İnsanın fiziki halətinin ibadətə təsiri

 
İnsanın fiziki halətinin ibadətə təsiri

Qarınqululuğun, çox yatmağın və yorğunluğun ibadətə vurduğu ziyanlar

Namazqılanın namaz zamanı tam rahatlıqla və sakit halda Allah dərgahında hazır olması üçün yolunda olan bütün maneləri aradan qaldırmağı vacibdir. Bu manelərə qarınqululuğu (yəni çox yemək yeməyi), çox yatmağı, yorgunluğu daxil etmək olar.

Qarınqululuq

Qarınqululuğun cismi və fizioloji ziyanı olduğu kimi, ruhi və
psixoloji ziyanları da vardır ki, bunlardan biri də qəlb hüzuruna mane olmağıdır.

Necə ola bilər ki, bir nəfərin gecə-gündüz fikri ancaq dadlı yeməklərin yanında olsun, qarın anbarını müxtəlif növ yeməklərlə dolduraraq, öz Allahı ilə ünsiyyət də bağlıya bilsin, onunla söhbət də edə bilsin?! Bu insanın qəlbi namazda necə hazır ola bilər? O kəs ki, ləzzəti sırf yeməkdə və içməkdə bunlarda görür, duanın və ibadətin ləzzətini necə hiss edə bilər?

Əlbbəttə, bu məsələ çox yeyən insanlara aiddir ki, yeməkdə ölçülərini bilmirlər. Çünki aclıq özü Allah tərəfindən verilmiş bir xüsusiyyətdir ki, insanlar sağ qalmaq üçün gərək yemək yesinlər. Ancaq yeməkdə ölçünü qaçırmaq mənəvi komplekslərə gətirib, çıxarır ki şəxsin daima fikri və zikri ancaq yeməkdə olur, bu da əqli fəaliyyətlərə ziyan vurur.

Bəzi hədislərdə bizlərə tox qarnına namaz qılmaq tövsiyə olunur və bu hədis yəqin ki, həmin insanlar üçün nəzərdə tutulmuşdur. Ona görə də hər kəs gərək öz cismi vəziyyətinə uyğun bu məsələyə diqqət etsin. Baxıb görə nə qədər yemək yeyəndə yaxşı ibadət edə bilir.

Təbii ki, qarınqululuq yuxuya və yorğunluğa da gətirib çıxaracaqdır. Qarnımızı kontrol etməklə qarınqululuğu tərk etmək mümkün deyildir, çünki əvvəlcə bu işin ziyanlarını dərk etməliyik. Ona görə də bir neçə hədisə müraciət edək:

İmam Sadiq (ə) buyurub: “Möminin qəlbi üçün qarınqululuqdan ziyanlı bir şey yoxdur. Qarınqululq qəlbin qəsavətinə səbəb olar və şəhvətə təhrik edər. Aclıq isə möminin xuruşu, ruhun yeməyi, qəlbin qidası və bədənin sağlamlığıdır”.

Peyğəmbərdən (s) gələn başqa hədisdə oxuyuruq:
“O kəs ki, çox yemək yeməyə və içməyə adət edər, qəlbi qara olar”.


Qarınqululuq bir növ xəstəlikdir ki, ona mübtəla olan təkcə qəlb hüzurundan məhrum olmur, bəlkə namazı da pis vəziyyətə düşür. Qarınqululuq cizmi halsız edər və iradənin zəifləməsinə səbəb olar. Bir insanın ki, özünə etimadı yox olur, nəticədə mənəviyyat qarşısında mənfi əks əməl göstərir. Bu cür insanlar namazı yuxulu vəziyyətdə qılır və yuxudan oyanan zaman çətinliklə yatağından qalxır və yuxunun təsiri altında olduğu üçün halsız dəstəmaz alır və üzünü elə yuyur ki, yuxusu qaçmasın və namazda da fikri yuxusunda olur və namazı qurtarar-qurtarmaz özünü yenidən yatağa atır, çünki onun məhbubu yuxudur və namaz ona maneçilik törədirdi. Bu haqda gələn hədisə nəzər salaq.

Həzrət İsa (ə) buyurur: “Ey Bəni-İsrail, yemək yeyəndə həddini aşmayın ki,
çox yemək çox yatmağın məhsuludur və hər kəs çox yatsa,
namazı və ibadəti az olar və o zaman ğafillərin sırasına aid olar”.


Müalicə yolları

Birinci mərhələdə gərək bunu bilək ki, qarınqululuq insanın zati xüsusiyyəti deyildir, əksinə, o ikinci dərəcəli xüsusiyyətdir. İnsan buna nəzarət etsə, müsbət nəticələr əldə edər. Yəni, müqəddəs şəriətimizin yeməkdə müstəhəblər və məkruhlar mövzusuna diqqət etmək gözəl müsbət nəticələrə gətirib çıxarar.

Yatmağa gəldikdə, biz gərək yuxumuzun vaxtını və qədərini tənzim edək və orta bir hədd müəyyən edək və daima çalışaq ki, ona riayət edək.

