Səni boğmaq istəyən dərin bilgili düşmən
Cahil dostdan yaxşıdır, belə söyləyirəm mən. (Nizami Gəncəvi)
Zəif düşmənin zərər verəcəyini düşünməmək
qığılcımın yanğın törətməyəcəyini düşünmək kimidir. (Sədi Şirazi)
Düşmənlərinə çox əhəmiyyət vermə! Üzülərsən! (Aristotel)
Düşməni əfv etmək dostu əfv etməkdən asandır. (Uilyam Bleyk)
Düşmənə bəslədiyin kini körükləmə, yoxsa özün də yanarsan.. (Uilyam Bleyk)
Yalnız heç nəyə yarmayan adamların dostu olmur. (Jan Leron Dalamber)
Səndə olmayan məziyyətə görə səni öyən düşmənindir. (Karl fon Holtey)
Düşmən qazanmaqdan qorxanın dostu da olmaz. (Peter Hille)
Bəzən biz düşmənlər haqqında daha çox
düşünürük, nəinki dostlar haqqında. (Alfred Bucar)
Düşməni dost etmək xoşbəxtlik, dostu düşmənə
çevirmək isə ən böyük bədbəxtlikdir. (Əbülfərəc əl – İsfahani)
Düşməninə həm də dost kimi bax, çünki bir çox
səhvlərini ancaq ondan öyrənə bilərsən. (Bencamin Fanklin)
Cəmiyyətin iki düşməni var. Bunlardan biri qanunları
tapdalayanlar, digəri qanunları kor-koranə tətbiq edənlərdir. (Alfred Kapus)
Düşmənlərinizi əfv edin, ancaq onların adlarını unutmayın. (Con Fitscerald Kennedi)
Dostluğu düşmənçiliyə çevirmək asan,
düşmənçiliyi dostluğa çevirmək çətindir. (Jan Batist Kolbert)
“ Düşmənim var ” deyə kədərlənmə!
Düşməni olmayanın dəyəri də yoxdur. (Pyotr Kozlov)
Çoxlarına şöhrəti düşmənləri qazandırıb. (Baltazar Qrasian)
Kin bəsləmək cılız insanların ədalətidir. (Fransua de Laroşfuko)
Əsl düşmən heç vaxt səni tərk etmir. (Yakob MixaelReynqold Lents)
Sən düşmənlərinin sayından deyil, vəhdətindən qorx. (Rüstəm Təbəristan Mərzban)
İnsanın özünə etdiyi pisliyi düşmən də edə bilməz. (Naməlum)
Ən uzun sürən düşmənçilik səbəbsiz düşmənçilikdir. (Jan Fransua Pol de Qondi Rets)
Özünü elə apar ki, dost gizli düşmənə çevrilməsin. (Sədi Şirazi)
Düşmənlərin dayazlığı qoy səni aldatmasın,
amma onları öz dayazlığınla aldat. (Oljas Süleymenov)
Düşmən can desə də, düşməndir yenə. (Səməd Vurğun)
Düşmən qarışqa da olsa, sən onu fil say. (Azərbaycan atalar sözü)
Düşməni öldürmək əvəzinə, onu şəfqətinlə yola gətir. (Ceyms Allen)
Fikirləriniz...