Dərman və müalicə

 
Dərman və müalicə


Dərman və müalicə

Dərman və müalicə

Bismillahir-rəhmanir-rəhim

722. Müalicə etmək

2268. İmam Sadiq (ə): «Peyğəmbərlərdən biri xəstələnir və belə deyir: Mənə xəstəlik göndərən mənə şəfa verməyincə, özümü müalicə etməyəcəm. Allah-taala ona vəhy edir ki, «özünü müalicə etməyincə, sənə şəfa verməyəcəm. Çünki şəfa vermək Mənim əlimdədir.» (Biharul-Ənvar, c.62, səh.66 , hədis15)

723. Hər dərdin bir dərmanı var


2269. Allahın Peyğəmbəri (s): «Özünüzü müalicə edin. Çünki Allah-taala ölüm və qocalıqdan başqa (onların dərmanı yoxdur) elə bir dərd göndərməyib ki, onun şəfasını insanların ixtiyarında qoymamış olsun.» (Kənzul-Ummal, hədis 28088)

2270. İmam Əli (ə): «Hər dərdin bir dərmanı var.» (Ğurərul-Hikəm, hədis 7275)


724. Dərhal dərmana sığınmaqdan çəkin


2271. Allahın Peyğəmbəri (s): «Bədənin xəstəliyə tab gətirənədək dərmandan istifadə etməkdən çəkin və xəstəliyə dözə bilməyəndə dərmana əl at.» (Biharul-Ənvar, c.81, səh.211 , hədis30)

2272. İmam Əli (ə): «Müsəlman özünü, yalnız xəstəlik onun sağlamlığına qalib gələn zaman müalicə edər.» (əl-Xisal, səh.620 , hədis10)

2273. İmam Kazim (ə): «Elə bir dərman yoxdur ki, özü ilə yeni bir xəstəlik gətirməsin. Bədən üçün ən faydalı şey onun ehtiyacı olduğu (qida) maddələrdən başqa, hər şeydən pəhriz saxlamaqdır.» (əl-Kafi, c.8, səh.273, hədis409)


725. Pəhriz ən gözəl dərmandır

2274. İmam Əli (ə): «Ən faydalı dərman ac qalmaqdır.» (Ğurərul-Hikəm, səh.903)

2275. İmam Sadiq (ə): «Yeməkdən pəhriz saxlamaq xəstəyə ziyan yetirməz.» (Biharul-Ənvar, c.62, səh.140 , hədis2)

2276. İmam Sadiq (ə): «(Xəstəliyin) Yeddinci günündən sonra pəhrizin (başlamağın) xəstəyə faydası yoxdur.» (əl-Kafi, c.7, səh.291 , hədis442)

2277. İmam Kazim (ə): «Pəhriz ən yaxşı dərman və mə‘də xəstəliklərin evidir. Bədəninin adət etmək qabiliyyəti olduğu qədər ona adət etdir.» (Məkarimul-Əxlaq, c.2, səh.180 , hədis2468)

2278. İmam Kazim (ə): «Pəhriz, heç bir şey yeməmək deyil, əksinə, pəhriz hər şeydən yüngülcə yeməkdir.» (əl-Kafi, c.8, səh.291 , hədis443)


726. Ən böyük dərman

2279. İmam Sadiq (ə): «İmam Hüseynin (ə) qəbrinin türbətində (torpağında) hər dərdin şəfası var. Ən böyük dərman odur.» (Biharul-Ənvar, c.101, səh.123 , hədis18)


727. Müxtəlif


2280. İmam Əli (ə): «Nə çoxdur özü ilə dərd və xəstəlik gətirən dərmanlar. Nə çoxdur özü dərman və müalicə olan xəstəliklər.» (Nəhcül-Bəlağə, məktub 31)

2281. İmam Əli (ə): «Dərmanın acılığına tab gətirməyən şəxsin xəstəliyi uzanar.» (Ğurərul-Hikəm, hədis 9209)

2282. İmam Hüseyn (ə): «Padşaha dərman yazma. Çünki ona fayda versə sənə təşəkkür etməz və əgər ona zərər yetirsə, səni ittiham edər.» (Biharul-Ənvar, c.75, səh.382 , hədis47)

Dərman və müalicə


Geri dön

KaRola_16

  • 26 iyul 2011 13:06
  • Məqalə: 185
  • Şərh: 4209
  • Bal:
MARAQLIDIR

--------------------

lema

  • 26 iyul 2011 11:39
  • Məqalə: 0
  • Şərh: 2669
  • Bal:
{awards}
chox maraqli idi.minnetdaram Baciw...
tewekkurler

--------------------
Feridem yanımda olmasan bele sen hemişe menim qelbimde yawayacaqsan...

Musique Sage

  • 26 iyul 2011 09:54
  • Məqalə: 442
  • Şərh: 2926
  • Bal:
{awards}
hamus lazimlidir

Sirli Melek

  • 26 iyul 2011 09:23
  • Məqalə: 0
  • Şərh: 5105
  • Bal:
{awards}
2273. İmam Kazim (ə): «Elə bir dərman yoxdur ki, özü ilə yeni bir xəstəlik gətirməsin. Bədən üçün ən faydalı şey onun ehtiyacı olduğu (qida) maddələrdən başqa, hər şeydən pəhriz saxlamaqdır.» (əl-Kafi, c.8, səh.273, hədis409)

--------------------
SADƏLİK GÖZƏLLİKDİR !

Su Perisi

  • 25 iyul 2011 21:47
  • Məqalə: 19
  • Şərh: 1736
  • Bal:
{awards}
Allahın Peyğəmbəri (s): «Özünüzü müalicə edin. Çünki Allah-taala ölüm və qocalıqdan başqa (onların dərmanı yoxdur) elə bir dərd göndərməyib ki, onun şəfasını insanların ixtiyarında qoymamış olsun.» (Kənzul-Ummal, hədis 28088)

İmam Əli (ə): «Hər dərdin bir dərmanı var.» (Ğurərul-Hikəm, hədis 7275)

--------------------
İnformasiya
Məqalələrə dərc olunan gündən etibarən 30 gün ərzində şərh yazmaq mümkündür.
 

Online

İstifadəçilər: 1
Qonaqlar: 33
Cəmi: 46

 

Top 10 Müəllif

Pıtırcık
Xəbərləri: 6
Cəmi: 411
 
♦ ֆɛყмʊʀ ֆoռмɛZ ♦
Xəbərləri: 2
Cəmi: 1137
 
^^KuKuLKa^^
Xəbərləri: 1
Cəmi: 774
 
Nergiz__Sirinova
Xəbərləri: 1
Cəmi: 350
 
 
{slinks}