Düşüncə perspektivi ve Elm

 
Düşüncə perspektivi ve  Elm

Gözəl bir söz var: “Güllər arasında tikanı yaratdığı üçün Allaha şikayət etmək əvəzinə,tikanlar arasında gülü yaratdığı üçün Allaha şükür etmək lazımdır”.Deməli,bir-birindən gözəl,rəngarəng gülləri olan bir bağçada şikayət etmək mümkün olduğu kimi,şükür etmək də mümkündür. Ətrafımızdakı şeylərə baxıb məyus olmaq da,sevinmək də öz əlimizdədir.Necə deyərlər,əsas məsələ hara baxmaq yox,necə baxmaqdır.Elə isə əşya və hadisələrə necə baxmaq lazım olduğunu bilsək,zahirən çoxlarına çirkin görünən şeylərdə də saysız-hesabsız gözəlliklər görə bilərik.Çünki hər şey ya birbaşa,ya da nəticə etibarı ilə gözəldir.Ancaq bu gözəllikləri görə bilmək üçün insan bəzi xüsusiyyətlərə malik olmalıdır.
Düşüncə perspektivi ve  Elm
Səbir də,uzaqgörəmlik də,nikbinlik də bu xüsusiyyələrdəndir.Yarısına qədər boş olan bir stəkan üçün “yarısına qədər boşdur” demək mümkün olduğu kimi, “yarısına qədər doludur” demək də mümkündür.Deməli,əsas məsələ əşya və hadisələrə necə yanaşmaqdır.Uca Allah kainatda heç bir şeyi boş yerə yaratmamışdır.Elə isə əşya və hadisələrə ibrətlə baxa bilsək,onların Uca Allahın isimlərini tərənnüm etdiyini görərik.
Əgər ətrafımızdakı gözəllikləri görə bilmiriksə,müəyyən şablomlar daxilində düşünməkdən əl çəkməli,əşya və hadisələrə baxış bucağımızı dəyişməliyik.O vaxt güllərin arasındakı tikanları yox,tikanların arasındakı gülləri görə,həyatımızda kəşf edilmiş nə qədər gözəlliklələ qarşılaşarıq.Çünki, “gözəl görən gözəl düşünər,gözəl düşünən həyatından ləzzət alar”...
Düşüncə perspektivi ve  Elm
ELMİ OLMAQ YAXŞIDI

Elmli olmaq yaxşı şeydir. Adamın adam olması üçün hər şeydən əvvəl onun elmli olması gərəkdir. chünki nicat yolu elmdə olduğu kimi, bütün gizli xəzinələrin açarı da elmdədir. Lakin elmli olmaq heç də o demək deyil ki, "əlif"lə "be"ni biləsən və bununla da hər şeyi bitmiş hesab edəsən. Mümkündür ki, hansısa bir insan - ömrünü qoyun-quzunun yanında keçirən çoban nə "əlif"i bilsin, nə də "be"ni, lakin ədəb və mərifət elminin əsil xiridarı kimi çoxlarını heyrətdə qoymuş olsun. Belə hallarla hər zaman və hər yerdə rastlaşmaq mümkündür. Həmçinin o da mümkündür ki, özünü alim və ya başqa möhtəşəm titulların sahibi adlandıran başqa birisi isə cahilliyi, yəni yarımçıq elmi ilə (əslində elmsizliyi ilə) özünü gözdən salsın, yəni nifrət mənbəyinə çevrilsin. Belələri bəzən SÖZdən söz düşəndə müəyyən məqamlarda özlərini daha çox sözşünas kimi qələmə verməyi də "ustalıqla" bacarırlar. Az sonra isə hər şey aşkarda olur...
Düşüncə perspektivi ve  Elm
Amma dünyanın qəribə nizamına və çərxi-fələyin gərdişinə bax ki, bu sayaq insanlar xaki-məzəllətdə ola-ola özlərini ali-mənsəbdə görürlər. Bəlkə də bəşərin faciəsidir ki, daha çox məqam başında məhz belə yarımçıqlar olurlar. Bunu Allahın insanlara qəzəbi kimi də başa düşmək olar...

İslama görə, elm öyrənmək istəyən şəxs xüsusi bir adamla bağlı olmamalı, əksinə, kimdən mümkündürsə bilik almağa cəhd göstərməlidir. Burada bilik öyrədən şəxsin hətta müsəlman və ya qeyri-müsəlman olması heç bir mahiyyət kəsb etmir. İslam peyğəmbəri (s) buyurur: "Elm möminin itirdiyi qazancdır, hətta ikiüzlü adamlarda olsa belə onu əldə etməyə çalışmalıdır".

Diqqət edirsinizmi, necə də gözəl və ibrətamiz kəlamlardır.

Bu, bir daha onu isbatlayır ki, insan həyatı boyu bütün mümkün vasitələrlə elm öyrənməyə çalışmalıdır. Əbəs yerə deyildir ki, aləmlərin fəxri olan Həzrəti Məhəmməd (s) "beşikdən qəbir evinə qədər öyrənin",- deyə buyurmuşdur. İslam rəhbərinin bu buyruğuna isə hər bir müsəlman əməl etməyə borcludur.


Geri dön

sevgimden_utaniram

  • 25 iyul 2011 14:01
  • Məqalə: 44
  • Şərh: 617
  • Bal:
TƏŞƏKKÜRLƏR

--------------------
Sen yoxsan bu heyat menasiz mene,
Açilan seherler qaraliq zülmet.
Dostlarda tesseli olmayir mene,
Qalmişam sevgilim men sene hesret .

Sirli Melek

  • 25 iyul 2011 13:30
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
TƏŞƏKKÜRLƏR

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

KaRola_16

  • 25 iyul 2011 12:54
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
{awards}
ELMİ OLMAQ YAXŞIDI

--------------------

isayev.elvin

  • 25 iyul 2011 12:47
  • Məqalə: 0
  • Şərh: 82
  • Bal:
{awards}
tewekkurler

--------------------
kicik insanlarin kolgesi boyudu biz gun batan yerdeyik

ŞƏHLA

  • 25 iyul 2011 12:09
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
ÇOX SAĞOLUN TŞK-LER

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

★Azerbaijan girl★

  • 25 iyul 2011 11:59
  • Məqalə: 369
  • Şərh: 10177
  • Bal:
{awards}
tsl;errrrrrrrrrrrrrr

NELLY19

  • 25 iyul 2011 11:50
  • Məqalə: 174
  • Şərh: 4882
  • Bal:
{awards}
TEWEKKURLER

Musique Sage

  • 25 iyul 2011 11:37
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
cox sagol elin var olsun

-marissa

  • 25 iyul 2011 11:23
  • Məqalə: 0
  • Şərh: 277
  • Bal:
{awards}
twk.........

derd goren ellerin var olsun

SABiNA

  • 25 iyul 2011 11:18
  • Məqalə: 24
  • Şərh: 125
  • Bal:
{awards}
Cox gozel xeber di ,Sizin xeberlerinizi seve seve oxuyuram ,,Yazan elleriniz var olsun her zaman

--------------------
MENI GORMEK ,MENI TANIMAQ DEYIL,MENIM HAQQIMDA OYRENMEK,BILMEK MENI TANIMAQDIR
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 0



Qonaqlar: 18
Cəmi: 40

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 8
Cəmi: 412
 
Nergiz__Sirinova
Xəbərləri: 3
Cəmi: 349
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
Ufuk Kazimi
Xəbərləri: 1
Cəmi: 1
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 773
 
 
{slinks}