi paneli »
Login :
Şifrə :
Şifrəni unutdum
 Qeydiyyat »


 (Səslər: 3)
BölməSevgi Tarix6-09-2010, 01:47
 Sevmək və özün kimi olmaq

Bir çoxumuz sırf sevdiyimiz insanların xətrinə, sırf onların xoşlarına gəlmək üçün istəmədiyimiz işləri görürük.

Heç sevmədiyiniz halda bol ədviyyatlı Hindistan mətbəxinə qonaq oldunuzmu? Ya da xalq musiqisini sevdiyiniz halda onu dinləməkdən vaz keçib, heç bəyənmədiyiniz rok musiqisinə qulaq asdınızmı?
Bir çoxumuz sırf sevdiyimiz insanların xətrinə, sırf onların xoşlarına gəlmək üçün istəmədiyimiz işləri görürük. Yəqin ki “bu, həmin insanların yaxınlıq dərəcəsindən asılıdır” deyəcəksiniz. Bəli, ilk baxışdan haqlı ola bilərsiniz, ancaq mahiyyət etibarı ilə məsələnin kökü eynidir. Yaxınlıq dərəcəsindən asılı olmayaraq, bir çox hallarda özümüz olmaqdan qaçırıq. Bunu ya qarşı tərəfin sevgisini itirməkdən, yaxud da özümüz olmaqdan qorxduğumuz üçün edirik. Nəticə etibarı ilə, bizi digərlərindən fərqləndirən fərdiliklərimizdən vaz keçirik, başqası oluruq.
Başqalaşmaq heç də hər zaman müsbət nəticələr vermir. Adətən evlənmək istəyən qız və oğlan ilk dəfə tanış olduqda bir-birilərini gizləməyə çalışırlar. Hər şeylə razılaşır, sanki eyni cür düşündüklərini nümayiş etdirməyə çalışırlar. Ancaq bu, uzun müddət davam edə bilməz və etmir də. Çünki heç kim üç ölçü böyük bir paltarın içində özünü rahat hiss edə bilməz. Hər şeylə razılaşdığımızı göstərmək də, elə əynimizə üç ölçü böyük paltar geymək kimi bir şeydir.

 Sevmək və özün kimi olmaq

Bu və buna bənzər problemlərin kökündə yatan məsələ bilirsinizmi nədir: özünə güvənməmək. Belə adamlar “qarşı tərəfin istədiyi kimi olmasam, o məni tərk edər. Mən onsuz yaşaya bilmərəm” düşüncəsinin daşıyıcılarıdırlar. Belələri “itirmək istəmədikləri insanla” tanış olmazdan əvvəlki həyatlarının üzərindən bir anda xətt çəkir, yeni mənlikli insan olmağa çalışırlar.
Bəzən “sənin xoşbəxtliyin mənim xoşbəxt olmağımdan daha vacibdir” kimi ifadələr işlədirik. Elə isə, sizə belə bir sual verim: siz xoşbəxt olmadan sizin sevdiyiniz insan necə xoşbəxt ola bilər? Yəni özünüzü ikinci plana atmaqla buna nail ola bilməzsiniz.
Özümüzü olduğumuzdan fərqli göstərib, “güclü” görünməyə çalışmaq əslində zəiflik əlamətidir. Yaşamaq istədiklərinizi olduğunuz kimi yaşamağa çalışın. Cildə girib nə özünüzü, nə də başqalarını aldatmağa çalışmayın. Bunu əsla və əsla xoşbəxt olmağın tək çarəsi kimi görməyin.
Göründüyünüz kimi olmaqdan və ya olduğunuz kimi görünməkdən heç vaxt qorxmayın. Əmin olun ki, sizi siz olduğunuz üçün bəyənənlərin sayı bəyənməyənlərin sayından az olmayacaq...
Müəllif: BaLaCa Baxılıb: 235 Şərhlər: 4

Hörmətli Qonaq! Siz saytda qeydiyyatdan keçməmisiniz.
Zəhmət olmasa QEYDİYYAT dan keçin və ya öz adınızla daxil olun.
Xəbərləri: 305
Şərhləri: 11153
Balları: 25793

 

_RONALDO_ ( ) »




Xəbərləri: 1777
Şərhləri: 13752
Balları: 69345

       

Ulya ( ...Unutma yaşadığın bu günün təkrarı yox... ) »




Xəbərləri: 432
Şərhləri: 1308
Balları: 4851

  

Kisa_Kiss ( ~..LOVE..~ ) »




Xəbərləri: 1692
Şərhləri: 6897
Balları: 52019

      

♥Princess♥ ( My Lovely Networld_♥LeGenD.aZ♥ ) »




Məlumat

Statusu Qonaq olan istifadəçılərin bu xəbərdə şərh yazmaq hüququ yoxdur.


Sorğu

Saytın dizaynın dəyişməyə ehtiyac var?

Bəli wink
Xeyr recourse
Fərq etməz fellow

« ToP 10 » Müəllif

dj_okush717
Xəbərləri: 21
Cəmi: [118]
 
Dinar Mamedova
Xəbərləri: 21
Cəmi: [265]
 
_TUNAR_MAMEDOV_
Xəbərləri: 21
Cəmi: [379]
 
_BİTANESİ_
Xəbərləri: 21
Cəmi: [273]
 
AMANDA_O
Xəbərləri: 21
Cəmi: [847]
 
xada
Xəbərləri: 19
Cəmi: [150]
 
only-girl
Xəbərləri: 19
Cəmi: [912]
 
..::Enigmatico::..
Xəbərləri: 18
Cəmi: [833]
 
Musique Sage
Xəbərləri: 17
Cəmi: [238]
 
... Dəryam ...
Xəbərləri: 16
Cəmi: [107]
 

« Ən varlılar »

Ulya - 69345 bal
♥Princess♥ - 52019 bal
AMANDA_O - 34443 bal
_RONALDO_ - 25793 bal
..::Enigmatico::.. - 25251 bal
money and love - 25118 bal
CandyGirl - 22457 bal
only-girl - 21972 bal
KaraNlik RuyaLar - 20493 bal
Lexikon - 20010 bal
_TUNAR_MAMEDOV_ - 19073 bal
Dj_Tural - 16755 bal
SEYMUR551 - 16415 bal
۩۞๑EDIQ๑۞۩ - 15691 bal
::..ONSLAUGHT::.. - 15115 bal
Lindo - 14985 bal
Sergio Ramos - 13281 bal
..::Sevgi Meleyi::.. - 13162 bal
Sirli Melek - 12064 bal
фея - 11040 bal
NELLY19 - 10271 bal
KaRola_16 - 9969 bal
YazYamuru - 9862 bal
beren saat - 9691 bal
R.M_FaNaTka - 9283 bal

FaceBook...

« Reklam »


загрузка...