Həyat imtahanı ilə şagirdlərin imtahanı

 
Həyat imtahanı ilə şagirdlərin imtahanı

Həyat bir imtahandır deyirlər. İnsana verilən bütün imkanlar (bədəni,duyğu orqanları,malları) bu imtahan üçündür. Sadəcə çətinliklər deyil,dünya həyatındakı nemətlər də ALLAHIN bir imtahanıdır. Əslində oturub fikirləşəndə həyat imtahanı ilə şagirdlərin instituta qəbul olmaları üçün verdikləri imtahan arasında fərqlər olduğunu tapdım və yazmağı qərara aldım. Əvvəlcə oturub fikirləşəndə o qədər də fərq tapa bilmirdim,amma getdikcə ağlıma yeni nələrsə gəlirdi. Mənim tapdıqlarım bunlar oldu...


Şagirdlər instituta qəbul olmaq üçün ya bir,ya da iki il müəllim yanına gedər,hazırlaşarlar. Həyat imtahanında isə səni imtahana hazırlaşdıran müəllimin olmaz. Burda sən özün özünə müəllim olarsan. Şagirdlər imtahan verərkən 4 səhvləri 1 düzü aparar. Həyat imtahanında isə insanlar səhv edə-edə ibrət alar və səhvləri sayəsində düzlərini çoxaldarlar. Şagirdlər imtahan verərkən ətrafındakılardan kömək istəyər,bəzən də kömək ala bilərlər. Həyat imtahanında isə sənə heç kim kömək edə bilməz,çünki o zaman hərə özünə cavabdeh olar. Şagirdlərin imtahan vaxtı 3 saat davam edər. Həyat imtahanının vaxtı isə bəlli deyil,insan doğduğu andan başlayar,öldüyü anda isə bitər. Şagirdləri imtahan vaxtı səhv cavab yazdıqlarına görə müəllimləri cəzalandırar. Həyat imtahanında isə səhv hərəkətlərinə görə insanları ALLAH cəzalandırar. Şagirdlərin imtahan nəticələri 2-3 gündə bəlli olar. Həyat imtahanının nəticələri isə öldüyündə bəlli olar. Amma bu imtahanlar arasında oxşar cəhətlər də var... Şagirdlər imtahanda ikən bilmədikləri sualı yazmaqdan imtina edərlər,səhv çıxar deyə. Həyat imtahanında da insanlar əmin olmadıqları addımları atarkən tərəddüd edərlər,birdən yanlış olar deyə. İmtahandan sonra şagirdlərin çoxu tələbə adı qazanar,şagird həyatına əlvida deyib yeni bir həyata başlayar. Həyat imtahanından sonra da insanlar köhnə həyatlarına əlvida deyər və onlar üçün yeni bir həyat başlayar. Kimisi üçün cənnət,kimisi üçün isə cəhənnəm həyatı... Bir də ki, ən böyük bir fərq... Şagirdlər imtahandan kəsilərkən onları istənilən yerə pulla düzəltmək olar. Həyat imtahanından kəsiləni isə cənnətə pulla düzəltmək olmaz,çünki həyat imtahanında rüşvət yoxdu...Mən birinci imtahanımda tələbəliyi qazandım,İNŞALLAH həyat imtahanımda da CƏNNƏTİ qazanaram...


P.S. Sizin ağlınıza gələn başqa oxşar və ya fərqli cəhət varmı???


Geri dön

nilayka

  • 9 fevral 2011 22:35
  • Məqalə: 205
  • Şərh: 7681
  • Bal:
winked

--------------------

Ulya

  • 9 sentyabr 2010 20:27
  • Məqalə: 1911
  • Şərh: 13779
  • Bal:
{awards}
tesekkkurler

...:::vicky:::...

  • 7 sentyabr 2010 15:33
  • Məqalə: 0
  • Şərh: 16
  • Bal:
{awards}
maraglidi twk

--------------------
<<<Gozlerin ne reng olur olsun goz yawdarin hemiwe eynidir>>>

raul088

  • 7 sentyabr 2010 14:48
  • Məqalə: 0
  • Şərh: 11
  • Bal:
{awards}
men heyatda qiyabi nece ola bilerem bes? eyer imtahandisa menim smestr qiymetlerim hani?

wirinqiz-1988

  • 7 sentyabr 2010 14:18
  • Məqalə: 6
  • Şərh: 85
  • Bal:
{awards}
twk edirem...ela xeberdi... love

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 29
Cəmi: 48

 

Top 10 Müəllif

The Shield
Xəbərləri: 51
Cəmi: 149
 
ραყιȥ
Xəbərləri: 48
Cəmi: 128
 
NIGAR
Xəbərləri: 41
Cəmi: 786
 
♔Hе важно∞
Xəbərləri: 28
Cəmi: 240
 
lamiye_2001
Xəbərləri: 27
Cəmi: 28
 
AyliN BunyaminovA
Xəbərləri: 23
Cəmi: 470
 
Nergiz__Sirinova
Xəbərləri: 20
Cəmi: 504
 
..::Kitty::..
Xəbərləri: 6
Cəmi: 6
 
Sol Meleyim
Xəbərləri: 4
Cəmi: 57
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1153
 
 
{slinks}