İnsan heç bir zaman bir mövzunun çox əhəmiyyətli olmasını bilmədən onu həyata keçirtmək üçün iradə göstərməz. Yəni əgər biz başa düşsək ki, çox yatmaq necə bir təhlükəli bir xəstəlikdir və ona düçar olan şəxsin heç bir şeyi olmaz, o zaman səy edərik ki, özümüzü bu müsibətdən qoruyaq. Belə ki, çox yatmağın zərərlərindən elə biri və mühümü də odur ki, insandakı ibadət ruhunu yox edir və mənəvi məsələləri əldə etmək üçün iradənin zəifləməsinə səbəb olur.

Əgər bir dəfə yuxumuzu tənzimləsək, səhər namaza durmağın ləzzətini hiss edərik. Və o zaman dərk edəcəyik ki, necə bir neməti əldən vermişik. Yuxumuzu tənzim etməklə və səhər namaza durmaqla insan iradəsi möhkəmlənər və özünə inam hissi güclənər. Bu halda qəlb hüzurunu əldə etmək mümkün olacaqdır. Çünki namazdakı qəlb hüzuru insanın iradəsindən, əzmindən asılıdır.

Yorğunluq

Namazı heç bir zaman yorğun halda qılmayın, belə ki, əvvəl bu yorğunluğu aradan qaldırmağa çalışın və sonra namaz qılın. İmam Baqir(ə) buyurur: “Halsız, yuxulu halda, süst namaz qılmayın, çünki bunlar nifaqın əlamətlərindəndir”.

Yəni o kəslər ki, Allah qarşısında dayanarlar, gərək onun hüzurunda hazır olsunlar və qəlbləri o İlahi varlığa diqqət etməlidir. O zaman ki, insan yorğun və halsız ibadət edər, məlum olar ki, onun qəlbi başqa yerdədir və çətinliklə namaza dayanmışdır və ibadətdə məqsədi Allahdan qeyridir.

Bunu da qeyd edək ki, bəzən insan namazdan qaçmaq üçün yorğunluğu, süstlüyü və aclığı bəhanə edir və özünü aldadır. Ancaq Quran ayələri və hədislər isə deyir ki, namaz vaxtından əvvəl özünü ibadətə hazırlamalısan və yorğunluğunu aradan aparmalısan. Və düşünməyəsən ki, əvvəl özüm, sonra namaz.

İmam Baqir (ə) buyurur: “O zaman ki, namaz üçün dayanmısan, kamilən fikrin namazda olsun, çünki namazının o qədəri ki, diqqətlə qılınıb, sənin üçün faydalı olacaqdır. Namazda əlinlə, başınla və saqqalınla oynama və ürəyində hədisi-nəfs etmə və namaz zamanı ağzını dürr etmə və qamətini çəkmə”.

Başqa hədisdə oxuyuruq ki, Peyğəmbər (s) bir kişini görür ki, namazda öz saqqalı ilə oynayır.

Həzrət (s) buyurur: “Agah olun! Əgər onun qəlbi aram olsaydı, əzaları və bədəni də aram olardı”.

Beləliklə deyə bilərik ki, namazda qəlb hüzuruna mane olan amillərə qarınqululuq, yorğunluq, tənbəllik və çox yatmaq da daxildir. Ona görə də bu amilləri aradan qaldırmağa çalışaq, çünki bu amilləri çalışaraq, aradan qaldırmaq olar və bu amillərin zərərinə diqqət edərək, onları aradan qaldırmaqla qəlb hüzurunu və möhkəm iradəni əldə edə bilərik. Çünki bizi kamala aparan yollardan biri də qəlb hüzuru ilə namaz qılmağımızdır.


Geri dön

R.M_FaNaTka

  • 26 iyul 2011 19:12
  • Məqalə: 367
  • Şərh: 8107
  • Bal:
twkler

--------------------

OK

  • 26 iyul 2011 12:26
  • Məqalə: 176
  • Şərh: 1873
  • Bal:
{awards}

--------------------

Sirli Melek

  • 26 iyul 2011 11:07
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
“O kəs ki, çox yemək yeməyə və içməyə adət edər, qəlbi qara olar”.

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

ŞƏHLA

  • 26 iyul 2011 09:58
  • Məqalə: 0
  • Şərh: 530
  • Bal:
{awards}
TƏŞƏKKÜR EDİRƏM XƏBƏRƏ GÖRƏ

--------------------
ƏN TEZ ALDANAN DA QADINLARDIR, ƏN TEZ ALDADAN DA...

Musique Sage

  • 26 iyul 2011 09:31
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
indi men les kimiyem

-marissa

  • 26 iyul 2011 09:05
  • Məqalə: 0
  • Şərh: 277
  • Bal:
{awards}
twk.............

twk.............

twk.............

SUADA_M

  • 26 iyul 2011 05:32
  • Məqalə: 15
  • Şərh: 562
  • Bal:
{awards}
Xebere gore tewekkurler.

--------------------

YazYamuru

  • 25 iyul 2011 23:15
  • Məqalə: 4
  • Şərh: 4264
  • Bal:
{awards}
heeeeee en cox yorunluq ve tenbellik insani qoymureee ele hey isteyirsenki le$ kimi uzanasan.... feel

--------------------



Su Perisi

  • 25 iyul 2011 23:10
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
bizi kamala aparan yollardan biri də qəlb hüzuru ilə namaz qılmağımızdır.

Təşəkkürlər

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 3
Qonaqlar: 35
Cəmi: 53

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 7
Cəmi: 455
 
♔Hе важно∞
Xəbərləri: 3
Cəmi: 33
 
 
{slinks}